Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-942/2023 27.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 09 iyun 2022-ci il tarixli, **********1 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1966-cı il təvəllüdlüdür. 2002-ci ildən ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması,sağ ağ ciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və həmin vaxtdan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2016-cı ildə keçirilən növbəti müayinədə əlillik təkrar təyin edilmiş, onda ömürlük əlillik təyin edilməli halda, yeni qanunvericiliyə əsasən yeni müayinə tarixi 5 il sonraya təyin edilmişdir. Bu müddətdə Vərəm Xəstəxanasında stasionar müalicələr almışdır. Həkimlərin rəyinə əsasən xəstəliyinin sağalma ehtimalı yoxdur. ona pensiya ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. TSEK tərəfindən növbəti müayinə vaxtı xx.xx.2022-ci il tarixdə xx.xx.2027-ci il tarixə yenidən ona 2 dərəcə əlillik müəyyən edilmişdir. xx.xx.2021- xx.xx.2022-ci il tarixə kimi olan dövrdə hər üç aydan bir tibb müəssisəsi göndəriş göndərmiş, TSEK «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur»bəhanəsi ilə ona əlillik təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçının səhhətində heç bir dəyişiklik olmadığı halda ona əlillik dərəcəsi təyin edilməmişdir. 2-ci qrup əlil kimi aldığı pensiyadan başqa gəlir mənbəyi yoxdur. Əmək qabiliyyəti yoxdur. İşləyə bilmir. Lakin ondan asılı olmayan səbəbdən əlillik təyin edilməs imtina edilmiş, nəhayət şikaytindən sonra ona əlillik dərəcəsi təyin edilmişdir. Həmin dövrdə borc almaqla özünü müalicə etdirmiş və yaşamışdır. Dəfələrlə cavabdehə rəsmi qaydada mürac etsə də ərizəmə cavab verilməmişdir. Ona görə də hesab edir ki, aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi cavabdeh tərəfindən pensiyası ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik-müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti DTSERA tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs DTSERA tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinə müvafiq olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 №li qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qeyd olunan maddələrin tələblərinə müvafiq olaraq İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətində İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Sadalanan qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq bildirirlər ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021 -ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında İİ dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlillik bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona xx.xx.2021 -xx.xx.2022-ci illər ərzində pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur və belə olan halda iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona, yəni İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyinin təyinat tarixinin 17.01,2022-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 - Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Sağ ağ ciyərin fibroz kavernoz vərəmi, VMB (-) TÇ l-ll dərəcəli.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi...; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB(-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə.; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən -instrumental müayinələrin nəticələri . status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilməsi” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B90-B94 - infeksion və parazitar xəstəliklərin nəticələri => B90 - Vərəmin nəticələri => B90.9 - Tənəffss orqanları vərəminin və dəqiqləşdirilməmi...; Diaqnozun mətni: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB (-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağıj , Sinus taxikardiyası.Miokardda diffuz dəyişiklik qeyd olunur..; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Əlavə ixtisaslı müayinə və müalicə qərarı verilməsi” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2 İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B90-B94 - İnfeksion və parazitar xəstəliklərin nəticələri => B90 - Vərəmin nəticələri => B90.9 - Tənəffss orqanları vərəminin və dəqiqləşdirilməmi...; Diaqnozun mətni: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonraki böyük qalıq əlamətləri VMB (-) mənfi. Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno- nevrotik sindromu. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, . Yanaşı xəstəliklər H90.8 Dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli agır, iki tərəfli qarışıq tip ağır eşitmə. Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağı], Miokardda diffuz dəyişiklik qeyd olunur.; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-əlavə ixtisaslaşmış müayinə və müalicə təyin edilir. Ağırlaşmaları təsdiq edəcək müayinələr tam aparılmaması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt Vərəm Əleyhinə Dispanser xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A16 - Tənəffss orqanlarının vərəmi, bakterioloji və ya histoloji təsdiq edilməmiş => A16.0 - Ağ ciyər vərəmi, bakterioloji və hi....; Diaqnozun mətni: Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Sağ ağciyərin fibroz kavernoz vərəmi VMB(-) mənfi Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatışmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J45.8 Qarışıq astma, Bronxial astma,qarışıq forma,nəzarət olunmayan kəskinləşmə mərhələsi Yanaşı xəstəliklər İ20 Stenokardiya [döş inağı] , Miokardda diffuz dəyişiklik qeyd olunur. Yanaşı xəstəliklər H52.4 Presbiopiya,. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindromu. Yanaşı xəstəliklər H90.8 Dəqiqləşdirilməmiş qarışıq konduktiv və neyrosensor tipli agır, iki tərəfli qarışıq tip ağır eşitmə..; Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı (A15-A16.9,J96-J96.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2021-ci il tarixli göndərişi əsasında Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən -instrumental müayinələrin nəticələri . status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilməsi” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Sumqayıt Vərəm Əleyhinə Dispanserin 07.01 2022-ci il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Odur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə qeyd edilən səbəblərə görə əlillik dərəcəsi təyin etmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdən imtina səbəbləri aradan qalxdığı üçün əlillik təyinatı aparılmışdır. Qeyd edilən səbəblərə görə iddiaçının tələbi əsassız və qanunsuzdur. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın ona verilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021 -ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında İİ dərəcə əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlillik bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ona xx.xx.2021 -xx.xx.2022-ci illər ərzində pensiyanın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur və belə olan halda iddia tələbi təmin edilməməlidir. Üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə qeyd edir ki, İddiaçı Sumqayıt Vərəm Əleyhinə Dispanserin xx.xx.2021-ci il tarixli göndərişi əsasında Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarini təsdiq edən-instrumental müayinələrin nəticələri status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilməsi” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Sumqayıt Vərəm Əleyhinə Dispanserin 07.01 2022-ci il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Odur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə qeyd edilən səbəblərə görə əlillik dərəcəsi təyin etmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdən imtina səbəbləri aradan qalxdığı üçün əlillik təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddia əsalıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. İş materillarından görünür ki, İddiaçıya 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. xx.xx.2022-ci il tarixədək natamam göndəriş əsası ilə iddiaçının əlillik dərəcəsi təyin edilməmiş, xx.xx.2022-ci il tarixdən imtina səbəbi aradan qalxdığı üçün ona əlillik təyinatı aparılmışdır. Göründüyü kimi iddiaçının aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi inzibati orqanların öz vəzifə öhdəliklərini natamam yerinə yetirməsi nəticəsində təyin edilməmiş, göndərişin natamam doldurulması əsas gətirilərək iddiaçıya həmin müddət üzrə pensiya təyinatı olmadığından pensiya ödənişi də aparılmamışdır. Lakin iddiaçının 2ci dərəcə əlil olması işin mübahisə olunmayan halıdır. Ötürülmüş müddət ərzində də onda hərhansı yaxşılaşma olmamış, formal səbəblərə görə əlilliyin təyinatı gecikmiş, yekun olaraq xx.xx.2022-ci il tarixdən isə əlilliyi bərpa edilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddət keçdiyindən iddiaçıya ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qanun normasında qanunvericinin iradəsi, əlill şəxsə 6 ay ötürülmüş müddətin güzəşt edilməsi kimi başa düşülməlidir. Əlilliklə bağlı təyinat 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla həyata keçirildiyinə görə, 6 aylıq müddətin keçirilməsi inzibati orqanların imtina əsası o zaman ola bilər ki, əlillik müddəti bitmiş olan şəxsin təkrar əlillik qiymətləndirilməsi ilə bağlı müraciəti 6 ayı keçmiş olsun. Lakin hazırkı halda iddiaçı tərəfindən hər hansı bir müddətin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı onun əlillik müddəti bitəndən sonra səlahiyyətli orqanlara müraciət etmiş, nəticədə onun əlilliyinin davam etməsi onun iradəsindən və hərəkətlərindən asılı olmadan inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində öz təsdiqini gec tapmışdır. Nəzərə alanda ki, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs eyni yuxarı orqana tabe olan qurumlardır, onlar arasında koordinasiya və işin halları ilə bağlı daha rahat əlaqə yaradılmalı, vətəndaşların hüquqları pozulmamalı, eyni yuxarı orqana tabe olan qurumlar məsuliyyəti bir-birinin üzərinə ataraq vətəndaşların hüquqlarının əldə edilməsi mexanizmlərini çətinləşdirməmlidirlər. Məhkəmə hesab edir ki, əlil olan şəxsin məsuliyyət daşımadığı halda inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində hüquqlarının pozulması yolverilməzdir və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Aprel 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi İddiaçı pensiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-942/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-942/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver