Məhkəmə qərarları › İş №2-1(118)-951/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-951/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-951/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunması və onun 1975-1988-cu illərdə Şamaxı rayonu Lenin adma sovxozda 1988-1990-cı illərdə Şamaxı rayonu Sabir adına sovxozda ,1991-1996-cı illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda və 1997-2000-ci illərdə Hacıqabul rayon Azəravtoyol Dövlət şirkətinin 3 saylı Avtomobil yolları idarəsinin 64 saylı sahəsində işləməyinə dair arxiv arayışlarında göstərilən müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı yaşa görə Əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Əmək kitabçası olmaması əsasından xx.xx.2020ci il tarixdə onun 1975-1988-cu illərdə Şamaxı rayonu Lenin adma sovxozda, 1988-1990cı illərdə Şamaxı rayonu Sabir adına sovxozda ,1991-1996-cı illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda və 1997-2000-ci illərdə Hacıqabul rayon Azəravtoyol Dövlət şirkətinin 3 saylı Avtomobil yolları idarəsinin 64 saylı sahəsində işlədiyi dövrlər əksini tapmadığı üçün həmin dövrlərə dair təqdim etdiyi arxiv arayışlarına əsasən ona pensiya hesablanmasından imtina edilmişdir. Bildirilmiş ki, bu müddətin sığorta stajına daxil edilməsi üçün məhkəmə qərarı tələb olunur. Belə ki, o, 1958-ci ildə Ağsu rayonu İlxıçı kəndində anadan olmuş, Atasıgil çobançılıqla məşğul olduğundan və Ağsu rayonu İlxıçı kəndində kolxozun qoyunçuluq briqadiri işlədiyindən iddiaçı orada doğulmuş, amma əslində daimi yaşayış yeri Şamaxı şəhəri olmuşdur. O 1975-ci ildə Şamaxı rayonu Lenin adına sovxozda işə düzəlmiş və 1988-ci il kimi orada işləmişdir. Sonra, 1988-ci ildə Sabir sovxozuna keçmiş və 1990-cı ilə kimi də orada işləmiş, 1990-cı ildə ailə həyatı qurmuşdur. Qaynatasıgil heyvandarlıqla məşğul olduğundan o da onlarla birlikdə 1991-ci ildə Hacıqabul rayonuna köçmüş ,orada M.Müşfiq adma kolxozda işədüzəlmişdir. 1996-cı ilə kimi, yəni, kolxozlar dağılana kimi orada işləmişdir. Bundan sonra Hacıqabul rayon Avtoyol Dövlət şirkətinin 3 saylı Avtomobil yolları idarəsinin 64 saylı sahəsində işə düzəlib 1997- 2000-ci illərdə orada fəhlə işləmiş, sonra yenidən Şamaxı şəhərinə qayıtmış və bundan sonra işləməmiş, evdar qadın olmuşdur. İddiaçı bu təsərrüfatlarda ,bu təşkilatlarda işləyən zamanı ona əmək kitabçası yazılmalı idi ,amma yazılmamışdır. Bu isə onun günahım deyil. İddiaçı göstərilən müddətlərdə, göstərilən idarələrdə işləmiş, əmək haqqı almış, onun üçün sosial sığorta fonduna pul köçürülüb. Bu isə o demədir ki, onun hazırda pensiya almaq hüququ var. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etdiyi arxiv arayışına tərəflərindən imtina edilmişdir. İmtinanın səbəbi Əmək pensiyaları haqqında Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Arxiv arayışlarına məhkəmə qərarı tələb olunur və iddiaçının arxiv arayışına əsasən 25 il 10 ay 17 gün əmək stajı var.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X4 eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 saylı imtina məktubu, etiraz ərizəsi, Şamaxı rayon Dövlət Arxivinin verdiyi xx.xx.2020-ci il tarixli 78 №-li arayışları, Hacıqabul rayon Dövlət Arxivinin verdiyi xx.xx.2019-cu il tarixli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması (əmək kitabçasının) səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir.Həmin qərarın 3.2ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müxtəlif illərdə 1975- 1988-cu illərdə Şamaxı rayonu Lenin adma sovxozunda, 1988-1990-cı illərdə Şamaxı rayonu Sabir adına sovxozunda , 1991-1996-cı illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda və 1997-2000-ci illərdə Hacıqabul rayon Azəravtoyol Dövlət şirkətinin 3 saylı Avtomobil yolları idarəsinin 64 saylı sahəsində işləmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər arxiv arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışlarına görə İddiaçı əmək stajı 25 il 10 ay 17 gün təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 61 il (6 ay) yaşında, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli və İddiaçıŞamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 78 №-li arayışları, Hacıqabul rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 128 nömrəli arayışlarında olan müddətləri sosial sığorta stajına daxil edilərək ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıŞamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 78 №-li arayışları, Hacıqabul rayon Dövlət Arxivinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 128 nömrəli arayışlarında olan müddətləri sosial sığorta stajına daxil edilərək ona xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar