Məhkəmə qərarları › İş №2-1(118)-943/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-943/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-943/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxaz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin bərpası”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək, “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etdilər. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon X19 İcraiyyə Komitəsinin (bundan sonra XDS İK) 16 iyun 1985-ci il tarixli 168 nömrəli qərarı ilə, Quba şəhəri, 22-ci məhəllə ünvanında, Heydər Əliyev (keçmiş Azərbaycan) prospektində müasir tələblərə cavab verən bazar tikintisi üçün 2 hektar torpaq sahəsi ayrılmış, keçmiş SSRİ Ticarət Nazirliyinin Respublika Layihələşdirmə İnstitunun 2442 nömrəli layihə smeta sənədləri əsasında 1985-1988-ci illər ərzində Quba bazarı tikilərək istifadəyə verilmişdir. Quba bazarının ilkin balans dəyəri 1 438 560 000 (bir milyard dörd yüz otuz səkkiz milyon beş yez altımış min) rubl hesablanmışdır. Quba rayon İHB-nın 1994-cü il tarixli 139-140 nömrəli sərəncamları ilə bazarın örtülü hissəsində Quba Ticarət Kommersiya - Mərkəzi təsis edilmişdir. İddiaçılar həmin müəssisələrdə işləmiş, bu faktı iddia ərizəsinə əlavə etdikləri əmək kitabçalarının surətləri ilə təsdiq edirlər. AR Prezidentinin 29 sentyabr 1995-ci il tarixli 1120 saylı Fərmanı ilə Dövlət Əmlakının Özəlləşdirilməsi Haqqında AR Qanunu - Dövlət Proqramı təsdiq edilmiş, Dövlət Proqramının 5-ci maddəsinə əsasən Quba bazarı və X27 Mərkəzi indiki halda Əmlak Məsələləri Dövlət Xidmətinin (Bundan sonra ƏMDX) qərarı ilə məcburi özəlləşdirilən müəssisələr sırasına daxil edilmişdir. Həmin tarixdən bazarın əmlakı üzərində sərəncam vermək və sair bütün səlahiyyətlərin Dövlət Proqramına əsasən 3-cü şəxs - ƏMDX-ə keçmişdir. Bundan başqa, iddiaçıların məcburi özəlləşdirməyə çıxarılan müəssisələrin əmək kollektivi üzvləri olaraq Bazarın, Ticarət Kommersiya Mərkəzinin özəlləşdirilməsi ilə əlaqədar qərarın qəbul edilməsi, özəlləşdirilərkən qanunla nəzərdə tutulan güzəştli 15 faizlik paya olan mülkiyyət hüquqlarınının təmin edilməsi barədə 10 000-dən artıq aidiyyatı orqanlara müraciətləri olmuşdur. Müraciətləri nəzərə alan o vaxt ki, AR Əmlak Nazirliyi Quba rayon İcra hakimiyyətinə, Quba rayon şöbəsinə və Quba kolxoz bazarının rəhbərliyinə müraciət etmişdir. 2000-ci ilin oktyabr ayındakı həmin məktubda yazılıb: "Bazarın özəlləşdirilməsi ilə əlaqədar lazım olan sənədləri bir ay müddətində DƏNnin rayon şöbəsi ilə birlikdə hazırlayıb təqdim olunması üçün zəruri tədbir görməyiniz vacibdir. Özəlləşdirmə sənədlərinin təqdim olunması yubandırıldığı halda Dövlət Əmlak Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 29 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət müəssisələrinin özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamənin 1-ci bölməsinin 2.2-ci maddəsinə və Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin 11 Dövlət Proqramının 5-ci maddəsinin 5-ci bəndinə əsasən özəlləşdirmə komissiyası yaradaraq bir ay müddətində müəssisənin özəlləşdirilməsi həyat keçiriləcək." Göstərişlərin icrası məqsədilə o vaxtı icra başçısı vəzifəsində işləmiş X14 iddiaçıları İH-ə dəvət etmiş müəssisələrin əmlakının mütəxəssis Elşad Nuriyev tərəfindən hazırlanan texniki pasportu və digər tələb edilən sənədlər tərəflərindən təqdim edildikdən sonra əmək kollektivinə tezliklə özəlləşdirilmənin aparılmasının təmin ediləcəyi bildirilmişdir. Lakin sabiq İHB-ı 09 aprel 2001-ci il tarixli 56 saylı sərəncamı ilə ƏMDX-nin səlahiyyətlərini mənimsəyərək Quba kolxoz bazarının xx.xx.2001-ci il tarixli ləğvetmə balansını təsdiq edərək (balans saxlayıcısı olmasına baxmayaraq) əmlak kompleksini dövlət reyestrindən çıxartmışdır. Eyni zamanda qanunsuz əmlakları ələ keçirmək niyyəti ilə Quba Ticarət Kommersiya X5 direktor təyin etmişdir. Quba İİK-i dövlət reyestrindən yayındırılan 2442 nömrəli layihə smeta dəyəri 1 438 560 000 (bir milyard dörd yüz otuz səkkiz milyon beş yez altımış min) rubl hesablanan Bazar və Ticarət Kommersiya Mərkəzini tikintisi yarımçıq qalmış "örtülü bazar" adı İHBnın xx.xx.2001-ci il tarixli 56 nömrəli sərəncamı ilə ləğvetmə balansı təsdiq etməklə dövlət reyestrində yayındırılan Quba Kolxoz bazarını və taleyi iddiaçılara naməlum olan Quba Ticarət Kommersiya Mərkəzini - əmlak kompleksini "xxxx" qiymətləndirmə Firmasını vasitəsi ilə qiymətləndirilməsi, ilkin balans dəyəri 1 438 560 000 manat (əslində rubl) ilə təyin olunmuş qiymət arasındakı fərqi əlavə kapital fondu hesabına silinərək balansa alınması, RKİ-nm balansına götürüləcək obyektin qiymətləndirilməsi, X20 guya RKİ-a məxsus Quba şəhəri, Azərbaycan prospektində (hazırki H. Əliyev prospekti) yarımçıq qalmış "örtülü bazar" 30 milyon manata (AZN) (əslində Quba Ticarət Kommersiya Mərkəzinin derektoruna direktoru olduğu Ticarət Kommersiya Mərkəzini və xx.xx.2001-ci il tarixli ləğv etmə balansına əsasən ləğv edilən Quba bazarını ) - dövlət əmlakı kompleksini payçı adı ilə X4, barədə xx.xx.2003-cü il tarixli, 20 saylı qərar qəbul etmişdir. Quba rayon Notariat Kontorunun reyestrdə 4-Ə -226 nömrə ilə 18 iyul 2003-cü və 4- Ə-260 22 avqust 2003-cü il tarixlərdəki qeydlərlə bağlanılmış alqı-satqı müqavilələri ilə iki dəfə X2. X6 direktoru olduğu X21 və qanunsuz ləğv edilən Quba Kolxoz bazarını - əmlak kompleksini guya İİK-nin balansında olan yarımçıq tikili "örtülü bazar" adı ilə qanunsuz özəlləşdirmişdir. Eyni zamanda paralel olaraq Quba bələdiyyəsinə də öz növbəsində əmlak kompleksi yerləşən 2.0 hektar torpaq sahəsindən 1.11 hektarını Quba bələdiyyəsinin - Quba kəndinin Bələdiyyə fondunun alqı- satqı predmeti olan kənd təsərrüfatına az-yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Quba şəhər sakini X3 məqsədilə satılması barədə 07 iyul 2003-cü il tarixli qərar qəbul etmiş, "torpağa mülkiyyət hüququna dair JN: 0884 kod 30301004 nömrəli Dövlət AKT-ı hazırlanmışdır. Beləliklə Azərbaucan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış daşınmaz dövlət əmlakının (əmlak kompleksinin) reqistrdə qeydiyyatı aparılsa da, İHB-nın sərəncamı ilə registrdən çıxarılaraq mövcud qaydada dövlət torpağı qrupuna aid edilmiş , infrasutrukturu və xidmət sahəsləri yerləşən (Quba bazarı və Quba Ticarət Kommersiya Mərkəzi) satılması (hazırki ƏMDX-i tərəfindən mütəxəssis Elşad Nuriyevin tərtib etdiyi texniki pasporta uyğun) aidiyyəti dövlət qürumu tərəfindən həyata keçirilməli olan bu ərazi - əmlak kompleksi üzərində ilkin balans dəyəri 1 438 560 000 rubl hesablanmış bu 2.0 hektar ərazidən 1.11 hektarı Quba şəhər Bələdiyyəsi kənd təsərrüfatına az-yararlı torpaq sahəsi kimi göstərilməklə Quba şəhəri, Azərbaycan prospekti ünvanı (hazırdə H. Əliyev prospekti) ünvan 3kəzi dövlət qurumunun (indiki halda ƏMDX) bir başa səlahiyyətləri mənimsənilməklə Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli qərarı ilə qeyri-qanuni formada satılmış, 1.11 ha torpaq sahəsinin kommersiya məqsədi üçün Quba rayon Torpaq Şöbəsi və X25 İnstitutu tərəfindən 07 iyul 2003-cü il tarixdə təsdiq edilmiş 15 dekabr 2003-cü il tarixində 160 nömrə ilə qeydiyyata alınmış JN-0084 kod 30301004 olan torpağa mülkiyyət hüququna dair Dövlət AKT-ı hazırlanmışdır. Bundan sonra cavabdeh orqan tərəfindən 22 avqust 2003-cü il tarixli 4-Ə- 260 qeyd nömrəli alqı- satqı müqaviləsinə əsasən Quba şəhəri, Azərbaycan (Heydər Əliyev) prospekti ünvanında yerləşən əmlak kompleksinə X13 adma qanunsuz texniki pasport işlənilmişdir. X23 isə öz növbəsində aldığı əmlak kompleksini Mehman İbrahimovun Bakı şəhərində yaşayan bacısı oğlu X10 əvəzsiz istifadəyə vermiş, daha sonra isə onun adına keçirməklə cavabdeh orqandan Ceyhun Bəkir oğluna adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış əldə etməklə cinayət yolu ilə mənimsənilən dövlət əmlaklarını rəsmiləşdirmişdir. Bundan sonra X23 vəfat etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X9 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğvi barədə cavabdeh orqana müraciətlərinə verilən cavabda bildirilir ki, guya X9 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan respublikasının Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən olunan hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanıb, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən əmlak kompleksinə dair vətəndaş X9 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Belə ki, iş materiallarından müəyyən olunur ki Quba Kolxoz bazarı və örtülü hissəsində İHB-nın 139-140 saylı sərəncamları ilə yardılmış Quba Ticarət Kommersiya Mərkəzi ilkin balans dəyəri 1438 560 000 rubl olmasına baxmayaraq Quba rayon X7 İdarə Heyətinin xx.xx.2003-cü il tarixli qərarı ilə satılmış, torpaq sahəsini isə Quba bələdiyyəsi isə öz növbəsində əmlak kompleksi yerləşən 2.0 hektar torpaq sahəsindən 1.11 hektarını 07 iyul 2003-cü il tarixli Quba bələdiyyəsinin 07 saylı qərarı ilə Quba kəndinin kənd təsərüfatına aid az-yararlı boş torpaq kimi satmasına baxmayaraq cavabdeh orqan Dövlət Əmlakını Özəlləşdirilması haqqında Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsini pozmuşdur. Qeyd olunan faktlara istinadən Quba Kolxoz bazarının, örtülü hissəsində yaradılmış Quba Ticarət Kommersiya Mərkəzinin əmlak kompleksinə və ona məxsus torpaq sahəsinə qeyri-qanuni sənədlər əsasında hazırlanan X9 adına mülkiyyət hüququna dair dövlət reyestrindən **********96-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışın ləğvi üçün əsaslar yaratmışdır. Ona görə qanunsuz aparılan qeydiyyatın ləğvi barədə məhkəməyə müraciət edirlər. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlu iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdeh orqanın iddiaçılara ünvanladığı 06 fevral 2024-cü il tarixli imtina məktubu; Quba rayon XDS-nin İcraiyyə Komitəsinin 168 saylı, 16 iyul 1985-ci il tarixli qərarı; Quba Rayon İcra Hakimiyyəti Başçısının sentyabr 1994-cü il tarixli sərəncamı; Quba Rayon İcra Hakimiyyəti Başçısının 56 saylı, 09 aprel 2001-ci il tarixli sərəncamı və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə:

1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 06 fevral 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın məxsus olduğu torpaq sahəsinin bir hissəsinin iddiaçıın istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü mübahisələndirilir. Cavabdeh inzibati orqan çıxarışın məhkəmə qaydasında ləğv edilməli olmasını əsas gətirərək onun ləğvindən imtina etmişdir. Hazırki halda mübahisə mülki hüquq münasibətindən deyil, cavabdeh inzibati orqanın inzibati aktın qəbulu ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə, yəni çıxarışın ləğvi ilə bağlıdır ki, buda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Quba Rayon XDS-nin İcraiyyə Komitəsinin 168 saylı, 16 iyul 1985-ci il tarixli qərarına əsasən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 2.0 ha torpaq sahəsi Quba rayon mərkəzi bazarının tikintisi üçün ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının sentyabr 1994-cü il tarixlı sərəncama əsasən Quba rayon mərkəzi kolxoz bazarının mərkəzi hissəsində yaradılmış “Ticarət Kommersiya Mərkəzi”nin nizamnaməsi icra hakimiyyəti tərəfindən qeydə alınmışdır. Daha sonra Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarına əsasən Quba şəhəri, Azərbaycan prospektində yerləşən örtülü bazar 30 milyon manata X2. Buna dair tərəflər arasında 22 avqust 2003-cü il tarixli və 18 iyul 2003-cü il tarixli alqı-satqı müqavilələri də bağlanmışdır. Bununla yanaşı Quba rayon mərkəzi kolxoz bazarının yerləşdiyi torpaq sahəsinin 1.1 ha hissəsi də Quba rayon Quba bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli, 07 saylı qərarına əsasən X2. Buna dair JN 0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Daha sonra isə mübahisə predmeti olan əmlak kompleksi X23 tərəfindən üçüncü şəxs X1 və sonuncunun adına **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Hazırki iş üzrə iddiaçılar Quba rayon kolxoz bazarının əmək kollektivinin iştirakı ilə özəlləşdirilməsini iddia edərək, X13 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 adına tərtib edilmiş mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 06 fevral 2024-cü il tarixli məktubu ilə onların müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İddiaçılar Quba rayon, 22-ci məhəllə ünvanında yerləşən Quba rayon kolxoz bazarının əmək kollektivinin iştirakı olmadan özəlləşdirildiyini iddia edərək, sözügedən əmlak kompleksinə dair qanunsuz olaraq digər şəxslər X13 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsini tələb edirlər. İnzibati işin araşdırılması zamanı iddiaçıların iddia etdiyi əmlak kompleksinə dair hüquqmüəyyənedici sənədlərin araşdırılması məqsədilə sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinin iddiaçıya ayrılmasına dair müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/- 413/2008 saylı, 15 aprel 2008-ci il tarixli qətnaməsindən aydın olur ki, “Quba kolxoz bazarı barəsində qəbul edilmiş Quba rayon İHB-nın 18 yanvar 2001-ci il tarixli, 07 saylı və 20 oktyabr 2003-cü il tarixli, 175 saylı sərəncamlarının, Quba bələdiyyəsinin 07 iyul 2003cü il tarixli, 07 saylı və Quba rayon KCİ-nin 03 fevral 2003-cü il tarixli qərarlarının ləğv edilib cinayət yolu ilə mənimsənilmiş dövlət əmlakının və dəymiş zərərin DƏİE üzrə DKnə qaytarılması və X18 barəsində cinayət işinin başlanılmasma dair xüsusi qərardadın çıxarılması tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 18 dekabr 2007-ci il tarixli qətnaməsi”ndən İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarından İddiaçı2 və cavabdeh Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(102)-1915/08 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2/105/-413/2008 saylı, 15 aprel 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadından məlum olur ki, İddiaçı2 “Quba kolxoz bazarı barəsində Quba rayon İHB və digər orqanlar tərəfindən 2001-ci və 2003-cü illərdə qəbul olunmuş qərarların ləğv edilib cinayət yolu ilə mənimsənilmiş dövlət əmlakının və dəymiş zərərin DƏİE üzrə DK-nə qaytarılması və M.İbrahimovun barəsində cinayət işinin başlanmasına dair xüsusi qərardadın çıxarılmasına dair mülki iş üzrə qəbul olunmuş məhkəmə aktlarının ləğvi”nə dair şikayəti icraata qəbul olunmasından imtina edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli qərarı ilə həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahəsi ayrılmış, lakin üçüncü şəxsin adına torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair şəhadətnamələr tərtib edildiyi halda, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərinə hüquqları qeydiyyata alınmamışdır. Həmçinin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 17 may 2010-cu il tarixli, 2(105)-493/2010 saylı qətnaməsindən görünür ki, “İddiaçı2 Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Kooperativ Cəmiyyətləri İttifaqına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Quba Rayon Notariat Kontoruna və maraqlı tərəf X17 qarşı Quba Rayon Kooperativ Cəmiyyətləri İdarə Heyətinin qərarlarını və alqı-satqı müqavilələrinin ləğv edilməsi və xüsusi qərardad çıxarılmasına dair iddia tələbi üzrə Quba Rayon Məhkəməsinin 21 yanvar 2010-cu il tarixli qətnaməsindən (sədrlik edən hakim E.Ə.Camalovdur) İddiaçı2 verdiyi apellyasiya şikayəti” təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 21 yanvar 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına tərtib edilmiş dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarıdır. Yəni iddiaçı halhazırda sözügedən qərarı mübahisələndirməlidir. Məhkəmə eyni zamanda bildirir ki, yuxarıda qeyd edilən məhkəmə qərarlarından aydın olur ki, əvvəlki məhkəmə icraatları zamanı Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı mübahisələndirilmiş və nəticədə iddia təmin edilməmişdir, yəni hal-hazırda digər şəxs X17 əmlak kompleksinin satılması barədə Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X17 əmlak kompleksinin satılması barədə Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı mübahisələndirdiyi və buna nail olduğu halda X13 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 adına tərtib edilmiş mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğvini tələb edə bilərdi. Lakin, göründüyü kimi iddiaçının barədə Quba rayon Kooperativ Cəmiyyətləri İttifaqı İdarə Heyətinin xx.xx.2003cü il tarixli, protokol nömrəsi 10 olan ““Azərittifaq” idarə heyətinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarının müzakirəsi” ilə bağlı qərarı mübahisələndirdiyi iddia tələbi təmin edilməmiş və məhkəmə qərarları qanuni qüvvəsini almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Süleymanpaşa oğlu, İddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 adına xx.xx.2003-cü il tarixli dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X13 adına qanunsuz dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X8 mülkiyyət hüququna dair dövlət reyestrindən **********9612301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və 2442 nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət - Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vasaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar