Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-957/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxslər X5 və X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********82 reyestr nömrəli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********76 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********82 reyestr nömrəli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********76 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədli kənd Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli sərəncamına əsasən mərhum əri X8 ev tikmək üçün Bələdiyyə fondundan 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair ödəniş qəbzi, Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron aryon şöbəsinin rəyi, Torpaqların alqı-satqısına dair Aktı vardır. Həmçinin, mərhum əri X11 vəfat etdiyi üçün onun adına vərəsəlik işinin açılması ilə bağlı ünvan ünvanlanmış müraciəti də mövcuddur. Belə ki, mərhum X1 torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almadan vəfat etmişdir. X8 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı yuxarıda qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyəti qaydada cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli bildirişi ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin araşdırılması zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, X8 0.10 ha torpaq sahəsi Məmmədli Bələdiyyəsi tərəfindən 17 yanvar 2001-ci il tarixli qərarı əsasında ayrılmasına baxmayaraq alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 21 noyabr 2014-cü il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin digər şəxslərə (X6) **********82 və (X15 oqlu) **********76 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxslər X9 və X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, təmsil etdiyi şəxs qeyd olunan torpaq sahəsinin vicdanlı alıcısıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hazırkı iddia tələbinə inzibati icraat qaydasıında baxılması yolverilməzdir. Belə ki, həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas alqı-satqı müqaviləsi olmuşdur. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin qeyri-mümkün hesab edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti X4 və X5 adına olan torpaq sahələri üzərində qeydə alınmış mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsindən ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan plenum qərarının tələbləri baxımından hazırki iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Göründüyü kimi X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********82 reyestr nömrəli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********76 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas satıcılarla onlar arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, iddiaçının iddia etdityi torpaq sahəsinin koordinatları ilə 3-cü şəxs olan X5 mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşür. X5 mülkiyyətində olan torpaq sahəsinin ilkin mülkiyyətçisi olan X7 həmin torpaq sahəsinin Abşeron rayon Məmmədli Bələdiyyəsinin 27 aprel 2006-cı il tarixli qərarı əsasında əldə etmişdir. Məhkəmə hüquqi yardım olaraq iddiaçıya inzibati icraat qaydasında iddia tələbini Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı qeyd olunna qərarın ləğvi ilə bağlı iddia tələbinin qaldırılmasını tövsiyyə etmiş, lakin iddiaçı verilmiş iddia tələbi üzrə müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********82 reyestr nömrəli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********76 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********82 reyestr nömrəli və X5 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********76 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-957/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-957/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver