Məhkəmə qərarları › İş №2-1(118)-950/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-950/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-950/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 133 saylı sərəncamı ilə ona Hökməli qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrlərdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 133 saylı sərəncamı ilə ona Hökməli qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrlərdən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 04 may 2022-ci il tarixli, **********84 saylı məıktubu ilə iddiaçının müraciətinin təmin eidlməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2005ci il tarixli, 133 saylı sərəncamı ilə iddiçıya Hökməli qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi uzun illərdir ki, istifadəsindədir. Torpaq sahəsini daş hasara almışdır, orada ev tikib ailəsi ilə birlikdə yaşayır. Evin bütün kommunal xidmətləri vardır. Artıq uzun illərdir ki, torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir, həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına çıxarışın veirlməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 152ci, 157.1-ci, 178.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29-cu maddələrinə, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında haqqında Konvensiyanın 1 saylı Portokolunun 1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmdə xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Hökməli Bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsinin xx.xx.2005-cı il tarixdə, 133 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının təqdim edilmədiyi; Qanunamüvafiq qaydada təsdiq edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışın təqdim edilmədiyi edilmədiyi; Torpaq sahəsinin tam olaraq 110 KVt elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Cavabdeh Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-cı ıl tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci, 19-cu, 21-ci, 22ci bəndlərinə istinad edərək qeyd edir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Cavabdeh qeyd edir ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - Torpaqların alqı-satqısına dair Akt çıxarılmışdır “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən ‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2005-cı il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş 'Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları'na əsasən əsasən 110 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 metr məsafədə müəyyənləşdirilmişdir. Sonda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 23-cü maddəsinə, 11-1-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı vərəsə kimi müəyyən edildiyinə görə hazırkı iddianı qaldırmaqa subyektiv hüququ vardır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, Abşeron rayon X1 23 mart 2005-ci il tarixli 133 saylı Sərəncamı ilə iddiaçıya bələdiyyə torpaqlarından 0.10 ha torpaq sahəsi ayrılmış, vətəndşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən sərəncamın təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivinin 03 iyul 2023-cü il tarixli, T/479 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir. İddiaçı hazırda 0,10 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Hökməli Bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsinin xx.xx.2005-cı il tarixdə, 133 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının təqdim edilmədiyi; Qanunamüvafiq qaydada təsdiq edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışın təqdim edilmədiyi edilmədiyi; Torpaq sahəsinin tam olaraq 110 KVt elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki qeyd edilən hallar iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə araşdırması torpaq sahəsinin müayinə aktının təsdiqlənmiş surəti və ortofoto görüntüsü məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərdən torpaq sahəsinin içərisindən 110 kvt yüksək gərginlikli elektrik xəttinin xətti keçdiyi, torpaq sahəsinin bütövlükdə elektrik xəttinin mühafiz zolağında yerləşdiyi müəyyən edilmişdir. Habelə zamanı məhkəmə araşdırması müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, İddiaçı məxsus 0,10 ha torpaq sahəsi "xxxx" ASC- yə məxsus 110 kV-luq “6-cı Xırdalan” hava xəttinin mühafizə zonasına düşür. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonası hava xəttinin keçdiyi trassa boyu kənar məftillərdən hər iki tərəfə 20 metr qəbul olunmuşdur. Göstərilən Qaydaların 12 və 14-cü bəndlərinə əsasən, hava xətlərinin mühafizə zonalarında bina və qurğuların tikintisi, hava xətlərinin keçdiyi ərazilərin çəpərlənməsi, trassası boyu hərəkətin məhdudlaşdırılması, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilmişdir. (Azərişıq ASC-nin 30 avqust 2023-cü il tarixli 13-9/2-17xx/xx/2023 saylı məktubu) Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci bəndinə əsasən mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Qaydaların 5-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində- 110 kvt-lıq xətt üzrə 20 metr müəyyən edilmişdir. Qaydaların 12-ci bəndinin “a” yarım bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçıya məxsus torpaq sahəsi torpaq sahəsinin içərisindən 110 kvt yüksək gərginlikli elektrik xəttinin keçməsi işin mübahisə edilməyən halıdır. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zolağında yerləşdiyindən və həmin xətti istismar edən qurumun müvafiq razılığı olmadığından cavabdeh inzibati orqan əsaslı olaraq iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar