Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-942/2021 09.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı “21 dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Quba RDT və MHQİ tərəfindən verilmiş 19.07.2002-ci il tarixli, 111 saylı qeydiyyat vəsiqəsinin, Quba rayon Notariat Kontorunun notariusu Quliyeva M.A. tərəfindən 23 iyul 2002-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair JN 086 KOD 30307038 nömrəli və JN-086F KOD 30307038 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “21 dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Quba RDT və MHQİ tərəfindən verilmiş 19.07.2002-ci il tarixli, 111 saylı qeydiyyat vəsiqəsinin, Quba rayon Notariat Kontorunun notariusu Quliyeva M.A. tərəfindən 23 iyul 2002-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair JN 086 KOD 30307038 nömrəli və JN-086F KOD 30307038 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 10 iyun 2021-ci il, 24 iyun 2021-ci il, 23.07.2021-ci il və 09.09.2021-ci il tarixlərində məhkəməyə dəvət olunmuşdur. Lakin o, müvafiq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı digər vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X4 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı 21 dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Quba RDT və MHQİ tərəfindən verilmiş 19.07.2002-ci il tarixli, 111 saylı qeydiyyat vəsiqəsinin, Quba rayon Notariat Kontorunun notariusu Quliyeva M.A. tərəfindən 23 iyul 2002-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, “Torpağın mülkiyyətə verilməsinə dair JN 086 KOD 30307038 nömrəli və JN-086F KOD 30307038 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-942/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-942/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver