Məhkəmə qərarları › İş №2-1(118)-941/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-941/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-941/2020 15.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri,11-ci mikr-n, ev 6, mənzil 45-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSM tabeliyində DSMF-nin X1rşı xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixdə DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsi əsl cavabdeh ƏƏSM yanında DSMF-nun X5 İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-890/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSM yanında DSMF-nin X1rşı xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-91/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyaisya şikayəti qismən təmin edilərək, birinci insyansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-890/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx xxxx 2005-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqları nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya güzəştli şərtlərlı pensiya təyin olunarkən 18 il güzəştli əmək stajı olmuşdur. Lakin əmək pensiyası təyin olunarkən həmin vaxtı qüvvədə olan «Vətəndaşların pensiyası təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi və 17-ci maddələrinin tələbləri kobud şəkildə pozularaq onun pensiyası düzgün hesablanmamışdır. Ona görə də iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək, ona xx.xx.2005-ci il tarixdə təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikaı İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izah etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı ilədək ümumi stajı 34 il 03 ay 03 gün, xx.xx.2018-ci il tarixə pensiyasının məbləği 209.30 manat təşkil edir. Pensiya təyinatı zamanı təqdim etdiyi əmək haqqı göstərilən dövr üçün 51.00 manat orta aylıq əmək haqqı formasında 100% məbləğində hesablanmışdır. xx.xx.2006-cı il tarixdə aylar üzrə ona 51.00 manat məbləğində pensiya ödənilmişdir. İllik inflyasiya əmsalı nəzərə alınmaqla xx.xx.2011-ci il tarixdə onun pensiyasının məbləği 127.59 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyası xx.xx.2011-ci il tarixindən yenidən hesablanaraq 151.53 manata, xx.xx.2012-ci il tarixindən pensiyanın sığorta hissəsi illik infilyasiya faizinə uyğun əmsallaşdırılaraq 156.72 manata, xx.xx.2013-cü il tarixdən - 157.1 manata, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılması ilə əlaqədar Fərmanına əsasən xx.xx.2013cü il tarixdən 172.51 manata, xx.xx.2014-cü il tarixdən pensiyanın sığorta hissəsi illik infılyasiya faizinə uyğun əmsallaşdırılaraq 174.25 manata, xx.xx.2015-ci il tarixdən - 175.29 manata, xx.xx.2016-cı il tarixdən - 178.30 manata, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılması ilə əlaqədar Fərmanına əsasən xx.xx.2016-cı il tarixdən 188.30 manata, xx.xx.2017-ci il tarixdən - 198.01 manata, xx.xx.2018-ci il tarixdən - 209.32 manata, xx.xx.2019-cu il tarixdən - 215.57 manata çatdırılmışdır və aylar üzrə ödənilir. İddiaçının pensiyasının hesablanmasında hər hansı yanlışlığa yol verilməmişdir. İş materiallarında olan : -AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə doğulmuşdur. -xx xxxxxx 1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxx 1971-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. -Sumqayıt “Sintezkauçuk” zavodu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 19/3600 saylı arayışdan görünür ki, İddiaçı 2003-2005-ci illərdə cəmi 28320753 manat, 2006-2007-ci illərdə cəmi 5381.82 manat məbləğində əmək haqqı almışdır. - 047924 nömrəli pensiya uçot vərəqəsindən görünür ki, iddiaçıya pensiya hüququ yarandığı gündən xx.xx.2005-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümümi stajı 34 il 03 ay 03 gün. xx.xx.2018-ci il tarixədək pensiyası 209,30 manat təşkil edir. xx.xx.2019-cu il tarixdən pensiyanın sığorta hissəsi illik infilyasiya faizinə uyğun əmsallaşdırılaraq 215.57 manata çatdırılmış və aylar üzrə ödənilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********0 saylı məktubundan görünur ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. - “Azərkimya” İB “Etilen Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 98 saylı arayışdan görünür ki, İddiaçı 2003-2007-ci illərdə həmin müəssisədə işləmiş və əmək haqqı almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. xx xxxxxx 2010-cu il tarixinə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qaydalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş və 3363 sayla xx xxxxxxx 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı zaman qüvvədə olmuş pensiyanın hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun xx xxxxxx 2006-cı il tarixə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqı nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının həmin müddətdən əvvəl işlədiyi son 24 ayı ərzində (2003-2004-cü illər) aldığı orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx xxxx 2005-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2003-2004-cü illərin əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar