Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-938/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, X1 Şaban qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasında iddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 24, 29 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən aldığını, həmin müqavilə bağlandıqdan sonra cavabdehlərin həmin ünvanda yaşamamalarına baxmaraq, qeydiyyatdan çıxmadıqlarını, buna görə də onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı iddia qaldırdığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçının tələbi aydınlaşdırılmış və ona izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında işə mahiyyəti üzrə baxılması üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehlər fiziki şəxslər olmaqla yanaşı, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələb də inzibati deyil, mülki xarakterli tələbdir. Bununla bağlı ümumi məhkəməyə müraciət edə bilər və ya cavabdeh qismində qoyduğu şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq inzibati orqana müraciət edə bilər. Həmin orqan tərəfindən müraciəti təmin olunmadığı və ya hərkətsizlik edildiyi təqdirdə məhkəmədə cavabdeh qismində qoyduğu şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-938/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-938/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver