Məhkəmə qərarları › İş №2-1(118)-956/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-956/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-956/2021 27.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, X1katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsinə qarşı “Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində pay torpaq sahəsinin ona ayrılmasının bələdiyyənin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində pay torpaq sahəsinin ona ayrılmasının bələdiyyənin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. 2013-cü ildən boşanaraq qızı ilə bir yerdə kirayədə yaşayır. 1996-cı ildə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində pay torpaqları ayrılmışdır. Lakin ona pay torpağı ayrılmamışdır. Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsinə yazılı müraciət etmiş, onların ona ünvanladığı arayışda ona torpaq sahəsinin verilmədiyi bildirilmişdir. Ona əsassız olaraq torpaq sahəsinin ayrılmasından imtina edirlər. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı inzibati orqana müraciətinin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçı məhkəmə iclasında pay torpaq sahəsi ilə bağlı Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsinə müraciət etdiyini və bələdiyyə tərəfindən ona xx xxxx 2021ci il tarixli, 14 saylı arayış verildiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da pay torpaq sahəsinin verilməsi ilə bağlı olmaqla məcburetmə haqqında haqqında iddia növünə daxildir. Məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə şəxs tərəfindən səlahiyyətli inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı cavabdehin imtinasını və ya hərəkətsizliyini təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. İddiaçı cavabdehin imtinası kimi onun xx xxxx 2021-ci il tarixli, 14 saylı arayışını göstərmişdir ki, həmin arayış cavabdehin imtinasını əks etdirən məktub deyil, pay torpaq sahələrinin ayrıldığı dövrdə iddiaçıya hansı səbəbdən pay torpaq sahəsinin ayrılmaması barədə arayışdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə və ya hərəkətsizlik göstərərsə, qanunla müəyyən olunmuş müddətdə məcburetmə haqqında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar