Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-952/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “46 il ərzində vergiləri və bütün növ ödənişləri ödədiyi və faktiki mülkiyyətçi hüququ ilə 46 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi 0.0579 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 1992-ci il tarixdən Qusar RİHB-sı tərəfindən təsdiq olunmuş layihə əsasında tikdirdiyi və uzun illərdir ailə üzəri ilə birlikdə yaşadığı 194.2 kv.m olan fərdi yaşayış evinə, evin altındakı və ətrafındakı 0.0579 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qaunsuz çıxarışı və texniki pasportun ləğv edilməsi; inzibai orqan olan iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və iş üzrə cavabdeh şəxs X9 əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil İman oğlu iddia tələbini dəqiqləşdirərək, “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi”ni məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3481/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı vətəndaş X11 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.1976-cı il tarixdə Arzu adlı qızı doğulmuşdur. Birgə nikah dövründə xx.xx.1977-ci il tarixdə ailəsi üçün X10 məxsus, ünvan 2 ünvanda yerləşən istifadədə olan 600 m2 torpaq sahəsində bir otaqlı, 18,2 m2-dən ibarət evi 2000 (iki min) manata razılaşaraq, 1000 (bir min) manatını nəğd ödəməklə, 1000 (bir min) manatını sonradan ödəyəcəklərinə razılaşaraq keçmiş həyat yoldaşı X4 adına alqı-satqı edərək almışdırlar. Lakin evin pulunu tam ödəyə bilmədiklərinə görə bizə ünvan 3 ünvana köçməklərinə izazə verilməmişdir. Ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda kirayədə yaşamışdırlar. 1977-ci il tarixdə keçmiş həyat yoldaşı X11 nisyə aldıqları evə olan borcu ödəmək məqsədilə Rusiya Federasiyasına pul qazanmaq məqsədilə gedib, iddiaçı körpə uşağı ilə kirayədə yaşayıb. 01 aprel 1979cu il tarixdə iddiaçı keçmiş həyat yoldaşı X4 gəlmədiyini görərək xərc-borc edərək evə qalıq 1000 (bir min) manat borcu ödəyərək qızı Arzu ilə keçmiş həyat yoldaşının adına aldıqları 18,2 m2-dən ibarət bir otaqlı evə köçmüşdür. Keçmiş həyat yoldaşı X2 Federasiyasından pulsuz qayıdıb. 03 aprel 1979-cu il tarixdə birgə nikahları keçmiş həyat yoldaşı X4 təklifi ilə pozuldu. Birgə nikah dövründə əldə etdikləri ev 18,2 m2 olduğundan X11 əmlak tələbi ilə bağlı iddia qaldırmayıb, həmin evdə birgə nikahlarından olan qızı ilə birgə yaşamağına razılıq vermiş və X11 2-ci dəfə evləndiyi qadınla yaşamışdır. Evə köçdükdən 1 ay sonra iddiaçının keçmiş həyat yoldaşı X11 övladı ilə birgə yaşadığı fərdi yaşayış evinə iddiaçının icazəsi olmadan evin qıfılını qırmış, evə aid əşyaların hamısını və evin sənədlərini özü ilə aparmışdır. Evə aid sənədlərin itməsi barədə “Qusar” ictimai-siyasi qəzetin xx.xx.2001 -ci il tarixli, 39-40 (6885) nömrəli buraxılışında elan verilmişdir. Mülki işin materiallarından da görünür ki, keçmiş həyat yoldaşı X11 ilə ailə nikahları pozulduqdan sonra cavabdeh X11 tərəfindən əmlak bölgüsünə dair iddia qaldırılmamışdır, qarşılıqlı razılığa əsasən qeyd olunan ünvanda iddiaçı və birgə nikahdan doğulan X5 yaşamasına və həmin ünvandakı istifadədə olan torpaq sahəsinə, mənzilə sahiblik etməsinə razılıq əldə olunub. İddiaçı 1992-ci il tarixdə yaşadıqları evin uçub-dağıldığını və dar olduğunu, sahəsinin balaca olduğunu görərək evin sökülərək yerində təqdim etdiyi layihə əsasında başqa yeni evin tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişdir. xx.xx.1992-ci il tarixli Sərəncamla təsdiq olunmuş layihə əsasında yeni ev tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Sərəncam imzaladı. Həmin tarixdən iddiaçı, sahəsi 18,2 m2 olan, birgə nikah dövründə aldıqları evi sökdürmüş, həmin evin yerində yeni sahəsi 194,2 m2 olan fərdi yaşayış evini tikdirmişdir. Layihənin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunur. Qeyd edilən evə, evin altındakı və ətrafındakı 600 m2 torpaq sahəsinə görə vergiləri 1977-ci il tarixdən iddiaçı- İddiaçı Şıxseyid qızı ödəyir (aktın notarial təsdiqli surəti və Bələdiyyə tərəfindən verilən Arayış ərizəyə əlavə olunur). Evin tikintisinə çəkilən xərclər və yerli vergilərin ödənilməsi şəxsi büdcəsi hesabına həyata keçirilmişdir. Göstərildiyi kimi evin alqı-satqısına birgə nikah dövründə birgə qazanclarındadan 1000 (bir min) manat ödənilsə də, nikah pozulduqdan sonra evin ödənişinə qalıq 1000 (bir min) manat borc pul vəsaitini iddiaçı öz şəxsi maliyyə hesabına ödəmişdir. Dövlət Sığorta İdarəsinin Arayışından və notarial tərtib edilmiş Aktdan da görünür ki, evə aid sığorta, vergi və digər ödənişləri iddiaçı ödəmişəm. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəsinin 22.01 2002-ci il tarixli, 657 saylı Arayışından və qonşuların notarial təsdiq olunmuş Aktından da görünür cavabdeh X3 rayonu, Məlikov küçəsi, ev 30 (əvvəlki ünvan 26) ünvanda yaşamayıb və həmin ünvana heç bir pul vəsaiti ödəməyib. Bütün sənədlərdən də görünür ki, 1977-ci il tarixdən etibarən qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə sahibliyi iddiaçı etmişdir və hazırda da edir. Fərdi yaşayış evinin layihəsi 1992-ci il tarixdən iddiaçının müraciətinə əsasən Qusar Rayon İcra Hakimiyyətinin memarlığı tərəfindən təsdiq etdiyi layihə əsasında yalnız iddiaçının maliyyəsinə əsasən tikilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş saxta, qanunsuz və əsassız xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə səbəb olmuş fərdi yaşayış evinin tikintisindən X6 xəbəri olmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(029)-624/2016 saylı Qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh İddiaçı Şıxseyid qızına qarşı birgə nikah dövründə 17 mart 1977- ci il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış 0,06 ha həyətyanı torpaq sahəsində onun payının 0,03 ha həcmində müəyyən edilməklə ayrılmasına dair iddiası rədd edilmişdir (qətnamənin surəti ərizəyə əlavə olunur) Məhkəmə iclasında dinlənilən izahatlar və araşdırılan sənədlərlə müəyyən olunmuşdur ki, tərəflər 07 noyabr 1973-cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək evlənmiş və 03 aprel 1979-cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Lakin mübahisə edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. İşin hallarından göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə dair plan və ölçü sənədi əvvəlki sənədlərdə mövcud olsa da, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bu haqda heç bir məlumat verilməmişdir və qeyd edilən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında 17 mart 1977-ci il tarixdən iddiaçının sahibliyində və qanuni istifadəsində olmuşdur, bu barədə alqı-satqı haqqında müqavilənin surəti iddia ərizəsinə əlavə olunur. Həmin sənədin mövcudluğu İddiaçı Şıxseyid qızına həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində Qusar RİHB-nın Sərəncamı əsasında inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına imkan yaradır. Belə ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı Şıxseyid qızının istifadəsində olması iş materialları ilə öz təsdiqini tapdı. İş materiallarından göründüyü kimi əvvəlki yaşayış evi köhnəlib yararsız hala düşdüyündən Qusar Rayon İcra Hakimiyyəti Başçısının razılığı ilə Qusar RİHB-sı nümayəndəsinin xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında sökülmüş və Qusar RİH-ti tərəfindən təsdiq olunan layihə əsasında İddiaçı Şıxseyid qızı tərəfindən yeni yaşayış evi inşa edilmişdir. Daha öncə istinad olunan maddi hüquq normaları qeyd olunan torpaq sahələrini əvəzsiz olaraq o şəxslərin mülkiyyətinə verməyi nəzərdə tutur ki, həmin torpaq sahəsi həmin şəxslərin qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında yerləşsin və qanuni istifadəsində olsun. İddiaçı 1977-ci il tarixdən etibarən xx.xx.1977-ci il tarixli ‘Ev alqı-satqı haqqında müqavilənamə”yə əsasən 46 ildir ki, faktiki yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə və evin altında yerləşən 600 m2 torpaq sahəsinə faktiki olaraq sahiblik edir, torpaq sahəsinə və fərdi yaşayış evinə dair torpaq vergisini, əmlak vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəmişdir və hal-hazırda da ödəyir. xx.xx.2023-cü il tarixli ərizəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciəti imtina ilə nəticələnmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-34/2-1693/2023 saylı məktubunda imtinanın səbəbi kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-96/2021 saylı Qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz Çıxarış barədə nə fikir söyləmək olar? Verilən imtina məktubundan aydın olur ki, xx.xx.2023-cü il tarixdə X4 adına Çıxarış mövcud deyildi, əgər Çıxarış mövcud olsa idi, imtinada bu haqda yazılardı. Çıxarışın verilməsi göstərilən tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasında üçüncü şəxs qismində X11 tərəfindən verilmiş kassasiya şikayətinə məhkəmənin icraatında baxılırdı, cavabdeh şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-131/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli “plan və ölçü sənədlərinin ləğv edilməsi” Qərarından üçüncü şəxs X4 tələbinə baxılırdı, icraat sona çatmamışdı və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1482/2022 saylı Qərarı qəbul edildi və həmin Qərara əsasən X4 qanunsuz və əsassız təqdim etdiyi “plan və ölçü sənədləri” xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1482/2022 saylı Qərarı əsasında ləğv edilməsi barədə Qərar qəbul olundu. Buradan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X8 verilmiş xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış saxtadır, qanunsuzdur və əsassızdır. Qeyd edilən Çıxarış əvvəlki tarixlə saxta verilmiş Çıxarışdır, ona görə də qeyd edilən Çıxarış Hörmətli Məhkəmə tərəfindən ləğv olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan səndələrə: Qusar Rayon Məhkəməsinin 2(029)-624/2016 saylı qətnaməsi; Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 dekabr 1992-ci il tarixli sərəncamı; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 16 fevral 2023-cü il tarixli imtina məktubu və məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18 yanvar 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1973-cü il tarixdə üçüncü şəxs X11 ilə rəsmi nikaha daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini birgə nikahları dövründə üçüncü şəxs xx.xx.1977-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 almışdır. Daha sonra İ-ЖГ №377129 saylı, xx.xx.1986-cı il tarixli şəhadətnaməyə əsasən İddiaçı ilə X11 arasında bağlanmış nikah xx.xx.1979-cu il tarixdə pozulmuşdur. Hal-hazırda iddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İnzibati işin araşdırılması zamanı mübahisəli fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin araşdırılması məqsədilə sorğular ünvanlanmış, məhkəmə sorğusuna cavab olaraq fərdi yaşayış evinin üçüncü şəxsin adına qeydiyyata alınmasına dair müvafiq hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 dekabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisə predmeti olan, 0.06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 18.2 kv.metr olan, bir mərtəbəli, bir otaqdan ibarət fərdi yaşayış evi 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqaviləyə əsasən X13 tərəfindən üçüncü şəxs X1. Daha sonra ev yararsız vəziyyətdə olduğundan iddiaçı Qusar Rayon İcra Hakimiyyətinə evin sökülərək yenidən tikintisinə icazə verilməsi üçün müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə evin tikintisinə icazə verilmişdir. Nəticədə iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə əldə etdikləri yaşayış sahəsi 18.2 kv.metr olan fərdi yaşayış evi sökülmüş və yerində ümumi sahəsi 194.2 kv.metr olan ev tikilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1482/2022 saylı qərarından aydın olur ki, İddiaçı üçüncü şəxsin adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-96/2021 saylı, 20 avqust 2021-ci il tarixli qərarı ilə sözügedən plan-ölçü sənədinin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli qərarı mövcud olmadığından iddia tələbi təmin edilmiş və X4 adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra məhkəmənin həmin qərarından üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1482/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərdən aydın olur ki, üçüncü şəxs X4 adına tərtib edilmiş AN 065290 saylı, 09 avqust 2011-ci il tarixli plan-ölçü sənədi ləğv edilsə də, daha sonra 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə əsasında mübahisə predmeti olan fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi digər qonşu torpaq sahələri ilə hər tərəfdən hasara alınaraq üzərində 1977/2009 - cu illərdə inşa olunmuş 1 (bir) mərtəbəli, 5 (beş) otaqlı, ümumi sahəsi 195.3 kv. metr, yaşayış sahəsi isə 81.0 kv. metr olan fərdi yaşayış evi ilə tikinti altı sahəsi 15.6 kv.metr olan həyət tilikisi (anbar, təndirxana) və tikinti altı sahəsi 5.4 kv.metr olan hin inşa olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi mövcud deyildir, torpaq sahəsinin faktiki ölçüsü 0.0579 hektar təşkil edir, kommunikasiya xətlərinin qoruma zolağına düşmür, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında yaşayış məntəqələrinin torpaq sahələrinə aiddir, hal-hazırda həmin fərdi yaşayış evində İddiaçı yaşayır və tərəflərindən həmin fərdi yaşayış evinə **********18-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd 17 mart 1977-ci il tarixli “ev alqısatqısı haqqında” müqavilədir. Yəni iddiaçı hal-hazırda X4 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışı və xx.xx.2022-ci il tarixli texniki pasportu deyil, onun verilməsinə əsas olmuş 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqaviləsini mübahisələndirməlidir. Məhkəmə eyni zamanda bildirir ki, iş materialları ilə müəyyən edilir ki, hal-hazırda üçüncü şəxs X4 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş 17 mart 1977-ci il tarixli “ev alqı-satqısı haqqında” müqavilə qüvvədədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsi qüvvədə olduğu və ləğv edilmədiyi təqdirdə, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçının tikdirdiyi və uzun illərdir fasiləsiz və etirazsız yaşadığı ünvan 1 ünvanına qanunsuz və əsassız verilmiş (********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli) çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 8 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva