Məhkəmə qərarları › İş №2-1(118)-95/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-95/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-95/2022 06.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X22 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər-X23, X5, X21, X30, X24, X37, X25, X26, X6, X15)“Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan (**********40 reyestr və ********* qeydiyyat nömrəsi) torpaq sahəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,425 ha torpaq sahəsinə dair elektron kadastr uçotunda faktiki vəziyyətə, yəni 16 il fasiləsiz və maneəsiz istifadəsində olan torpaq sahəsinə uyğun düzəlişlər aparılması və torpaq sahəsinə dair yeni ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat ofisində rəsmiləşmiş 4Ə/12-2280 nömrəli alqı-satqı müqaviləsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.1998-ci il tarixli, JN- 1099 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” üzrə həmin rayonun Mehdiabad qəsəbəsində yerləşən 0,425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir (müqavilənin surəti əlavə olunur). Torpaq üzərində mülkiyyət hüququ 27.11,2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış (14 nömrəli reyestr kitabın 112 nömrəli vərəqində, **********40 reyestr və ********* qeydiyyat nömrəsi ilə), bu barədə müvafiq çıxarış və “Torpaq sahəsinə dair daşınmaz əmlakın pasportu" iddiaçıya təqdim edilmişdir (aidiyyəti sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti əlavə olunmuşdur). Həmin sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: 1-4 nöqtələr arası məsafə 66,38 metr (X-9401800,24:Y-4484701,54), 1-2 nöqtələr arası məsafə 64,23 metr (X-9401736,17:Y-4484706,12), 2-3 nöqtələr arası məsafə 66,03 metr (X-9401739,13:Y-4484772,10), 3-4 nöqtələr arası məsafə 64,15 metr (X-9401803,15:Y-4484767,86). Torpağı aldığı 2006-cı ildə ətraf ərazilər boş olduğuna görə (sərhədləri bilinmirdi) onun dəqiq yerini göstərmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət etmiş, bu şöbənin Etibar adlı işçisi (soyadını xatırlamır) ətraf ərazilərin mülkiyyətçilərinin iştirakı ilə ona məxsus sahənin yerini göstərmişdir. Bundan sonra iddiaçı həmin ərazini hasara alaraq ötən 10 ildən artıq müddətdə təyinatı üzrə fasiləsiz və maneəsiz istifadə etmişdir. Cari ilin əvvəlində təsadüf nəticəsində məlum olmuşdur ki, iddiaçıya məxsus sənədlərdəki koordinatlar aidiyyəti dövlət qurumu tərəfindən yenilənməlidir (sənəd uzun müddət əvvəl alındığı üçün orada qeyd edilmiş koordinatlar köhnədir, ötən müddət ərzində aidiyyəti dövlət qurumu tərəfindən aparılmış islahlar nəticəsində koordinatların müəyyən edilməsi daha müasir üsulla həyata keçirilir və onların yazılışı əvvəlkindən fərqlidir). Yeni koordinatların öyrənilməsi üçün müraciət edildikdə onların aşağıdakı kimi olması şifahi qaydada bildirilmişdir:

1. X-401800.494, Y-4482816.888

2. X-401864.584, Y-448813.876

3. X-401863.003, Y-4482747.424

4. X-401798.798, Y-4482750.872. Həmçinin qeyd edilmişdir ki, həmin koordinatlar keçmiş Dövlət Torpaq və Xəritəçəkmə rıitəsinin Abşeron rayon şöbəsinin Etibar adlı əməkdaşının göstərdiyi və iddiaçının 16 il ində fasiləsiz və maneəsiz istifadə etdiyi, ötən uzun müddət ərzində heç kimin “bu sahə nə məxsusdur” deməsi ilə rastlaşmadığı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. İddiaçıya verilmiş yeni koordinat üzrə torpaq sahəsində isə 10-dan artıq ev tikilmişdir. Habelə bildirilmişdir ki, faktiki istifadəsindəki torpaq sahəsinin koordinatları bunlardır:

1. X-401876.703, Y-4482875.43

2. X-401882.34, Y-4482941.201

3. X-401817.855, Y-4482945.303

4. X-401812.731, Y-4482879.723. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət əyestr Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə müraciət ünvanlayıb səbəblər istərməklə mülkiyyətindəki 0,425 ha torpaq sahəsinə dair elektron kadastr uçotunda faktiki vəziyyətə uyğun düzəlişlər aparılmasını və torpaq sahəsinə dair yeni plan ölçü snədinin verilməsini xahiş etmişdir. Qanunauyğun tələbinə baxmayaraq həmin dövlət qurumu xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda müraciətini müsbət həll etməmiş, bununla belə ərazidə ümumi DWG uyğunsuzluğun mövcudluğunu qəbul etmiş, elektron kadastr bazasının aradılması zamanı buraxılmış texniki səhvlərin və digər çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyət qurumlar tərəfindən aparılan torpaqların elektron uçotu işləri ekunlaşdırıldıqdan sonra əksər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin müraciətlərinə, ) cümlədən iddiaçının müraciətinə yenidən baxılacağını bildirmişdir. Göründüyü kimi, aidiyyəti dövlət qurumu qanuni tələbimi yerinə yetirmək əvəzinə, öz daxilindəki nöqsanları bəhanə edərək bu problemlərin gələcəkdə həll ediləcəyini, yəni stəyinin gələcəkdə təmin edilməsinin mümkünlüyünü bildirir və dolayısı ilə tələbinin haqlı olmasını etiraf edir, məsələnin qeyri-müəyyən uzun zaman sonra həll ediləcəyini bildirir. Bu səbəbdən hesab edir ki, 0,425 ha torpaq sahəsinə dair elektron kadastr uçotunda faktiki vəziyyətə, yəni 16 il fasiləsiz və maneəsiz istifadəsindəki torpaq sahəsinə uyğun düzəlişlər aparılması və torpaq sahəsinə dair yeni plan ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, ona yeni plan-ölçü sənədinin verilməsini inzibati orqandan xahiş etmiş, inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubu ilə iddiaçının tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan (**********40 reyestr və ********* qeydiyyat nömrəsi) torpaq sahəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair yeni plan-ölçü sənədinin, qeydiyyat və reyestrdən çıxarışın verilməsi vəzifəsinin qoyulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Əldə edilmiş sənədlərdən görünür ki, mülkiyyətində olan torpaq sahəsi ilə qonşu torpaq sahələri kağız üzərində üst-üstə düşür. Belə olan halda göstərilən xüsusatlarla bağlı araşdırma aparılmalı torpaq sahəsinə keçən qonşu torpaq sahələrinin kordinatları (plan-ölçü sənədləri) etibarsız hesab edilərək ləğv edilməli, ona məxsus 0,425 ha torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilməlidir. Qeyd edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə bu barədə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,4250 ha torpaq sahəsinin X8 (xx.xx.2020-ci il tarixli, **********08 reyestr nömrəli, 0.0169 ha), X1 (xx.xx.2018-ci il tarixli, **********90 reyestr nömrəli, 0.03 ha), X7 (28.11 2017-ci il tarixli, **********12 reyestr nömrəli, 0.02 ha), X20 (ümumi birgə) (xx.xx.2013- cü il tarixli, **********01 reyestr nömrəli, 0.0236 ha), X9 (xx.xx.2020-ci il tarixli, **********62 reyestr nömrəli, 0.0280 ha) torpaq sahələri ilə tam olaraq, 0.0085 ha hissəsi X27 (xx.xx.2015-ci il tarixli, **********53 reyestr nömrəli), 0.0091 ha X10 (07.11,2014-ci il tarixli, **********84 reyestr nömrəli), 0.0086 ha hissəsi X11 (xx.xx.2014-cü il tarixli, **********38 reyestr nömrəli), 0.0120 ha hissəsi isə X2 (xx.xx.2020-ci il tarixil, **********63 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşməsinin nəzərə alınıb, faktiki istifadəsində olan torpaq sahəsinə adları çəkilən şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsini və 0,4250 ha torpaq sahəsinə dair yeni plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdurlar. Ekspert rəyi işin faktiki hallarına uyğundur. Cavabdeh orqanın təqdim etdiyi məlumatlarla demək olar ki, üst-üstə düşür. Torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qonşularla hərhansı mübahisə yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.425 ha torpaq sahəsinə dair elektron kadastr uçotunda faktiki vəziyyətə uyğun düzəlişlər aparılması və torpaq sahəsinə dair yeni plan-ölçü sənədinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə İddiaçı xx.xx.2021-ci il tarixdə müraciəti olmuşdur. Bununla əlaqədar olaraq bildirirlər ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində iddiaçının mülkiyyətində olan xx.xx.2006-cı il tarixli, **********40 reyestr nömrəli 0.425 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə ümumi DWG uyqunsuzluqu mövcuddur. Eyni zamanda bildirirlər ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi sənəd üzrə **********27 reyestr nömrəli, **********53 reyestr nömrəli, **********84 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********12 reyestr nömrəli, **********90 reyestr nömrəli, **********01 reyestr nömrəli, **********62 reyestr nömrəli, **********63 reyestr nömrəli, **********38 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ‘'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlannın dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iştirak etmiş, etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ilə qonşular arasında mübahisə yoxdur. Hər kəs öz torpaq sahəsindən istifadə edir. Ərazidə ümumi DWG uyqunsuzluğu mövcuddur. Bununla bağlı işlər aparılır, işlər tamamlanmaq üzrədir. Həmin işlər yekunlaşandan sonra hər kəsin faktiki istifadə vəziyyətinə uyğun koordinatlar veriləcək, problemlər ortadan qalxacaq. Sonda cavabdehin nümayəndəsi X12 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. X23, X5, X21, X30, X24, X37, X25, X26, X6, X15 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Şifahi məhkəmə baxışında üçüncü şəxslər iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradəsi onun xüsusi mülkiyyətində olan (**********40 reyestr və ********* qeydiyyat nömrəli) torpaq sahəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsinə yönəlmişdir, hansıkı bütün bu uyğunsuzluqlar iddiaçının və üçüncü şəxslərin hərəkəti nəticəsində yox, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində yaranmışdır. İddia öhdəliyin icrası iddiasıdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində iddiaçının mülkiyyətində olan xx.xx.2006-cı il tarixli, **********40 reyestr nömrəli 0.425 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə ümumi DWG uyqunsuzluqu mövcuddur. Eyni zamanda bildirirlər ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi sənəd üzrə **********27 reyestr nömrəli, **********53 reyestr nömrəli, **********84 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********12 reyestr nömrəli, **********90 reyestr nömrəli, **********01 reyestr nömrəli, **********62 reyestr nömrəli, **********63 reyestr nömrəli, **********38 reyestr nömrəli çıxarışlara əsasən torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslı olmamışdır. İş materialları ilə müəyyən olunur ki, 08 noyabr 2006-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən 0.4250 ha torpaq sahəsi satıcılar X31, İmanova (Hüseynova) Saniyə İsa qızı, X32 və X35 tərəfindən İddiaçı satılmışdır. MH seriyalı, ******* saylı, **********40 reyestr nömrəli, qeydiyyat nömrəsi 160607716, qeydiyyat tarixi xx/xx/2006 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.425 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh orqanın dəlilləri nəzərə alınaraq məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçıya və DVJ sürüşməsi nəticəsində üst üstə düşən digər şəxslərə aid sənədlər məhkəməyə təqdim edilmiş, məhkəmənin 2-1(118)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,425 ha torpaq sahəsinin faktiki koordinatları müəyyənləşdirilsin.

2. xx.xx.2006-cı İİ tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin **********40 reyestr nömrəli pasportunda (plan-ölçü sənədi) qeyd edilmiş ölçü və koordinatları faktiki olaraq İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin plan, koordinat və ölçülərinə uyğundurmu?

3. X8 (xx.xx.2020-ci il tarixli, **********08 reyest nömrəli, 0.0169 ha), X1 (xx.xx.2018ci il tarixli, **********90 reyest nömrəli, 0.03 ha), X7 (xx.xx.2017-ci il tarixli, **********12 reyest nömrəli, 0.02 ha), X20 (ümumi birgə) (xx.xx.2013-cü il tarixli, **********01 reyest nömrəli, 0.0236 ha), X9 (xx.xx.2020-ci il tarixli, **********62 reyest nömrəli, 0.0280 ha), X27 (xx.xx.2015-ci il tarixli, **********53 reyest nömrəli, 0.0085 ha), X13 (xx.xx.2014-ci İİ tarixli, **********84 reyest nömrəli, 0.0091 ha), X11 (xx.xx.2014-cü il tarixli, **********38 reyest nömrəli, 0.0086 ha), X2 (02.11 2020-ci il tarixlı, **********63 reyest nömrəli, 0.0120 ha) müvafiq sənədlər üzrə mülkiyyətində olan torpaq sahələrinin plan-ölçüsü faktiki olaraq həmin şəxslərin faktiki istifadəsində olan torpaq sahəsinin plan, koordinat və ölçülərinə uyğundurmu?

4. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə X16, X3, X14, X30na, X17, X33, X18, X19 və X4 verilmiş çıxarışlar və plan ölçü sənədlərində göstərilmiş torpaq sahələri üst- üstə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 10/4123 saylı rəyi ilə tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir: Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,425 ha torpaq sahəsinin faktiki koordinatlar aşağıdakı kimi müəyyən edilir: X Y Sıra №-si 1 401876.703 4482875.430 2 401880.210 4482941.100 3 401817.855 4482945.303 4 401812.731 4482879.723

Qərardadın ikinci sualı üzrə: xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş ölçüləri, planlı yerləşməsi, konfiqurasiyası və digər texniki parametrləri İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin texniki parametrlərinə uyğundur. Lakin torpaq sahəsinin faktiki mövcud olan döngə nöqtələrinin koordinatları ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin bir hissəsindən yol keçir, digər hissəsində fərdi yaşayış evləri və başqa tikililər yerləşir, (torpaq sahələrinin yerləşmə vəziyyəti rəyin tədqiqat hissəsində sxem 1-də göstərilmişdir.) Qərardadın üçüncü və dördüncü sualları üzrə: X8 (xx.xx.2020-ci il tarixli, **********08 reyestr nömrəli), X1 (xx.xx.2018-ci il tarixli, **********90 reyestr nömrəli), X7 (xx.xx.2017-ci il tarixli, **********12 reyestr nömrəli), X20 (ümumi birgə) (xx.xx.2013-ci il tarixli, **********01 reyestr nömrəli), X9 (xx.xx.2020-ci il tarixli, **********62 reyestr nömrəli), X27 (xx.xx.2015-ci il tarixli, **********53 reyestr nömrəli), X10 (xx.xx.2014-ci il tarixli, **********84 reyestr nömrəli), X11 (xx.xx.2014-ci il tarixli, **********38 reyestr nömrəli), X2 (xx.xx.2020-ci il tarixli, **********63 reyestr nömrəli) müvafiq sənədlər üzrə mülkiyyətlərində olan torpaq sahələrinin faktiki vəziyyətdə olan ölçüləri, eni, uzunluğu, konfiqurasiyası həmin torpaq sahələrinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğundur. Lakin torpaq sahəsinin faktiki mövcud olan döngə nöqtələrinin koordinatları ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri İddiaçı faktiki istifadəsində olan torpaq sahəsindən şimal istiqamətdə 50-100 metr aralıda yerləşməsinə baxmayaraq X8 (xx.xx.2020-ci il tarixli, **********08 reyestr nömrəli, 0.0169 ha), X1 (xx.xx.2018-ci il tarixli, **********90 reyestr nömrəli, 0.03 ha), X7 (xx.xx.2017-ci il tarixli, **********12 reyestr nömrəli, 0.02 ha), X20 (ümumi birgə) (xx.xx.2013-ci il tarixli, **********01 reyestr nömrəli, 0.0236 ha), X9 (xx.xx.2020-ci il tarixli, **********62 reyestr nömrəli, 0.0280 ha) adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahələri tam olaraq, X27 (xx.xx.2015-ci il tarixli, **********53 reyestr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0085 ha hissəsi, X10 (xx.xx.2014-ci il tarixli, ********** 54 reyestr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0091 ha hissəsi, X11 (xx.xx.2014-ci il tarixli, **********38 reyestr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,0086 ha hissəsi X2 (xx.xx.2020-ci il tarixli, **********63 reyestr nömrə 0.0120 ha hissəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə düşür, (torpaq sahələrinin yerləşmə vəziyyəti rəyin tədqiqat hissəsində sxem 2-də göstərilmişdir.) Göründüyü kimi ekspert rəyi ilədə iddiaçının mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilmədiyi müəyyən edilmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən hissəsi digər mülkiyyətçilərin mülkiyyət sənədlərinin texniki sənədlərində göstərilən koordinatlar ilə üstüstə düşmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın DVJ sürüşməsinin olmasını bildirərək iddiaçının tələbini təmin etməməsi onun hüquqlarını pozmuşdur. Beləki ərazidə umumi DVJ sürüşməsi kimi texniki problemlərin olması tamamilə inzibati orqanın məsuliyətidir və bunun nəticəsində mülkiyyətçilərə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları yox, DVJ sürüşməsi nəticəsində digər topaq sahəsinin koordinatları göstərilən texniki sənədlər verilməsi həmin ərazidə olan bütün mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Düzdür inzibati orqan bildirir ki, ümumi olan bu problemlə bağlı işlər aparılır və yaxın vaxtlarda bu problem öz həllini tapacaqdır. Məhkəmə hesab edir ki, hazırkı real vəziyyətlə bağlı ümumi işlərin aparılması əsası ilə konkret müraciət edən şəxslərin müraciətinə baxılmaması yolverilməzdir. Torpaq sahəsinin satılması ilə bağlı və ya digər səbəblərdən müraciət edən şəxslərin sənədlərində faktiki vəziyyətə uyğun düzəlişlər aprılmalı, həmin düzəlişlər isə ümimi yekun düzəlişlər zamanı nəzərə alınmalıdır. Vətəndaşların müracətlərinin həllinin qeyri müəyyən vaxta saxlanılması onların mülkiyyət hüququndan tam itifadəsini məhdudlaşdırır ki, bu da qanunvericiliyin tələblərinin pozulması deməkdir. Düzdür bu məslənin həlli zamanı digər mülkiyyətçilərin texniki sənədlərində qeyd edilən koordinatlar ləğv edilməlidir. Hər bir halda bu proseduru həyata keçirmək inzibati orqanın vəzifəsidir. Hazırkı iş üzrədə iddiaçının mülkiyyətində və faktiki istifadəsində torpaq sahəsinin olması və həmin torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisənin olmaması işin mübahisə olunmayan halıdır. Həmin faktiki istifadə vəziyyətinə uyğun texniki sənədin verilməsi isə inzibati orqanın vəzifəsidir. Bunun üçündə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə digər şəxslərin adına qeydə alınmış texniki sənədlər ləğv edilməli, iddiaçının faktiki istifadə vəziyyətinə uyğun koordinatları göstərən yeni texniki sənəd verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Cavabdeh inzibati orqan qanunvericiliyə uyğun olmayan qeydiyyat apararaq iddiaçının yuxarıda qeyd olunan hüquqlarını pozmuş, eyni zamanda bu uyğunsuzluğun ortadan qaldırılmasını qeyri müəyyən zamana saxlamaqla onun hüquqlarını bərpa etməmiş və təkrar olaraq onun hüquqlarını pozmuşdur. Qeyd edilənlər inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan (**********40 reyestr və ********* qeydiyyat nömrəsi) torpaq sahəsinə (faktiki istifadəsində olan torpaq sahəsinə) digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan (**********40 reyestr və ********* qeydiyyat nömrəsi) torpaq sahəsinə (faktiki istifadəsində olan torpaq sahəsinə) digər şəxslərə verilmiş plan-ölçü sənədlərinin ləğv edilməsi, faktiki vəziyyətə uyğun 0.425 ha torpaq sahəsinə yeni plan-ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar