Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-947/2020 11.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı barəsində xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsinin, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Rerpublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasınin Müdafiə Nazirliyinin üzərinə qoyulması, xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0319 saylı, xx xxxxxx 2019-cu il tarixli əmri ilə rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət almış N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 1-ci məharət dərəcəsinin iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilməsi əmr edilmişdir. İddiaçı hal-hazırda həmin əmrdən narazı olmaqla əmri məhkəmədə mübahisələndirir və onun hüquqi nəticələrinin aradan qaldırılmasını məhkəmədən xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı 1993-cü ildən xx xxxxxx 2019-cu il tarixədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son xidmət yeri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi olmuşdur. 2019-cu ilin iyul ayında N nömrəli hərbi hissədə xidmət edərkən X4 keçirilən məharət dərəcəsində iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür. xx xxxxxxx 2019-cu ildə Mərkəzi Hərbi Həkim komissiyasının rəyinə əsasən “Hissi, hərəkəti pozulmalarla və davamlı ağrı sindiromu ilə müşayiət olunan, tez-tez residiv verən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində . İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-31,6. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 66b,26b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “ Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətlədirilmişdir. xx.xx.2019-cu il tarixdə tərxis olunması ilə əlaqədar N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinə təqdimat göndərilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmişdir. Toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda da Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunduğundan, xx.xx.2019-cu il tarixdə 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmışdır. Məzuniyyətə geç buraxılmağının səbəbi həmin müddətdə hərbi hissədə keçirilən təlimlər olmuşdur. xx.xx.2020-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqı 100%-dən 0%-ə edirilmişdir. Beləliklə, o, xx.xx.2019-cu il tarixdə Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsinə baxmayaraq, qanunsuz olaraq xx.xx.2019-cu ildə toplantıya cəlb olunmuşdur. Bundan əlavə 2019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasına və qanunla müəyyən edilmiş qaydada bir ildən sonra məharət dərəcəsi verilməli və ya təsdiq olunmalı olduğu halda, eləcədə xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmiş və həmçinin bu səbəbdən də xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqından məhrum olunmuşdur. Azərbaycan Respublikasının “Hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin 28.-ci maddəsinə əsasən məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda üzürlü səbəbdən iştirak edə bilməyən hərbi qulluqçuların mövcüd məharət dərəcələri növbəti sınaqların keçirilməsinə qədər saxlanılır, bu barədə komissiyanın aktında qeyd edilir və müvafiq komandirin (rəisin) əmrinə salınır. Həmin əsasnamənin 32-ci bəndinə əsasən sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcələri növbəti sınaqlara qədər saxlanılır. Əsasnamənin 33-cü bəndinə əsasən Sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçular bu barədə komissiya sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibbi taborlarından və ya hərbi- həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. Göründüyü kimi, o, xəstəliyi ilə bağlı arayışı müvafiq komissiyaya təqdim etsədə sınaq imtihanlarının nəticəsi olaraq guya iki fəndən qeyri kafi qiymətləndirilərək məharət dərəcəsi iki pillə aşağı endirilərək əsasnamənin 28, 32 və 33-cü bəndinin tələbləri cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Bununlada göründüyü kimi, xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri onun 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində qanunsuz olduğundan ləğv edilməli və onun 1-ci məharət dərəcəsi bərpa edilərək pensiyasının yenidən hesablanması cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. İnzibati icraat haqqında Azərbaycan RespublikasmtiH Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin qanunun 73.1-cü maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin qanunun 73.2-cİ maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı inzibati akt və xx.xx.2020-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqının 100%- dən 0%-ə endirilməsi ilə bağlı inzibati aktlarda, həmin qanunsuz inzibati aktlardan ona qarşı mümkün hüquqi müdafiə vasitələri, istifadə qaydası və müddəti barədə məlumatlar qeyd edilməmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. xx.xx.2019- cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1ci məharət dərəcəsindən məhrum olduğuna görə həmin əmrin qüvvədə olduğu müddətdə onun pensiya almaq hüququ qismən məhdudlaşır. Bundan başqa xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə isə xidməti dövründə 2019-cu il ərzində hər hansı nöqsanı olmadığı halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadığı halda, döyüş tapşırığının yerinə yetirilməsində daimi müsbət cəhətdən fərqləndiyi halda, digər hərbi qulluqçulara ödənən lakin ona ödənməyən 13-cü əmək haqqından məhrum edilmişdir. xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən bərabərlik prinsipi pozulmuşdur. Qeyd edilən konstitusion hüquqları pozulmaqla verilməli olan mükafatdan yəni 13-cü əmək haqqından məhrum edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı və onun nümayəndəsi X3 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş və iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələblərin əsassız olması səbəbindən, iddia ərizəsi təmin edilməməlidir. İddia ərizəsində İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Təlim və Tədris Mərkəzində keçirilən yuxarı komandir heyətinin toplantısına cəlb olunması, bundan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə və toplantıda Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərməklə, xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edildiyi və toplantıda iştirak edə bilməyəcəyi barədə məlumat verilməsi, qeyd olunanlara baxmayaraq toplantıya cəlb olunması bildirilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1994-cü il tarixli 885 №-li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin V fəsilin (Təkliflər, ərizələr və şikayətlər haqqında) 108-ci, 109-cu və 117-ci maddələrinə əsasən hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər. Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir. Komandir (rəis) verilən təkliflərə (ərizələrə, şikayətlərə) üç gün müddətində baxmalı və əgər təkliflər (ərizələr, şikayətlər) düzgündürsə, onun həll edilməsi, yaxud şikayətçinin (ərizəçinin) xahişinin yerinə yetirilməsi üçün dərhal tədbir görməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası) maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.4- cü (Təklif, ərizə və şikayət hüququ) maddəsinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci (İnzibati icraatın müddəti) maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.5-ci maddəsinə əsasən hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti inzibati şikayətdir. Həmin Qanunun 72.1 -ci (İnzibati şikayətin verilməsi və geri götürülməsi qaydası) maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Qanunvericiliyin tələblərinə görə iddiaçı, toplantıya cəlb edilməsini qanunsuz hesab edirdisə hərbi hissə komandirinə rəhbər heyətin toplanışdan azad olunması ilə bağlı müraciət etməli və bu haqda raportu komanda üzrə verməli idi. Və ya şikayəti komanda üzrə verməli idi. Məhz həmin raport və ya şikayət üzrə qərar qəbul edilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının müraciətdən 35 gün keçəndən sonra məhkəmədə inzibati aktın qəbulundan imtina olunmasının mübahisələndiriməsi hüququnu əldə edə bilərdi. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və rəhbər heyəti ilə toplanışdan azad olunması üçün özündən asılı olan zəruri tədbirlər görmək əvəzinə Müdafiə Nazirliyinin qanuni əsaslarla qəbul edilmiş qərarını mübahisələndirmişdir. İddiaçı toplantı zamanı keçirilmiş imtahan və sınaqlarda iştirak etmiş və onun göstərilən tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə) rəhbərinə müraciət etməsi faktı hər hansı sübutla təsdiq olunmur. Bundan əlavə “Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanışın keçirilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmrinə əsasən 16-xx xxxxxx 2019-cu il tarixlərində Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanış keçirilməsi planlaşdırmaqla, 09-xx xxxxxx 2019-cu il tarixlərində keçirilmişdir (telefonoqramanın təsdiq olunmuş surəti etiraza əlavə olunur). N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini- İdeoloji iş və mənəvi-psixoioji təminat bölməsinin (A1) sabiq rəisi polkovnikleytenantı İddiaçı tutduğu vəzifə rəhbər heyətinə aid olması ilə əlaqədar o, toplanışa cəlb edilmişdir. Toplanışın keçirilməsi ilə əlaqədar müəyyən edilmiş qaydalara əsasən Vİİ qrup (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini) üzrə toplanışa cəlb olunan hərbi qulluqçuların fiziki, atəş, sıra hazırlığı və test imtahanlarının verilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Ordusunun rəhbər heyəti ilə 09-xx xxxxxx 2019-cu il tarixlərində keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə (çıxarışı etiraza əlavə olunur) əsasən İddiaçı fiziki hazırlığından - 2, atəş hazırlığından - 5, sıra hazırlığından - 4 və test imtahandan - 2 qiymət almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.4-cü bəndinə əsasən yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi iki pillə aşağı endirilir. Göstərilən Əsasnamənin tələblərinə müvafiq olaraq və “Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirilmiş toplanışın nəticələri haqqında” Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0319 nömrəli əmrinin (çıxarışı etiraza əlavə olunur) 2-ci bəndinə əsasən rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət almış polkovnik-leytenant İddiaçı 1-ci məharət dərəcəsi iki pillə aşağı - 3-cü məharət dərəcəsinə endirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeyd olunan inzibati aktı qanuni əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi üçün əsaslar yoxdur. İddia ərizəsində göstərilmişdir ki, “2019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almağına və qanunla müəyyən edilmiş qaydada bir ildən sonra məharət dərəcəsi verilməli və ya təsdiq olunmalı halda ... 1-ci məharət dərəcəsindən məhrum edilmişdir....” “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarım müəyyən edir. Əsasnamənin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. İddiaçı qeyd olunan normanı ərizəsində nəzərdə tutmaqla cəlb olunduğu toplantının planlı məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) sınaqları ilə eyni tədbir kimi qələmə verməyə cəhd edir. Lakin bu hal yolverilməzdir, çünki qeyd olunan fərqli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bütün tənzimləmələr (planlar, əmrlər, keçirən vəzifəli şəxslər və qurumlar, cəlb olunan hərbi qulluqçuların kateqoriyaları və vəzifələri, keçirilmə müddətləri və qaydaları, yekunda qəbul edilmiş qərar və sairə) fərqlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə (Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı) əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İddiaçının məharət dərəcəsinin endirilməsi üzrə əmrlərin verilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İddia ərizəsində göstərilmişdir ki, “xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmağıma baxmayaraq, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişdir.” İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli müvafiq nömrəli əmrilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, qeyd olunan hərbi qulluqçu üçün dərhal vəzifəsinin icrasını dayandırıb, xidməti tərk etməsi üçün əsas yaratmamışdır. Çünki, Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci bəndinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Qanunvericiliklə hərbi qulluqçunun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı günün hərbi xidmətin sonu kimi müəyyən edilməsi hərbi xidmətlə bağlı bir sıra zəruri məsələlərin (işlərin və vəzifələrin təhvil-təslimi, pul, əşya, məzuniyyət hüququnun təminatı) həll edilməsi zərurətilə bağlıdır. Hərbi qulluqçu hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək, hərbi xidmətlə bağlı müəyyən edilmiş bütün hüquqlardan istifadə edir, onun üzərinə qoyulmuş bütün vəzifələri (o cümlədən yekun yoxlamalarda, toplantılarda iştirak etmək) icra etməlidir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 382 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və bu tarixə kimi tutduğu vəzifə ilə nəzərdə tutulan işlərin görülməsinə qanuni əsaslarla cəlb edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi”nə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1 -ci maddəsinə (İnzibati icraatın başlanılması üçün əsaslar) əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi (28.1.1.) inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanununun 52.1-ci maddəsinə (İnzibati icraatın müddəti) əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İddiaçı birdəfəlik pul mükafatından məhrum edilməsinə dair Müdafiə Nazirliyinin qərarını mübahisələndirsə də inzibati qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət etməyərək Müdafiə Nazirliyinə müraciət etməmişdir. Belə olan halda iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0319 nömrəli əmrinin iddiaçıya aid hissəsində ləğv edilməsinə dair tələbi qanunsuz sayılmaqla təmin olunmadan saxlanılmalı, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının İddiaçı birdəfəlik pul mükafatdan məhrum edilməsinə dair verilmiş əmrinin iddiaçıya aid hissəsində ləğv edilməsinə dair tələbi isə mümkün sayılmamalıdır. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edərək iddia qarşı yazılı etiraza uyğun izahat vermiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsinin, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Rerpublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasınin Müdafiə Nazirliyinin üzərinə qoyulması, xx.xx.2020-ci il tarixli Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mahiyyəti etibarilə onun məharət dərəcəsinin aşağı endirilməsi barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019cu il tarixli əmrinin həmin hissədə ləğv edilməsindən və həmin əmrin hüquqi nəticələrinin aradan qaldırılmasından ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Lakin məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0319 saylı, xx xxxxxx 2019-cu il tarixli əmri ilə rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət almış N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 1-ci məharət dərəcəsinin iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilməsi əmr edilmişdir. İddiaçı hal-hazırda həmin əmrdən narazı olmaqla əmri məhkəmədə mübahisələndirir və onun hüquqi nəticələrinin aradan qaldırılmasını məhkəmədən xahiş edir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X4 keçirilən yuxarı komandir heyətinin toplantısında iştirak etmiş, toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən, həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda da Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçı faktiki olaraq qeyd edilən toplantıda, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmişdir. Onun xəstəliyi ilə bağlı üzrlü səbəblərdən həmin tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və ya digər səlahiyyətli şəxsə müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilən 09-xx xxxxxx 2019-cu il tarixlərində keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə əsasən İddiaçı fiziki hazırlığdan - 2, atəş hazırlığından - 5, sıra hazırlığından - 4 və test imtahandan - 2 qiymət almışdır. İddiaçı xəstəliyi ilə əlaqədar fiziki hazırlıqdan aşağı qiymət aldığını bildirsə də, bununla bağlı həmin vaxt məsul şəxsləri qaydalara uyğun olaraq məlumatlandırması sübut olunmur. İddiaçının xəstəliyi ilə bağlı fiziki hazırlıqdan aşağı qiymət almasında xəstəliyinin rol oynaması qəbul edilən ola bilər. Lakin iddiaçının bundan başqa test imtahanından da qiyməti qeyri kafi olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.4-cü bəndinə əsasən yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi iki pillə aşağı endirilir. Hazırki işdə də iddiaçı rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət aldığından qeyd edilən Əsasnamənin tələblərinə müvafiq olaraq onun 1-ci məharət dərəcəsi iki pillə aşağı - 3-cü məharət dərəcəsinə endirilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə, hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Əsasnamənin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi 2 il müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. “Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanışın keçirilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmrinə əsasən 16-xx xxxxxx 2019-cu il tarixlərində Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanış keçirilməsi planlaşdırmaqla, 09-xx xxxxxx 2019-cu il tarixlərində keçirilmişdir. İddiaçının dəlillərindən biridə ondan ibarətdir ki, bu toplanışda onun hazırlığının qiymətləndirilməsi qanunvericilyinə zidd olmasıdır. Məhkəmə iddiaçının bu dəlilinidə əsaslı hesab etmir.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmrinə əsasən 16-xx xxxxxx 2019cu il tarixlərində Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanış keçirilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Ordusunun rəhbər heyəti ilə toplanışa dəvət edilmiş, digər hərbiçilərdən fərqli rəftara məruz qalmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının məharət dərəcəsini endirilməsi zamanı hər hansı qanunsuzluğa yol verilməmiş, aparılmış qiymətləndirmənin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq olaraq məharət dərəcəsi aşağı endirilmişdir. İddia ərizəsində göstərilmişdir ki, “xx.xx.2019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmağına baxmayaraq, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişəm.” Azərbaycan Respublikasının xx xxxxxxx 1997-ci il tarixli 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci bəndinə əsasən bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Qanunvericiliklə hərbi qulluqçunun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı günün hərbi xidmətin sonu kimi müəyyən edilmişdir. Hərbi qulluqçu hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək, hərbi xidmətlə bağlı müəyyən edilmiş bütün hüquqlardan istifadə edir, onun üzərinə qoyulmuş bütün vəzifələri (o cümlədən yekun yoxlamalarda, toplantılarda iştirak etmək) icra etməlidir. İddiaçı isə N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 382 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və bu tarixə kimi tutduğu vəzifə ilə nəzərdə tutulan işlərin görülməsinə qanuni əsaslarla cəlb edilmişdir. Göründüyü kimi inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-947/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-947/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver