Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-956/2023 13.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun N994cü ilin aprel ayında Ağdam rayonu, Şotlanlı kəndi uğrunda erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə iştirak etməyini nəzərə alıb ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 29 oktyabr 2020-ci il tarixli, N/İ- N4238 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N975-ci ildə Qazax rayonunun 2ci Şıxlı kəndində anadan olmuşdur. Hazırda Sumqayıt şəhərində qeydiyatda olmaqla, yuxarıda qeyd olunan ünvanda yaşayır. 03 iyul N993-cü ildə keçmiş Qazax Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini N saylı hərbi hissənin N-ci BAT, N-ci bölüyündə əsgər kimi xidmətə başlamışdır. xx.xx.N994-cü ildə N saylı hərbi hissənin N-ci BAT, N-ci bölüyü şəxsi heyəti ilə birgə N saylı hərbi hissəyə ezam olunanda həmin hərbi hissədə xidmətdə olmuşdur. N saylı hərbi hissədə xidmətdə olarkən xx.xx.N994-cü ildə Ağdam rayonu, Şotlanlı kəndi uğrunda gedən ağır döyüşlər vaxtı yaralanmış və həmin gün Gəncə şəhəri, 230 saylı hərbi hospitala göndərilmişdir. Lakin orada yer olmadığından Gəncə şəhəri, A.Səhhət adına N saylı xəstəxanaya göndərilmiş və həmin xəstəxanada “sol tərəfli kor qəlpə yarasından sonra sol tərəfli pleksalgiyası” diaqnozu ilə 25 oktyabr N994-cü ilədək müalicədə olmuşdur. Müalicədən sonra Hərbi Komissarlığa gəlmiş, orada ona bildirmişdirlər ki, batalyon artıq qalmamış, onu heç yerə göndərə bilməyəcəklər. İddiaçının 03 iyul N993-cü ildə Qazax hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmağını, N saylı hərbi hissədə əsgər kimi xidmət aparmağını, xx.xx.N994-cü ildə N saylı hərbi hissənin şəxsi heyəti ilə birgə N saylı hərbi hissəyə ezam olunmağını, N saylı hərbi hissədə xidmətdə olarkən yaralanmağını, Gəncə şəhəri, A.Səhhət adına N saylı xəstəxanada müalicə almağını Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8926 saylı arayışı da təsdiq edir. İddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı xx.xx.N994-cü ildə yaralanmağını və Gəncə şəhəri, A.Səhhət adma N saylı xəstəxanada xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixədək "sol tərəfli kor qəlpə yarasından sonra sol tərəfli pleksalgiyası” diaqnozu ilə müalicədə olmağını həmin xəstəxananın xx.xx.N994-cü il tarixli arayışı da təsdiq edir. Həmçinin iddiaçının döyüş zamanı hərbi travma almağını, bu travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını, yuxarıda qeyd olunan diaqnozla müalicədə olmağını MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 35 saylı qərarı da təsdiq edir. Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli, N3N saylı qərarına əsasən bütün imtiyazlardan istifadə etmək hüququna malik olsa da iddiaçı bu hüquqdan indiyədək istifadə edə bilməmişdir. Hazırda iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh tərəf iddiaçını müharibə veteranı kimi tanımaq istəmir və xx.xx.2020-ci il tarixli, l/j-N4238 saylı məktubu ilə bunu əsas tutur ki, xx.xx.N994-cü il tarixdən sonra hərbi xidməti tam təsdiqlənmədiyinə görə iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur və ona məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilir. İddiaçıya məxsus hərbi biletdə onun N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi barədə qeydlər vardır. Məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadığından və cavabdeh tərəfin də tövsiyəsinə əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakı və hərbi xidmət keçməyi ilə bağlı veteran adının və vəsiqəsinin verilməsi ona dövlət tərəfindən təyin olunmuş imtiyazlardan istifadə etmək üçün lazımdır. Ona görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: "N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dak döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8502 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (adı Qazi yazılmışdır) N975-ci il təvəllüdlü X3 Qazax RHK-dan çağırılması, N nömrəli hərbi hissədən gəlməsi, komandirin N6 aprel N994-cü il tarixli N8 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olunması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin 278 nömrəli əmrinə əsasən komandirin xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır, lakin əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N994-cü il tarixli N8 nömrəli və xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrlər N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan əmrlərində öz əksini tapmamışdır. Həmçinin arxiv arayışında N nömrəli hərbi hissi komandirinin aprel, iyun-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamış və N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N994cü il tarixli N8 nömrəli və xx.xx.N994-cü il tarixli NN0 nömrəli əmrləri Mərkəzi Arxivdə olan əmrlər kitabında öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8926 saylı arayışında qeyd edilir ki, Qazax RHK-dan çağırılmış, N975-ci ıl təvəllüdlü X6 N №-li hərbi hissə komandirinin N iyul N993-cü il tarixli N40 №-li əmrilə (əsas: § N9, sıra 62, əmrdə adı Qazi yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək "sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №-ii əmrilə sıravi X8 (əsas: § 5, sıra 9, əmrdə adı Qazi və atasının adı Məmməd yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N.№ lı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas oluba kitabı "İ,K”, sıra 4N4 səh N7, məlumatda adı Qazı yazılmışdır) N975-ci il təvəllüdlə X4 Qazax RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N6 aprel N994-cü il tarixli N8 №-li əmrilə şəxsi heyətin siyahısına dax olması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 №-li əmrinə əsasən komandirin 07 noyabr N994-cü il tarixli NN0 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli N09 №-iı əmrilə sıravi İddiaçı (əsas: § N, səh NN, əmrdə vəzifəsi göstərilməyib, adının qarşısında 24.04.94 yazılıb) hərbi hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin aprel, oktyabr-noyabr N994-cü ıl tarixli nizamı hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin oktyabr N994-cü ıl, fevral N995ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin fevral N995ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü ıl tarixli N8 №-li və xx.xx.N994-cü ıl tarixli NN0 №-li nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8502 saylı məktubunda qeyd edilir ki, Qazax RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X6 N №-li hərbi hissə komandirinin N iyul N993-cü il tarixli N40 №-li əmrilə (əsas: § N9, sıra 62, əmrdə adı Qazi yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli 93 №li əmrilə sıravi X8 (əsas: § 5, sıra 9, əmrdə adı Qazi və atasının adı Məmməd yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından, bütün təchizatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı: “İ,K”, sıra 4N4, səh N7, məlumatda adı Qazi yazılmışdır) N975-ci il təvəllüdlü X3 Qazax RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N6 aprel N994-cü il tarixli N8 Ns-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə Nazirinin 278 №-li əmrinə əsasqn komandirin 07 noyabr N994-cü il tarixli NN0 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Bildiririk ki, əlifba qeydiyyatı kitabında qeyd edilmiş xx.xx.N994-cü il tarixli N8 №-li və xx.xx.N994-cü il tarixli NN0 Ns-li əmrlər N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan əmrlərində öz əksini tapmamışdır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli N09 №-li əmrilə sıravi İddiaçı (əsas: § N, səh NN, əmrdə vəzifəsi göstərilməyib, adının qarşısında 24.04.94 yazılıb) hərbi hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin aprel, iyun-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Qazax Hərbi prokurorluğununun böyük müstəntiqi ədliyyə mayoru E.F.Kişiyev tərəfindən verilmiş 27 oktyabr 2003-cü il tarixli qərar ilə İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etməklə yaralanmasını nəzərə alaraq “İkinci Dünya” müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə” amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli qərarının N.2-ci bəndinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə iddiaçının qanuni əsaslarla hərbi xidmətdən təxris olunması müəyyən olunmur. Bundan əlavə iddiaçı barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi də müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddianın təmini üçün əsaslar mövcud olmadığı üçün inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-956/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-956/2023
13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver