Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-94/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru İddiaçı, şirkətin nümayəndəsi və vəkili X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 18.09.2001-ci il tarixli 293 N-li sərəncamı ilə torpaq sahəsinin ayrılması barədə "xxxx" İstehsalat kommersiya firmasına maye-qaz doldurma məntəqəsi tikintisi məqsədi ilə Dəmir yolu vağzalı rayonunda, Ü.Hacıbəyov küçəsinin qarşısında 1000 kv.m (bir min) torpaq sahəsinin ayrılması qərara alınmışdır. Təsisçisi və mülkiyyətçisi olduğu "xxxx" MMC 04.12.1996-cı il tarixdə, 31753 saylı şəhadətnamə ilə AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 19.12.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən Sumqayıt şəhəri, Dəmiryolu vağzalı rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq sahəsinə dair sizinlə müqavilələrimiz mövcuddur. Lakin, təqribən 2013- 2014-cü illərdən yanacaq doldurma məntəqəsinin mühafizə zolağını X6 adlı bir şəxs zəbt etmiş, həmin torpaq sahəsində daş hasar çəkmişdir. Elə həmin tarixdən də müvafiq icra hakimiyyəti orqanlarına, o cümlədən AR Prezidentinə, AR FHN-ə, Sumqayıt şəhər icra Hakimiyyətinə və s. orqanlara həmin şəxs barəsində tədbir görülməsi barədə ərizələr yazmışdır. Nəticədə AR FHN tərəfindən həmin şəxsin burada tikinti aparmasına qadağa qoyulmuş və müəyyən edilmişdir ki, həmin ərazi mühafizə zolağına düşür. Hətta həmin şəxs barəsidə inzibati tədbir görülməsi ilə bağlı materiallar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında inzibati komissiyaya göndərilmişdir. Elə həmin vaxtdan da müəyyən edilmişdir ki, həmin şəxs, torpaq sahəsini özbaşına zəbt etmiş, onun torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Hal-hazırda həmin şəxs qanunsuz əməllərini yenidən davam etdirir. İndi isə ona rnəlum olmuşdur ki, cavabdeh həmin şəxslə 544 qeydiyyat nömrəli 09.03.2017-ci tarixli hərrac şəhadətnaməsi ilə, 40 nömrəli, 27.03.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlamışdır. X5 bitmə müddəti isə 09.03.2066-cı il tarixə təyin olunmuşdur. Yüklü edilən əmlakın ünvanı Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0.07 ha torpaq sahəsidir. Bu barədə cavabdehə müraciət etsə də, həmin müqaviləni ləğv etməmiş və verdiyi cavab işin həlli deyil. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.7.1 -ci bəndinə əsasən, QDS-ın ərazisi hasara alınmalıdır. Hasar yanmayan materialdan hazırlanmalıdır və ərazidə havanın dəyişməsinə imkan verməlidir. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.11 -ci bəndinə əsasən, QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan"nm 7.1 -ci bəndinə əsasən, Şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən xüsusi icazə alınmadan istismara buraxılması qadağan edilir. Bələdiyyə qərarı tam qanunsuz şəkildə verilmişdir. Belə ki, həmin ərazi mühafizə zolağına düşür və artıq 5 ildən çoxdur ki, mənim tərəfimdən mübahisələndirilir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.4-cü maddəsinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Qanunun 11.7-ci maddəsinə əsasən, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının, icarə müqaviləsinin, şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair” iddia ərizəsini əsassız və qeyri-obyektiv sayırlar. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmiş torpaq sahəsi ilə bağlı verilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia tələbləri məhkəmə aidiyyəti qaydaları pozulmaqla irəli sürülmüşdür. Belə ki, iddia tələblərinin bir qismi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin keçinimiş müsabiqəsinin qalibi kimi X2 adına verdiyi Şəhadətnamənin ləğv olunmasmdan, bir qismi isə X6 ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış X5 ləğv edilməsindən ibarətdir. Hesab edirlir ki, məhkəmə tərəfindən bu şəkildə verilmiş iddia tələblərinə baxıla bilməz. Belə ki, iddia tələblərinin hər iki hissəsinə mülki icraatı qaydasında Sumqayıt şəhər Məhkəməsində baxılmalıdır. Bu şəkildə iddia ərizəsi ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməklə iddiaçı həm prosessual və inzibati-prosessual qanunvericiliklərin müvafiq müddəalarını həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-cı ıl tarixli, 4 saylı Qərarının tələbləri pozulmuşdur. Belə ki, "inzibati və mülki hüquq münasibətlərindən irəli gələn aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərannm 2-ci bəndində bibaşa qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi(publik),yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi,qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması,habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi,hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə(mübahisələndirmə haqqında),yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndində bildirilmişdir ki,torpaqla bağlı müqavilələrdən (alqı- satqı,o cümlədən torpağın hərrac vasitəsi ilə satılması,icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə,bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında,habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı,iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı,həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1 -ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair Şəhadətnaməni və tərəflər aarasında bağlanılmış torpaq icarə müqaviləsini mübahisələndirsə də, həmin sənədlərin verilməsinə əsas olmuş torpaq müsabiqəsinin nəticələrini mübahisəndirməmişdir ki, belə bir iddia tərləbləri olacağı halda da, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, mübahisələndirilən torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 may 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə Seriya RX ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Adı çəkilən mülkiyyət sənədi alınmamışdan əvvəl Sumqayıt Bələdiyyəsinin adına Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 21 fevral 2014-cü il tarixli, 39 saylı və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 13 mart 2014-cü il tarixli, 02/200 saylı müvafiq rəylər, torpaq sahəsinin planı (sxemi) və torpağın normativ qiyməti barədə arayış hazırlanaraq verilmişdir ki, həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 700 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə İİ qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, mübahisələndirilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı kitabında 24 iyun 2014-cü il tarixdə 7205 sıra sayı ilə qeydiyyatdan keçmiş 'Torpaq sahəsinin planı və ölçüsü” də hazırlanmışdır. Qeyd edilən sənədlər əsasnda Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli,09 saylı iclasının 35 saylı qərarı ilə Sumqayıt Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən sahəsi 700 kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 09 mart 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsində X6 qalib gəlmiş və onun adına yuxarıda qeyd olunan Şəhadətnamə verilmişdir.Torpaq müsabiqəsinin qalibi olması səbəbindən Sumqayıt Bələdiyyəsi də öz növbəsində X6 ilə mübahisələndirilən torpaq sahəsinə dair 27 mart 2017-ci il tarixli,40 saylı torpaq icarə müqaviləsi bağlamışdır.Bütün bu sadalananlar iddiaçının mübahisələndirilən torpaq sahəsinin guya mühafizə zolağında olması və qanunsuz şəkildə sənədləşdirilməsi barədə bildirdiklərini təkzib edir. Bura iddianın tələb hüququ olmayan şəxs tərəfindən, yəni hüquqi şəxs kimi "xxxx" MMC deyil,İddiaçı tərəfindən qaldırılmasını, müqavilənin ləğvinin yalnız müqavilə tərəfinin tələb edə biləcəyini əlavə etsək, aydın olur ki, iddia tələbləri bu cür iddia ilə çıxış etmək hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, "subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır.Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin,yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də,həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ- hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə,məhkəmə,bir qayda olaraq,iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının, icarə müqaviləsinin, şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair’ iddia ərizəsi əsassız olmaqla yanaşı, həmin tələb tələb hüququ olmayan şəxs tərəfindən və məhkəmə aidiyyəti qaydalarını pozmaqla qaldırılmışdır. Bu səbəbdən İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının, icarə müqaviləsinin, şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair iddia ərizəsinin mümkünsüz sayılmasını məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış Sumqayıt Bələdiyyəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, qeyd olunan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsinin uzunmüddətli istifadə üçün ona ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsinin üzərində onun tərəfindən avtomobillərə texniki xidmətin həyata keçirilməsi üçün bir neçə qeyri-yaşayış binası inşa edilib. Nəzərə alınmalıdır ki, "xxxx" MMC tərəfindən də qaz doldurma məntəqəsinin yaxınlığında qeyri-yaşayış binaları inşa edilib. Hesab edir ki, həmin tikililərin tikintisi qanunuyğun şəkildə aparılıb və Sumqayıt bələdiyyəsinin qərarı mübahisələndirilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Bələdiyyəsinin 27.05.2016-ci il tarixli 09 saylı iclasın 35 saylı qərarının surəti, cavabdehin etirazı, "xxxx" İstehsalat Kommersiya firmasına 1.000 m2 torpaq sahəsinin ayrılması haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18.09.2001-ci il tarixli 293 saylı sərəncamının surəti, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.12.2018-ci il tarixli **********96-12301 reyestr nömrəli çıxarışın və Texniki Pasportun surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.03.2017-ci il tarixli **********12 reyestr nömrəli çıxarışın surəti, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı 25/24-02920 saylı 18.03.2014-cü il tarixli məktubu, AR FHN X3 Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin İddiaçı ünvanladığı 25/24-01724 saylı 07.03.2014-cü il tarixli məktubu, AR FHN Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanladığı 25/24- 0229 saylı 31.05.2014-cü il tarixli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 10/3328 nömrəli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 18.09.2001-ci il tarixli 293 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində avtomobillərə maye qaz doldurulması məntəqəsi tikintisi məqsədi ilə "xxxx" İstehsalat Kommersiya firmasına 1.000 m2 torpaq sahəsi ayrılmışdır. Göstərilən müddətdən etibarən "xxxx" İstehsalat Kommersiya firması həmin torpaq sahəsi üzərində yanacaq doldurma məntəqəsi, o cümlədən avtomobil təmir sexləri inşa etdirmiş və həmin tikilər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq fəaliyyət göstərməyə başlamışdır. X6 tərəfindən sahibkarlıq məqsədi ilə Sumqayıt Bələdiyyəsinə müraciət olunmuşdur. Sumqayıt Bələdiyyəsidə tikinti üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahəsi 700 m2 olan torpaq sahəsinin icarəyə verilməsi qənaeətinə gələrək, həmin torpaq sahəsinə dair bələdiyyənin memarlıq şöbəsinin mütəxəsisləri tərəfindən tərtib edilmiş mövqe planını Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə göndərmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 39 saylı 21.02.2014-cü il tarixli rəyinə əsasən sahibkarlıq məqsədi ilə bələdiyyə tərəfindən 700 m2 torpaq sahəsinin icarayə verilməsinə razılıq verilmişdir. Qeyd olunan torpaq sahəsinin üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsi tərəfindən 27 may 2016-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın əsasında 700 m2 torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ tanınmış və Sumqayıt Bələdiyyəsinə ********** nömrəsi ilə 07.05.2016-cı il tarixli çıxarış verilmişdir. Sumqayıt bələdiyyəsi həmin torpaq sahəsini sahibkarlıq məqsədi ilə 49 il müddətinə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə 27 may 2016-cı il tarixli 09 saylı protokolu ilə təstiq edilmiş qərar qəbul etmişdir. ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac keçirilmiş və hərracın qalibi X6 olmuşur.Sumqayıt Bələdiyyəsi ilə X6 arasında bağlanmış 27 mart 2017-ci il tarixli 40 saylı torpaq icarəsi müqaviləsinə əsasən mübahisə predmeti olan 700 m2 torpaq sahəsi 49 il müddətinə,yəni 09 mart 2066-cı ilədək sahibkarlıq məqsədi ilə icarəyə vermişdir.X6 09.03.2066-cı ilədək əldə etdiyi icarə hüquqlarını dövlət qeydiyyatına aldıraraq 143 nömrəli reyester kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əldə etmişdir. Bir müddət sonra həmin torpaq sahəsində avtomobillərə məxsus xidməti obyektin tikintisinin eskiz lahiyyəsi tərtib edilərək Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təstiq edilmiş və tikinti işlərinə başlanılmışdır. Aparılan tikinti işləri ilə bağlı "xxxx" MMC-nin direktoru şirkətin mülkiyyətində olan və fəaliyyət göstərilən maye-qazdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikinti işlərinin qanuna uyğun olub olmaması ilə bağlı Föqəladə Hallar Nazirliyinə müraciət etmiş və verilmiş cavab məktublarından bəlli olmuşdur ki, aparılan tikili Föqəladə Hallar Nazirliyi ilə razılaşdırılmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.199-cu il tarixli 103 saylı “Qaz təhcizatınında mühafizə zonaları və təhlükəsizılik tədbirləri qaydalarının” 5.7.1 və 5.11-ci bəndlərinə ziddir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 10/3328 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, "xxxx" MMC-nin sahibliyində olan Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkaski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikililərin Azərbaycan Respuplikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nm 5.7. və 5.11. bəndlərin tələblərinə əsasən inşa edilməsinin mümkün olmadığı müəyyən edilir. Qeyd olunur ki, 5.11. bəndinin tələblərinə əsasən QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. Məhkəmə qeyd etməyi zəruri bilir ki, bələdiyyə tərəfindən 700 m2 torpaq sahəsinin öz adına rəsmiləşdirlməsindən öncə bələdiyyənin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib etdiyi mövqe planını lazımi qaydada araşdırma aparmadan aidiyyatı qurumlara göndərmiş və qeyd olunan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə müsbət rəy alınmasına nail olmuşdurHalbuki, Sumqayıt bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmədən öncə mövqe planı tərtib etmək əvəzinə müvafiq təşkilatlara sorğu göndərməklə torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat əldə edə bilərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin X4 istifadəyə verilməsi məqsədi ilə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmə aparılmadan öncə torpaq sahəsinin qonşuluğunda yerləşən və "xxxx" İstehsalat Kommersiya firmasının mülkiyyətində olan maye-qaz dolduma məntəqəsinin 2001-ci ildən istismar edilməsini belə nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na edilmiş əlavələrə əsasən- Qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikintilər arasındakı məsafə 80 metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır. Göründüyü kimi Sumqayıt bələdiyyəsi qeyd olunan topraq sahəsini öz adına rəsmiləşdirilmə proseduruna başlamazdan öncə yaxınlığında yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmiş olsaydı həmin torpaq sahəsinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 18.09.2001-ci il tarixli 293 saylı sərəncam əsasında "xxxx" İstehsalat Kommersiya firmasına ayrılması barədə məlumatlı olardı. Bundan başqa nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 21.02.2014-cü il tarixli 39 saylı rəyinə əsasən qeyd olunan ərazinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mövcud texniki normalara cavab veriləcəyi tədqirdə torpaq sahəsinin ayrılmasına etirazın olmaması bildirilmişdir. Belə ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 700 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 27.05.2016-ci il tarixli 09 saylı iclasın 35 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Bələdiyyəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 700 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt Bələdiyyəsinin 27.05.2016-ci il tarixli 09 saylı iclasın 35 saylı qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Bələdiyyəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-94/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-94/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver