Məhkəmə qərarları › İş №2-1(118)-951/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-951/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-951/2021 20.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslər X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciıt edərək, üçüncü şəxslər X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən evi AN-İ № ******* saylı 12 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehlərin də aidiyyəti olmayan şəxsdən əldə etmişlər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət resyestrindən Seriya RX № ******* saylı Çıxarışa əsasən Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Lakin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayış və elektron arayışa əsasən həmin evə heç bir hüququları olmayan üçüncü şəxslər X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X13 qeydiyyatdadırlar. Onların qeydiyyatda olması onun hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq üçün Şamaxı rayon Polis Şöbəsinin pasport qeydiyyat şöbəsinə müraciət etmişdir. Polis şöbəsindən yazılı surətdə bildirmişlər ki, “şəxsin yaşayış üzrə qeydiyyatdan çıxarılması 04.04.1996-cı il tarixli Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparılır və bu məsələnin həllini məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki, həmin şəxlərin onun evinə heç bir hüquqları yoxdur. Cavabdeh ünvan 3 ünvanında yerləşən evə qeydiyyata salmaları tamamilə əsassızdır. 3-cü şəxslərlə onun arasında hər hansı bir notarial qaydada razılaşma yoxdur. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - 12 avqust 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X2 Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən fərdi yaşayış evi 40000 manata almışdır. - ƏMDK yannda DƏDRX-nin 19.08.2015-ci il tarixli, seriya RX ******* saylı çıxarışdan görünür ki, ümumi sahəsi 214.3 kv m olan Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında qeydiyyatda olan digər şəxslər X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X9r. - Şamaxı rayon Polis şöbəsi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli, 188-44567-3221 saylı imtina məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 04.04.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinəistifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Ərizədə adları göstərilən X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - “Elektron notariat” AİS-dən çıxarışından görünür ki, X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X1 şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında qeydiyyatdadırlar. - Şamaxı rayon Polis Şöbəsinin ünvanladığı 16.05.2021-ci il tarixli 188-7175-124 saylı məktubunda Şamaxı şəhəri, S.Mümtaz küçəsi 1990-cı illərə kimi Fialetov küçəsi olmuş və Azərbaycan müstəqillik əldə etdikdən sonra küçə adı dəyişərək yarısı M.Məmmədhəsən (1dən 21-ə və 2-dən 38-ə qədər) və S.Mümtaz olduğunu bildirmişdir. Qeyd olunan S.Mümtaz küçəsi əvvəlki variantda Fioletov küçəsi ev 49 küçə adı dəyişdikdən sonra isə S.Mümtaz küçəsi ev 29 olmuşdur. Odur ki, həmin ünvanda qeydiyyatda olan və sorğuda adları göstərilən şəxslər və onların vəfat etmiş ailə üzvləri göstərilən ünvanda əvvəldən qeydiyyatda olmuş və küçə adı dəyişilərkən iki hisəyə bölündükdən sonra evlərinə aid sənədlərdə müvafiq düzəlişlər aparmamış ona görə də faktiki olaraq qeyd olunan ünvanda qeydiyyatda qalmışlar. - Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanında qeydiyyatda olması və hansı tarixdən qeydiyyata düşmələri barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Həmin məlumatların əldə olması üçün rayon Polis Şöbəsinin pasport uçotu bölməsinə və ya Asan Xidmət mərkəzlərinə müraciət etmək tövsiyyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, üçüncü şəxslər X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 İddiaçı məxsus Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Şamaxı rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5, X8, X6, Gülməmmədova Hicran Adgözəl qızı, X3, X12 və X7 İddiaçı məxsus Şamaxı şəhəri, S.Mümtaz küçəsi ev 29 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Şamaxı rayon Polis şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar