Məhkəmə qərarları › İş №2-1(118)-945/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-945/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-945/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh orqanın 645 nömrəli xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, X2, X10 və X4 adına qeyri-qanuni yollarla verilmiş Cavabdeh 28 nörməli, xx xxxxxx 1996-cı il tarixli Sərəncamının, Cavabdeh Abşeron Rayon Dövlət Arxivnin xx.xx.2019-cu il tarixli sənədinin, bunun əsasında verilmiş bütün sənədlərin ləğv edilməsini Cavabdeh üzərinə öhdəlik qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, “cavabdeh orqanın 645 nömrəli xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılması, X2, X10 və X4 adına qeyri-qanuni yollarla verilmiş Cavabdeh 28 nörməli, xx xxxxxx 1996-cı il tarixli Sərəncamının, Cavabdeh Abşeron Rayon Dövlət Arxivnin xx.xx.2019-cu il tarixli sənədinin, bunun əsasında verilmiş bütün sənədlərin ləğv edilməsini Cavabdeh üzərinə öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1, X11 və X4 adına qeyri-qanuni yollarla verilmiş Cavabdeh 28 nörməli, xx xxxxxx 1996- cı il tarixli Sərəncamının, Cavabdeh Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli sənədinin, bunun əsasında verilmiş bütün sənədlərin ləğv edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdeh 645 nömrəli xx.xx.2020-ci il tarixli məktubla bundan imtina etmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasında təsbit edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən 0.34 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsini 1994-cü ildə Cavabdeh Sərəncamı əsasında iddiaçının adına verilmişdir. Həmin 0.10 ha torpaq sahəsini 2001-ci ildə İcra Hakimiyyətinin Sərəncamı əsasında qanuni şəkildə iddiaçının adına rəsmləşdirilib, bu barədə iddiaçıya mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair Qeydiyyat Vəsiqəsi verilib. Torpaq sahəsi üzərində 1995-ci ildə 2 otaq, 1 zaldan ibarət olan fərdi yaşayış evi inşa etdirmişdir. Torpaq sahəsi və fərdi yaşayış evi qanuni şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Bundan sonra, həmin torpaq sahəsinin X2, X11 və X4 adına çıxarışlar verilmişdir. Həmin çıxarışlar, Cavabdeh qeyri- qanuni yollarla verilmiş 28 nörməli, xx xxxxxx 1996-cı il tarixli Sərəncamı və Abşeron Rayon Dövlət Arxivnin xx.xx.2019-cu il tarixli sənədi əsasında verilib. Bu səbəbdən istəyir ki, X16, X17 və X4 adına qeyri-qanuni yollarla verilmiş sərəncam ləğv edilsin. Arxiv idarəsinin məktubunda da qeyd edilir ki, X7 və X8 adına 0.10 ha torpaq sahəsi ayrılmışdır. Amma hazırda onların 0.40 ha torpaq sahəsi var. Beləliklə, iddiaçının xüsusi mülkiyyətində olan əmlaka dair həmin şəxslərə çıxarış verilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsiyasının 13-cü, 29-cu və 43cü maddələrində təsbit edilmiş hüquqlarının birbaşa pozulmasına səbəb olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 0,34 ha torpaq sahəsinin, 0,10 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasına dair iddia etsə də qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sənəd təqdim edilməmiş və ümumiyyətlə, bu qəbildən sənədlər aşkar olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, X2, Bayramov Afiq Hidayət oğlunun və Bayramova Təzəgül İsmayıl qızının adına Cavabdeh tərəfindən verilmiş 28 nömrəli, xx.xx.2019-cu il tarixli sənədinin və bunun əsasına verilmiş bütün sənədlərin qeyri-qanuni hesab olunması tələbinin heç bir əsası yoxdur, iddia tələbini doğruldacaq sübut və faktlar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1 maddəsində qeyd edilir ki, Daşınmaz Əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. AR MPM-nin 77.1 maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X12 qeyd olunan torpaq sahəsinin öz mülkiyyətində olmasına dair heç bir sənəd və sübutlar təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. X1, X10 və X4 adına qeyri-qanuni yollarla verilmiş Cavabdeh 28 nörməli, xx xxxxxx 1996-cı il tarixli Sərəncamının, Cavabdeh Abşeron Rayon Dövlət Arxivnin xx.xx.2019-cu il tarixli sənədinin, bunun əsasında verilmiş bütün sənədlərin ləğv edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana cavabdehin sələhiyyətlərinə aid olmayan tələblə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların qərar və hərəkətlərinin mübahisələndirilməsi nəzərdə tutulmuşdur. Lakin inzibati orqanın qərarı ilə eyni zamanda arxiv arayışının, bunun əsasında verilmiş bütün sənədlərin ləğv edilməsi formasında iddia inzibati məhkəmə icraatında nəzərdə tutulan iddia növlərinə daxil deyil. Bundan əlavə, məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının subyektiv hüququnun olması yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçının subyektiv hüququnun olması ilə bağlı sənədlər əlavə edilməmişdir. İş materiallarına müvafiq kserosürətlər əlavə edilmişdir ki, həmin sənədlər sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın kserosurəti təqdim edilmişdir. Çıxarışa əsasən fərdi yaşayış evi 60,2 kv.m-dir. Onun 45,4 kv.m-i Səbinə Xankşiyevaya, 14,8 kv.m-i X6 məxsusdur, tikintinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla qeyd edilən şəxslərin istifadəsindədir. İnzibati işə əlavə edilmiş məhkəmə qərarlarına sürətinə əsasən Abşeron rayon Məhkəməsinin icraatında iddiaçılar X13, X14 və X3 cavabdehlər X5 və İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaqda tikilmiş qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iş olmuş, məhkəmənin 2(012)-572/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən X13 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsi, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən X3 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,085 ha torpaq sahəsi və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən X14 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,098 ha torpaq sahəsindən cavabdehlər X9 və İddiaçı çıxarılması, torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçıların sahibliyinə qaytarılması qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1929/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-572/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təqdim edilən sənədlər sübut kimi qiymətləndirilsə belə bu sənədlər əsasında iddianın mümkün olması istisna edilir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar