Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-944/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 V saylı evdə yerləşən 50 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən 50 saylı mənzil üzərində mərhum X6 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3, X11, X8 və İsmayıllı Zəhra Çingiz qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9 V saylı evdə yerləşən 50 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X12 İddiaçı atasıdır. Y.Q.İsmayılov 06 aprel 1990-cı ildə vəfat etmişdir. Mərhum atasına işlədiyi Sumqayıt Kimya Kombinatı tərəfindən 31 dekabr 1969-cu ildə 10/673 saylı order əsasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9V saylı evin 50-ci mənzili verilmişdir. 10/673 saylı order əsasında 50 saylı mənzilə mərhum atası, anası və digər 4 ailə üzvü köçmüşlər. Atasının vəlatından sonra mənzildə iddiaçı və digər 4 ailə üzvləri yaşayırlar. Bunu 9 saylı Mənzil- Kommunaİ Sahəsinin xx.xx.2022-ci il tarixli, 618 saytı 2№-li forma-arayışı təsdiq edir. Atasının vəfalından sonra o, mənzilin özəlləşdirilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh tərəfindən xx.xx.2022-ci ildə imtina olunmuşdur. Cavabdeh imtina məktubunda göstərmişdir ki, "xx.xx.1969-cu il tarixli, 10,673 saylı Order yararsız vəziyyətdədir, digər orderin surəti təqdim olunmuşdur". Həmçinin ərizəyə əlavə olunmuş arxiv arayışında orderin verilməsinə dair Sumqayıt şəhər XDS İK-nin xx.xx.1969-cu il tarixli, 27 saylı iclas protokolunda X9 mənzil ayrılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 9V saylı evin 50-ci mənzili xx.xx.1969-cu ildə 10/673 saylı orderə əsasən iddiaçının mərhum atasına verilmişdir. Həmin mənzildə 1969-cu ildən yaşayırlar. Hal-hazırda həmin mənzildə qeydiyyatda olan və həmin ünvanında yaşayan ailə üzvləri mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etmir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın yəmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izah etmişdir ki, təqdim olunan 31 dekabr 1969-cu il tarixli, 10/673 nömrəli order yararsız vəziyyətdədir, digər orderin isə surəti təqdim olunmuşdur, həmçinin ərizəyə əlavə olunan arxiv arayışında orderin verilməsinə əsas olan Sumqayıt şəhər ZDS İK-nin 26 dekabr 1969-cu il tarixli, 27 saylı iclas protokolunda X9 mənzil ayrılması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Yaranmış zərurətlə əlaqədar, X1 mənzilə dair orderin verilibverilməməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq 1969-cu il tarixli arxiv materiallarının Dövlət Arxivinin Sumqayıt filialına təhvil veildiyindən məsələyə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan: -Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli, 10/673 nömrəli orderdən görünür ki, ünvan 4 Sumqayıt şəhər ZDS İcraiyyə Komitəsinin 27 saylı xx.xx.1969cu il tarixli qərarına əsasən 6 nəfər ailəz üzvləri ilə birlikdə X12 və onun üzvlərinə verilmişdir. - Vİ-ЖГ 281837 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1990cı il tarixdə vəfat etmişdir. - 09 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X4, X5, X8 və İsmayıllı Zəhra Çingiz qızı ünvan 4 ünvanında yaşayır. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, texniki inventarlaşdırma işləri aparılmış, mənzil 5 mərtəbəli binanın 5-ci keçid 3-cü mərtəbəsində (soldan 1-ci qapı) yerləşir. Balkon sahəsi 0,3 əmsal, sahəyə daxil edilib, dəyişiklik edilməyib. - X4 və X2 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, 50 saylı mənzilin özəlləşdirilməsinə etiraz etmirlər. - MKS tərəfindən verilmiş arayışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9V saylı bina və tərkibində olan 50 saylı mənzil Mənzil Kommnal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və ətraflı arayış məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət teyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, 50 saylı mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada mərhum X9 ayrılması öz təsdiqini tapmışdır. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə orderin əsli baxış üçün təqdim edilmişdir. Baxış zamanı orderin yararlı və kifayət qədər aydın oxunaqlı vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı tərəfindən orderin notarial qaydada təsdiq edilmiş surəti də məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Orderin verilməsi barədə qırrn arxivdə aşkar edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin sənədin vaxtında müvafiq orqanlar tərəfindən arxivə təhvil verilməməsi səbəbinndən iddiaçının hüquqları pozulmamalıdır. İddiaçının ailə üzvləri ilə birlikdə 1969-cu ildən həmin mənzildə qeydiyyatda olmaqla maneəsiz yaşaması, həmin halın Mənzil İstismar İdarəsi tərəfindən də təsdiq edilməsi dolayısı yolla mənzilin iddiaçının mərhum atasına ayrılması faktını bir daha sübut edir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V ünvanında yerləşən 50 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V ünvanında yerləşən 50 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-944/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-944/2024
09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver