Məhkəmə qərarları › İş №2-1(118)-955/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-955/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-955/2020 13.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına (DSMF Xaçmaz R.Ş) qarşı cavabdehin ona xx xxxx 2019-cu ildən, 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi haqqında xx xxxx 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunması və xx xxxxx 2019-cu ildən Əmək Pensiyaları haqqında qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı beş uşaqlı ana kimi ona 56 yaşının tamam olduğu xx xxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialı) müraciət etmişdir. Lakin cavabdehin xx xxxx 2020-ci il tarixli məktubu ilə çoxuşaqlı ana kimi əmək pensiyası təyin edilməsi üçün zəruri olan iş stajının toplanılmaması əsas gətirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxx 1963-cü ildə anadan olmuş və 5 uşaq anası olmaqla onları 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. Hal-hazıra kimi 27 il 11 ay ümumi iş stajı vardır. 2019-cu ilin aprel ayının birindən "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinə əsasən 56 yaşı tamam olduğu üçün 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək fəaliyyəti dövründə xx xxxx 1978-ci ildən ( xx.xx.1978-ci il tarixli 133 nömrəli əmr) xx xxxxx 1989-cu ilə kimi (20.04 1989-cu İİ tarixli 60 nömrəli əmr), xx xxx 1994 - cü ildən (xx.xx.1994 -cü il 51 nömrəli əmr) xx xxxxxxxx 1994-cü ilə kimi ( xx.xx.1994-cü il 79 nömrəli əmr) Xaçmaz rayonu "Engels" adına sovxozda fəhlə, xx.xx.1996-cı ildən (xx.xx.1996-cı il 06 nömrəli əmr) xx.xx.2007-ci ilə kimi (xx.xx.2007-ci il 84 nömrəli əmr) Niyazabad kənd orta məktəbində xadiməçi vəzifəsində işləməklə 23 il 21 gün iş stajı, "X2 haqqında" qanunun 67-ci maddəsinin " e" bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X5 və X6 adlı uşaqlara 22.02. 1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olmaqla ümumilikdə cəmi 27 il 11 ay iş stajı vardır. 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi hüququnun yarandığı xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. DSMF Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı məktubunda hal-hazırda qüvvədə olan "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 8- ci maddələrinin şərtləri pozularaq xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina ərizəsində onun əmək kitabçası olmadığı və təqdim etdiyi sənədlərə əsasən cəmi 18 il 10 ay 23 gün iş stajı olduğu üçün pensiya hüququnun olmadığı bildirilir. Pensiya təyin edilməsi üçün DSMF Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət edərkən bütün lazımi sənədlərlə birlikdə Əmək kitabçasının təsdiq edilmiş surətini və əmək kitabçasının əslinidə təqdim etmişdir. xx xxxxxx 2006-cı ildən qüvədə olan "Əmək Pensiyaları haqqında" qanunun 07 və 08-ci maddələrinə və xx xxxxxx 2006-cı ilə kimi qüvvədə olmuş "Vətəndaşların Pensiya təminatı haqqında " qanunun 67-ci maddəsinin tələblərinə əsasən onun 27 il iş stajı ilə pensiya almaq hüququ vardır. Hətta onların qəbul etdiyi kimi 18 il 10 ay iş stajının olduğu halda da 2019-cu ilin yanvar ayının 1-dən "Əmək Pensiyaları haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən 2006-cı ilin yanvar ayının 01-nə müəyyən iş stajının və 2006-cı ilin yanvar ayından sonra hər hansı pensiya kapitalının olduğu üçün qanunun 7 və 8-ci maddələrinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiya hüququnun olduğu halda ona pensiya təyin edilıməsindən əsassız olaraq imtina edilmişdir. ƏƏSMN yanında DSMF Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunaraq, 56 yaşında 5 uşaqlı ana kimi 27 il 11 ay iş stajı ilə, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddəsinə uyğun olaraq hüququnun yarandığı xx xxxxx 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsinin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi ƏƏSMN yanında DSMF Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il **********2 saylı cavab məktubundan da göründüyü kimi inziabti orqan əsassız olaraq ona hüququnun yarandığı xx xxxxx 2019-cu ildən, yəni 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmdan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, iddiaçı 01.04 1963-cü il təvəllüd olub xx.xx.2020-ci il tarixdə 5 uşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə şöbəyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında Qanunun 8-ci maddəsinə əsasən 5 uşağı olan qadınlar xx.xx.2017-ci il tarixə kimi 10 il sığorta stajı olmaqla ümumi əsaslarla yaşa görə əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla əmək pensiyası almaq hüququna malik olurdular. “Əmək pensiyaları haqqında" Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanunu xx.xx.2017-ci il tarixdən düzəliş edilərək qadınların ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququ verən 60 yaş həddi hər il 6 ay olmaqla 65 yaşa kimi qaldırılıb. Nəticədə xx.xx.2017-xx.xx.2018-ci il tarixə kimi qadınların yaş həddi 60 yaş 6 ay xx.xx.2018-xx.xx.2019-cu il tarixə kimi isə 61 yaş müəyyən olunub. Qanunun 8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 5 uşaqlı analar ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması üçün müəyyən olunmuş yaş həddi hər uşaq üçün 1 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının münimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imka vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. S.Abdullayevə xx.xx.1963-cü il təvəllüd olduğu üçün 5 uşağa görə tələb olunan 56 yaş xx.xx.2019-cu il tarixdə tamam olur. Vətəndaşın sənədləri araşdırılarkən xx.xx.2006-cı il tarixə kimi 18 il 09 ay 03 gün, 01.01 2006-cı il tarixdən sonra isə 02 il olmaqla cəmi 20 il 09 ay sığorta stajı olması müəyyən olunur. Eyni zamanda xx.xx.2019-cu il tarixdə olan 160 manat minimum əmək pensiyasına imkan verən 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçı isə cəmi 13547.38 manat pensiya kapitalı müəyyən olunur “Əmək pensiyaları haqqında Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1. bəndinə əsasən sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunur Vətəndaşın 1978-1985, 1988 və 1994-cü illərdə “Engels” adına sovxozda işləməsi faktı əmək kitabçasına qeyd edilməyib. Lakin həmin müddət ilkin olaraq 20 il 09 ay sığorta stajına daxil edilib. Belə ki S Abdullayevə xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan şərt ilə, yəni 10 il sığorta stajı tələb olunmaqla yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Cavabdehin nümayəndəsi X1 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ona xx xxxxx 2019-cu il tarixdən beş uşaqlı ana kimi pensiya təyin edilməsini məhkəmədən xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə qeyd edilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qüvvədə olan qanun normalarından göründüyü kimi 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin beş uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə yanaşı müəyyən edilmiş yaş həddinə, 2019-cu il üçün 56 yaş həddinə, zəruri pensiya kapitalına və ya 25 il iş stajına malik olması şərt olaraq göstərilir. Lakin hazırki işdə iddiaçının ona beş uşaqlı ana kimi pensiya təyin edilməsi üçün zəruri olan iş stajına və ya pensiya kapitalına malik olması müəyyən olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni olmuşdur və iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati orqan müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 18 il 09 ay 03 gün, 01.01 2006-cı il tarixdən sonra isə 02 il olmaqla cəmi 20 il 09 ay sığorta stajı vardır və xx.xx.2019-cu il tarixdə olan 160 manat minimum əmək pensiyasına imkan verən 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçının isə cəmi 13547.38 manat pensiya kapitalı müəyyən olunur. Bununla bağlı idiaçının dəlili ondan ibarətdir ki, əmək fəaliyyəti dövründə xx xxxx 1978-ci ildən ( xx.xx.1978-ci il tarixli 133 nömrəli əmr) xx xxxxx 1989-cu ilə kimi (20.04 1989-cu İİ tarixli 60 nömrəli əmr), xx xxx 1994 - cü ildən (xx.xx.1994 -cü il 51 nömrəli əmr) xx xxxxxxxx 1994-cü ilə kimi ( xx.xx.1994-cü il 79 nömrəli əmr) Xaçmaz rayonu "Engels" adına sovxozda fəhlə, xx.xx.1996-cı ildən (xx.xx.1996-cı il 06 nömrəli əmr) xx.xx.2007-ci ilə kimi (xx.xx.2007-ci il 84 nömrəli əmr) Niyazabad kənd orta məktəbində xadiməçi vəzifəsində işləməklə 23 il 21 gün iş stajı, "X2 haqqında" qanunun 67-ci maddəsinin " e" bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X5 və X6 adlı uşaqlara 22.02. 1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olmaqla ümumilikdə cəmi 27 il 11 ay iş stajı vardır. Məhkəmə iddiaçının "X2 haqqında" qanunun 67-ci maddəsinin " e" bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) xx.xx.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, xx.xx.1991-ci il təvəllüdlü X5 və X6 adlı uşaqlara 22.02. 1991-ci ildən xx.xx.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olması dəlilini əsaslı hesab etmir. İddiaçı hazırda qüvvədə olmayan normaya əsasən sosial sığorta stajının nəzərə alınmasını xahiş edir ki, mövcud qanunvericilikdə bu halın nəzərə alınmasını müəyyən edən hüquqi əsas mövcud deyil. Beləliklə iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan zəruri olan iş stajına və ya pensiya kapitalına malik olmadığına görə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı regional ərazi filialına qarşı cavabdehin ona xx xxxx 2019-cu ildən, 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi haqqında xx xxxx 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunması və xx xxxxx 2019-cu ildən Əmək Pensiyaları haqqında qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar