Məhkəmə qərarları › İş №2-1(118)-9462/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9462/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9462/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16rşı “Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən Abşeron rayonu, Məmmədli kəndi, Tovuz Qəbirstanlığı deyilən ərazidə yerləşən 0.0179 ha torpaq sahəsində öz vəsaiti hesabına inşa etdiyi ümumi sahəsi 120 kv metr olan 5 otaqdan ibarət 1 mərtəbəli həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon Məmmədli Bələdiyəsi tərəfindən 14 noyabr 2006-cı il tarixli 11/1185 saylı torpaq sahəsinin ayrılması haqqında qərarla ev tikmək məqsədi ilə 0.0179 ha torpaq sahəsi, mərhum X1. Həmin torpaq sahəsini ona alqı-satqısına dair akt da tərtib edilmişdir. Abşeron rayonu Məmmədli kəndi, Tovuz Qəbirstanlığı deyilən ərazidə yerləşən 0.0179 ha torpaq sahəsini Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 76 a, mənzil 3-də yaşamış olan X3ndan 2008-ci ildə 1500 manata almışdır. X3 tərəfindən ünvan 1ünvanında qeydiyyatda olan yaxın qohumu X2 həmin torpaq sahəsini 25 may 2008-ci il tarixli Etibarnamə ilə onun adından alqı-satqı vasitəsilə satmasına, tikinti işlərinin aparılmasına, reyestrdən çıxarış almağı, kadast planı almağı, onun üzərində istədiyi kimi sərəncam verməyi və s. kimi ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsinə dair səlahiyyət vermişdir. Daha sonra 0.0179 ha torpaq sahəsini alqı-satqı qaydasında Məmmədli Bələdiyəsinin ehtiyat fondunda olan torpaq sahəsində ev tikmək məqsədi ilə 22 sentyabr 2011-ci il tarixdə almış və Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsində "torpaqların alqı -satqısına dair “ Akt tərtib olunmuşdur. Bundan sonra X5 ilə aralarında 01 may 2011-ci il tarixli Etibarnaməyə əsasən, Tovuz Qəbirstanlıq deyilən ərazidə yerləşən torpaq sahəsinə aid bütün lazımi səlahiyyətlərin görülməsi üçün aralarında saziş bağlanmışdır. Özünə aid fərdi ev tikmək üçün X5 ilə razılığa gəlinərək alqı-satqı olunmuş və 1500 manata pul ödəmişdir. Sözügedən torpaq sahəsini aldıqdan sonra X3 həmin tarixdə dünyasını dəyişmişdir. Lakin torpaq sahəsini öz adıma rəsmiləşdirə bilməmişdir. Həmin 0.0179 ha torpaq sahəsini aldıqdan sonra onun üzərində öz vəsaiti hesabına ümumi sahəsi 120 kv metr olan 5 otaqdan ibarət 1 mərtəbəli fərdi ev tikmiş, hal-hazırda da, həmin fərdi evdə o və ailə üzvləri həyat yoldaşı X12, oğlu 11 mart 2018-ci il təvəllüdlü X9 və 21 iyun 2019-cu il təvəllüdlü X13 ilə birgə yaşayır. 03 sentyabr 2025-ci il tarixli, 432 saylı Arayışından da görünür ki, Abşeron rayonu Məmmədli kəndi Səttar Bəhlulzadə küçəsində yerləşən sözügedən fərdi evdə 4 nəfər ailə üzvləri ilə birgə qeydiyyatsız yaşayır. Həmin bələdiyyə torpağında inşa etdiyi evə və torpağa görə hər il əmlak vergisi ödəyir və heç bir borcu yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən Abşeron rayonu, Məmmədli kəndi, Tovuz Qəbirstanlığı deyilən ərazidə yerləşən 0.0179 ha torpaq sahəsində öz vəsaiti hesabına inşa etdiyi ümumi sahəsi 120 kv metr olan 5 otaqdan ibarət 1 mərtəbəli həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2006cı il tarixli 11/1185 saylı qərarı ilə X11 0.0179 ha torpaq sahəsi satılmışdır. X15 xx.xx.2008ci il tarixli etibarnamə ilə torpaq sahəsini özəlləşdirməyi, tikinti işləri aparmağı, çıxarış almağı, torpaq sahəsi üzərində sərəncam verməyi və s. X2 etibar etmişdir. Sonuncu isə 01 may 2011-ci il tarixli etibarnamə ilə X6 etibar etmişdir. Bu halda torpaq sahəsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ X11 məxsusdur. Lakin onun vəfat etməsi səbəbilə qeyd edilən hüquq X10 vərəsələrinə şamil olunur. Hazırki halda iddiaçı torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədə malik olmadığından subyektiv hüququ müəyyən olunmur. Odur ki, ilkin olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3na məxsus olması barədə sonuncunun vərəsələri tərəfindən arayış alınmalı, arayış əsasında torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmalı, bundan sonra vərəsə ilə iddiaçı arasında alqı-satqı müqaviləsi imzalanmalı, müqavilə əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar