Məhkəmə qərarları › İş №2-1(118)-944/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-944/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-944/2023 08.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailına qarşı xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əlillik pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2013-cü ildə (İkitərəfli koksar tros diaqnozu ilə) 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2016-cı ildə təkrar həkim əmək ekspert komissiyası əlilliyini 3-cü qrupa endirmişdir. xx.xx.2021-ci ildə əlillik müddəti başa çatmışdır. Həmin müddətdən sonra o, dəfələrlə tibbi komissiyalardan keçmişdir. 31 mart 2022-ci ildə müayinələri tam keçib onun nəticələrini tibbi kartı və əlliliyi ilə əlaqədar tibbi sənədlərini əlillik dərəcəsini müəyyən edən müvafiq mərkəzinə göndərimişdir. 6 aylıq müddət 1 aprel 2022-ci ildə tamam olmuşdir. xx.xx.2021-ci ildən dayandırılmış pensiyamın ödənişi 26 aprel 2022-ci ildən bərpa edilmişdir. 01 oktyabr 2021-ci ildən 26 aprel 2022-ci ilə qədər müddət üçün pensiyamın ödənilməsindən imtina edildiyindən Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavadeh 17 avqust 2022-ci il tarix No **********8 məktubunda əlilliyin qiymətləndirilməsinin dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əlillik" altsistemi vasitəsilə həyata keçirildiyini, əlillik vəziyyətim yenidən qiymətləndirilərkən xx.xx.2022-ci ildən əlilliyinin müəyyən edilməsini, müraciətində qeyd etdiyi dövrdə, yəni xx.xx.2021-ci ildən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsinin qanunvericiliklə mümkün olmadığı göstərilmişdir. Halbuki, o, təkrar müayinələrin hamısından keçmiş və nəticələrin hamısını xx.xx.2022-ci ildə müvafiq ərazi səhiyyə qurumuna vermişdir. Həmin qurumun mövcud elektron rabitə vasitələri işləyir. Buna görə də nəticələri dərhal iddiaçıya göndərmək bu qurumun borcu idi. Başqasının səhlənkarlığına görə onsuz da ağır maddi durumda yaşadığımdan 6 aydan çox olan bir müddətdə pensiyasından məhrum olması bəhanəsi qanunlarımızın hümanistliyinə və ədalətə ziddir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbrdar edilmiş, məhkəməyə ünvanladığı teleqramlarda səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə 2-ci dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı illərdə keçirilən növbəti müayinələrdə qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir.Bununla belə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona əlilliyinin dayandırıldığı dövrlər, yəni xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********8 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilərkən ona xx.xx.2022-ci il tarixdən əlillik müəyyən edilmiş, müraciətində qevd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021 -ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti iş materiallarına əlavə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Həmin Qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci maddəsinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun təkrarən əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lazımi müayinələrdən keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməyən əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar