Məhkəmə qərarları › İş №2-1(118)-943/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-943/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-943/2020 18.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “cavabdeh “Cavabdeh” X1 RQİİ-nin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt və bu aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya yazılmış 1252.80 manat cərimənin iddiaçının hesabına silinməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində dəyərləndirdiyi 1500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “Cavabdeh” İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsi”-nə dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “Cavabdeh” İB-ə qarşı iddia qaldıraraq cavabdeh “Cavabdeh” X1 RQİİ- nin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt və bu aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya yazılmış 1252.80 manat cərimənin iddiaçının hesabına silinməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində dəyərləndirdiyi 1500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “Cavabdeh” İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh “Cavabdeh” İB-ə qarşı iddia qaldıraraq cavabdeh “Cavabdeh” X1 RQİİ- nin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt və bu aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya yazılmış 1252.80 manat cərimənin iddiaçının hesabına silinməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində dəyərləndirdiyi 1500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “Cavabdeh” İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu “Cavabdeh” İstehsalat Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır.Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də “Cavabdeh” İB-nin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibatiməhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə “Cavabdeh” İB-nin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “cavabdeh “Cavabdeh” X1 RQİİ-nin vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* saylı akt və bu aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya yazılmış 1252.80 manat cərimənin iddiaçının hesabına silinməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya şəklində dəyərləndirdiyi 1500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh “Cavabdeh” İB-nin Xaçmaz RQİİ-nin vəzifəli şəxslərinin iddiaçıya qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsi” barədə iddiası qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar