Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-941/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti N ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirlyii ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N994-cü il tarixdə atəşkəs elan olunandan sonra xx.xx.N994-cü il tarixdə müalicə olunmaq üçün Mərkəzi Hərbi Hospitala göndərilmişdir. Müalicədən qayıtdıqdan sonra xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədən təxris olunmuşdur. N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etdiyi dövrdə barəsində təqsirləndirici material və cinayət işi olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi arxivindən verdikləri yazılı cavabda qeyd edlir ki, onun adı Azim yazılmışdır, bu iusə onun təqsirindən baş verməmişdir. Hakbuki, o, ağır dövrdə, çətin vaxtlarda iki il N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonunda müharibədə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə əlavə olaraq izah etdi ki, onun bədənində müxtəlif yaralar yarandığına görə o, müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir, hospitalda olarkən batalyonun dağıldığını eçitmişdir, buna görə evə qayıtmışdır. N994-cüildə yenidən Dəvəçi-Xaçmaz könüllülər batalyonu yaradılmış və o, yenidən cəbhəyə yollanmlşdır. Sənədləşmənin aparılmamasının səbəbləri ona məlum deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Mərkəzi Arxivin xx.xx.202N-cu il tarixli 9/2-22N5 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəyə daxil olması nizami hissə üzrə əmrlə tam təsdiqlənmədiyinə, xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adınm və vəsiqəsinin verilməsi qanuna ziddir. İş materiallarına əlavə edilmiş : -iddiaçının adına açılmış НЗ№ ******* seriyalı hərbi biletdən görünür ki, o, N985-N987-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.xx.xx.N993-xx.xx.N994-cü il tarixlərdə N8 saylı hərbi hissənin tərkibində Ağdam uğrunda döyüşlərdə iştirak etmişdir. - Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli arxiv arayışından görünür ki, N8 №-ii hərbi hissə komandirinin N4 dekabr N993-cü il tarixli 339 №-!i əmrində (əsas: §27səh-37) Xaçmaz RHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətlinin hərbi hissədə ərzaqla təmin olunması barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda (əsas: xx.xx.N992- xx.xx.N993-cü il, iş №-2, səh-20N, sıra-6, məlumatda adı Azim yazılmışdır) Xaçmaz RHK-nın çağtrışçısı, N967-ci il təvəllüdlü, baş leytenant X2 ads N7.NN N993-cü ıl tarixdən N8 ~№-li hərbi hissəyə göndərilmiş N №-li Xaçmaz batalyonunun siyahısında qeyd edilmişdir. Müayinə və müalicə olunmaq uçün Bakı şəhəri Mərkəzi Hərbi Hospitalına göndərilmiş X5 N8 №-li hərbi hissə komandirinin N6 07 N994-çü il tarixli N96 №-li əmrilə (əsas: §25. sıra-7, səh-85, əmrdə adı Azim yazılmışdır) qazan təminatından çıxarılmışdır. Uzun müddət hospitala göndərildiyinə görə X6 N8 №-iı hərbi hissə komandirinin xx.xx.N994-cü ii tarixli 296 №-li əmrilə (əsas: §2, sıra- 2, səh-N7, əmrdə adı Əzim yazılmışdır) ştatdan kənar edilməklə bütün növ təminatlardan çıxarılmışdır.Hərbi hissəni tərk etdiyinə görə sıravi XN nazirinin müvafiq fərmanına əsasən N8 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 363 №-li əmrilə (əsas §N2. sıra-
309. səh-39 əmrdə adı Əzim yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbuletmə məntəqəsinə göndərilmişdir. -Tərtər Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli məktubdan görünür ki,N967-ci il təvəllüdlü N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ
Məhkəmə oddoaçının izahatını dinıəyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8-ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, N (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova