Məhkəmə qərarları › İş №2-1(118)-951/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-951/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-951/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1 ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, müvafiq texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayonu, Xırdalan şəhəri,Rəsulzadə küçəsi ev 1 ”A” ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, müvafiq texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdala şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında yüksək mərtəbəli yaşayış binasının ”Hayan-E” MMC tərəfindən layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. ”Progress-2016” MTK "xxxx" MMC-nin hüquqi varisidir. Tikinti işləri 4(dörd) blokda başa çatmışdır. Həmin yaşayış binasında qeyri-yaşayış sahələri dövlət qeydiyyatına alınmış və xüsusi mülkiyyətə dair müvafiq çıxarışlar verilmişdir. Həmin bloklarda faktil yaşayanlar vardır. İddiaçı ilə ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin 1-ci blok, İV mərtəbə, 2(iki) otaqlı, ümumi sahəsi 88. kv.metr olan 14 saylı mənzilə dair 28 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin hüquqi varis "xxxx" MTK ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr ola 14 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmış və qanuni qüvvəyə minmişdir. 14 saylı mənzil faktiki olaraq hal-hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Cavabdehə xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə dair 28 dekabr 2017-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, Abşeron rayon məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə ünvan 5 ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını nəzərə alaraq həmin mənzil üzərində mülkiyyəıt hüquqlarının qeydiyyata alınması, müvafiq çıxarışın, texniki pasportunun verilməsi barədə rəsmi müraciət etmişdir. Lakin mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********36 saylı, 30 dekabr 2021-ci il tarixli məktubla mənzil yerləşən yaşayış binasının üzərində "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Həmin imtina məktubunu 14 yanvar 2022-ci il tarixdə almışdır. Cavabdeh mənzil üzərində mülkiyyət hüquququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasından imtinaya əsas kimi göstərdiklərinin heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində öz əksini tapmamışdır - Cavabdehin imtinası əsassız və qanunsuzdur. Mülki Məcəllənin 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qəran ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İddiaçının müqavilə və maliyyə arayışı yalnız mənzil üzərində sahiblik və istifadə hüquqları yaradır. Həmçinin, Abşeron rayon məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə ünvan 5 ünvanda, inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşmmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşmmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasmm əsassız olaraq məhdudlaşdırılmasmm yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Mülki Məcəllənin 139.3.-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqlarm dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşmmaz əmlakm dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşmmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşmmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşmmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1,-ci maddəsinə əsasən daşmmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqlarm dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarm əmələ gəlməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşmmaz əmlakm dövlət reyestrində aparılır. “Daşmmaz əmlakm dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən Daşmmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə İ hissəinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-cı maddəsinin 2-cı hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquq və azadlıqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında5 Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası “İnsan hüquqlarinin və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel aymm 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Konvensiyasmı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksayasinm məcburiliyini tanıyır.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafisəi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir .Heç kəs cəmiyyətin maraqları və qanunda beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (“İatridis Yunanıstana qarşı”,"Beyeler İtaliyaya qarşı”, "X8 era S.C. və başqaları Belçikaya qarşı”) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları hesab edilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafisəi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1ci maddəsinin məqsədləri baxımmdan həmin hüquqlar və maraqlar mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsi mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İnzibati Prosessual Məcəlləsinin 33 1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 38.2,-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında mzıbatı orqanın üzərmə inzibatı aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxır. İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçmm hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanm üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilən qanunvericiliyin müvafiq maddələrinə əsasən cavabdehin mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatın alınmasından imtina etməsi əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzillər var, lakin çıxarışı olanlarda var, təmirə bağlamaq istəyir, bunun üçün mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində “Proqress-2016" MTK -nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 144-1-ci maddəsinə əsasən: 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Göründüyü kimi, tikintisi başa çatmamış çoxmənzilli yaşayış binasının tərkib hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, çoxmənzilli yaşayış binasının tərkib hissələrinə dair tərəflər arasında notariat qaydasında təsdiq edilməli olan müqavilə qeydiyyat orqanına təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə etirazı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı hazrıki tələblə cavabdeh orqana müraciət etmiş, həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri,Rəsulzadə küçəsi ev 1 ”A” ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, müvafiq texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində “Proqress- 2016" MTK -nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Bu əsasla cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 28 dekabr 2017-ci il tarixli, 297 saylı müqavilə ilə "xxxx" Mənzil Tikinti Kooperativi əvvəlki müqaviləyə (20 iyun 2008-ci il tarixli) uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1 blok, 4-cü mərtəbəsində yerləşən , ümumi sahəsi 88.8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 14 №li mənzili pay kimi payçıya-İddiaçı ayırmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iş olmuş, məhkəmənin 2(012)-2874/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2 ilə Proqress-2016 MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilə etibarsız sayılmış, İddiaçı ünvan 6 ünvanda inşa olunmuş yaşayış binasının 1 blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kv.m olan 14 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda inşa edilmiş yaşayış binası üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 08 iyul 2022-ci il tarixli, **********46 saylı məktubu) Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki iş üzrə iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istədiyi mənzil çoxmənzilli binada yerləşir. Qanunvericiliyin göstərişi üzrə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı cavabdeh inzibati orqana təqdim edilməli olduğu halda Qanunvericiliyin tələbinə zidd olaraq tikintisi başa çatmamış çoxmənzilli yaşayış binasının tərkib hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, çoxmənzilli yaşayış binasının tərkib hissələrinə dair tərəflər arasında notariat qaydasında təsdiq edilməli olan müqavilə qeydiyyat orqanına təqdim edilməmişdir. Eyni zamanda Abşeron rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iş olmuş, məhkəmənin 2(012)-2874/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2 ilə Proqress-2016 MTK arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 63 saylı müqavilə etibarsız sayılmış, İddiaçı ünvan 6 ünvanda inşa olunmuş yaşayış binasının 1 blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kv.m olan 14 saylı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Həmin məhkəmə qərarı ilə mübahisəli mənzilin Progress- 2016” Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir. İddiaçının Progress-2016” Mənzil Tikinti Kooperativindən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri istismarla bağlı sənədləri tələb etmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar