Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-958/2023 14.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1, 7, 16, 24-26, 29, 38, 57, 71-ci maddələrinə əsasən AR-da dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, hər kəsin hüquq və azadlıqları, sosial təminat, müraciət etmək hüququ vardır. Lakin iddiaçı konstitusiyada təsbit edilmiş hüquqlarından istifadə edə bilmir. Belə ki, onun 2011-ci ildən AR Müdafiə nazirliyinin milli ordu sıralarında hərbi qulluqçusu olmuşdur, N saylı hərbi hissədə xidmət göstərmişdir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi qospitallarda müayinə və müalicələr almışdır, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu qospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb qospitala gedib özünü qeydiyyata salmışdır və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021-ci il tarixindən hərbi qospitalda müalicə olunaraq kafi vəziyətində ordan buraxılmamış, lakin travmatoloqiya şöbəsində yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazıblar. Qospitaldakı müalicələr və müayinələrlə tam narazılığı var, ona xidmətə tam yararsız diaqnozun qoyulmasına söz verildiyinə baxmayaraq komissiyaya iki gün qalmış tərkibi dəyişdirilmişdir, qoyulmuş diaqnoza gorə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Buna görə onlardan arayış alınmalı və ekpertiza təyin olunmalıdır. Anasının qan xəstəliyi ilə əlaqədar da əlilliyin təyin edilməsi üçün müraciət edəndə də eyni vəziyyəti görmüşdür, müvafiq təşkilatlara müraciətdən sonra və məhkəmə ekspertizası rəyinə əsasən də xeyrinə qərar çıxarılmışdır. Hal-hazırda da iddiaçının hərbi xidmət dövründə aldığı xroniki xəstəlikləri ilə bağlı vəziyyəti kafidir, hərbi xidmətə tam yararsızdır və qüvvədə olan qanunvericiliyə görə də ona əllilik təyin olunmalıdır. Rəsmi müraciətlərinə də rəsmi cavab verilmişdir ki, yaşadığı ərazi üzrə həkim komissiyasına müraciət olunmalıdır. Hərbi qospitala komiissiyada olanda bu barədə maraqlanmaq istədikdə onları heç kim qəbul etməmiş, nə də cavab verməmişdirlər. Avqust ayının axırında cərrahiyə şöbəsində əməliyyatdan sonra eyni epiqrezi yazıb vermişdirlər, lakin komissiyaya çıxarmamışdırlar. Məhkəməyə müraciət etməkdə qərəzli olaraq işlərə baxmırlar, ordudan tərxis olandan sonra Quba rayon hərbi komissarlığından göndəriş alaraq yenidən komissiyadan keçməyinə baxmayaraq 28 iyul 2022-ci il tarixli qərarı ilə şablon şəklində əvvəlki kimi sıradankənar hərbi xidmətə yararlıdır yazılmışdır,hərbi qospitalda tomaqrafiya və MRT olmadığından rayon xəstəxanasına yönləndirilmiş, qərarda da konsultasiya olunmuşdur sözləri yazılmışdır, aldığı travmlar və xəstəliklər yazılmamışdır. Qərəzli olaraq yararsızdır yazmamışdırlar. İnzibati məhkəməsinə müraciət etdikdə yenidən ekspertizanın keçirilməsini təmin olunması üçün iddia ərizəsi ilə müraciət etməyi tövsiyə olunmuşdur. AR NK-nin 2008-ci il 59 nömrəli qərarı ilə təsdiq edilmiş "hərbi-həkim ekspertizası haqqında əsasnamənin" və HK-nin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin" 2.2 bəndinə əsasən iddiaçıya ikinci dərəcəli əllilik təvin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 12 yanvar 2023-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi İsayev Zahir Qəzənfər oğlu iştirak etmiş, iddianı müdafiə etmişdir. İddiaçı və onun nümayəndəsi şifahi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Vətəndaş İddiaçı iddia ərizəsi Sumqayıt inzibati Məhkəməsinin 958/2023 (3524/2022) saylı bildirişi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. İddiaçı iddia ərizəsində ona məxsus xx.xx.2022-ci il tarixli, 9318 nömrəli arayışda göstərilən xəstəliyin yararlılığı haqqında təyin olunmuş "SİRADANKƏNAR HƏRBİ XİDMƏTƏ YARARLİDİR” kateqoriyasının “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” kateqoriyasının dəyişdirilməsi öhdəliyinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıdakılara görə iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1. maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4. maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqlnda şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya almast faktının təyin edilməsi üçün əsas ola bilməz. Vətəndaş İddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikulitı, natamam remissiya mərhələsində. Sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dən çapığı. Onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş l(birinci) mərhələ 8°" (səkkiz) dərəcə skaliozu. Hər iki gözün Bleforokonyuktiviti. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində Əlvan dəmirov, remissiya mərhələsində” diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. M.İsayevdə müayinə nəticəsində “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində" diaqnozu təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ıl tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» Xəstəliklər Cədvəlinin 26 “c" maddəsinin İİİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı "gizir" rütbəsində xidmət etdiyinə görə Xəstəliklər Cədvəlinin İİİ qrafası ilə şəhadətləndirilmışdır. xx.xx.2022-ci il tarixli 9318 saylı arayışdan məlum olur ki, xəstədə periferik sinir sisteminin xəstəliyi sayılan “xroniki diskogen mənşəli bel-oma radikulitinin nadir hallarda kəskinləməsi müəyyən edilmişdir. Bu hal “Xəstəliklər Cədvəlinin 26 ”c" yarımbəndində nəzərdə tutulduğundan şəhadətləndirilmə zamanı məhz 26"c" maddəsi tətbiq olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Xəstəliklər Cədvəlinin 26 “c" maddəsi ilə periferik sinir sisteminin kəskinləşməsi nəticəsində ətrafların funksiyalarının cüzi dərəcədə pozulması halları və ya ətraflarda hərəki, hissi və trofiki pozulması halları müəyyən edilməmişdir. Ona görə də bir daha qeyd etmək vacibdir ki, İddiaçı haqqında çıxarılan qərar yuxarıda göstərilən hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında “Təlimata tam uyğundur və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin yararlılıq haqqında təyin olunmuş “SİRADANKƏNAR HƏRBİ XİDMƏTƏ YARARLİDİR" kateqoriyasının “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kateqoriyasına dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. 12 yanvar 2023-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, məhkəmə suallarına cavabında iddiaçının sıradan kənar hərbi xidmətə yararlı olduğunu, hərbi hissədə xidmət edə biləcəyini, arxa cəbhədə xidmət edə biləcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, M.İsayevdə müayinə nəticəsində “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində" diaqnozu təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» Xəstəliklər Cədvəlinin 26 “c" maddəsinin İİİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Qeyd etmək lazımdır ki, İddiaçı "gizir" rütbəsində xidmət etdiyinə görə Xəstəliklər Cədvəlinin İİİ qrafası ilə şəhadətləndirilmışdır. xx.xx.2022-ci il tarixli 9318 saylı arayışdan məlum olur ki, xəstədə periferik sinir sisteminin xəstəliyi sayılan “xroniki diskogen mənşəli bel-oma radikulitinin nadir hallarda kəskinləməsi müəyyən edilmişdir. Bu hal “Xəstəliklər Cədvəlinin 26 ”c" yarımbəndində nəzərdə tutulduğundan şəhadətləndirilmə zamanı məhz 26 "c" maddəsi tətbiq olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» —sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “Nadir hallarda kəskinləşən, xroniki diskogen mənşəli bel-oma radikulitı, natamam remissiya mərhələsində. Sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dən çapığı. Onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş l(birinci) mərhələ 8°" (səkkiz) dərəcə skaliozu. Hər iki gözün Bleforokonyuktiviti. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində Əlvan dəmirov, remissiya mərhələsində” diaqnozları müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Məhkəmənin 2-1(118)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Hazırda İddiaçı sağlamlıq vəziyyəti neçə xarakterizə olunur? İddiaçıda hazırda hansı xəstliklər müəyyən olunur?
2. Həmin xəstəliklər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuş xəstəliklərə uyğundurmu?
3. Həmin xəstəliklər əsasında iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsi neçə müəyyən edilir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1790 saylı məktubu ilə Məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad əsasında vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 243/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, 1.3. Vətəndaş İddiaçı xx.xx.2023-cü ildə məhkəmə-tibbi müayinədən keçirilərkən müxtəlif tibb müəssisələrinə instrumental müayinələrə göndərilmiş və onların cavabları əsasında “M42; M51.2.-osteoxondroz, TH6-7; TH7-8; L3-4; L4-5 fəqərəarası disklərin yırtıqları; zirvəsi Th 10-Th11 fəqərəarası sahə olmaqla onurğanın sola 8°-dək İ dərəcəli skoliozu; 12 barmaq barmağın xoraları, səthi qastrit, səthi duodenit, kardia çatmamazlığı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər xx.xx.2022-ci il tarixdə MN-nin Mərkəzi Hərbi Poliklinikası tərəfindən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. 2.Vətəndaş İddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən müəyyən edilmiş “Nadir hallarda kəskinləşən xroniki diskogen bel-oma radikuliti, natamam remissiya mərhələsində sağ əlin birinci barmağının enxondromasına görə aparılmış enxondromanın xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, onurğa sütununun döş nahiyəsinin təsbit olunmuş İ (birinci) mərhələ 8° skaliozu, hər iki gözün bleforokonyuktiviti, xroniki qastroduodenit, natamam remissiya mərhələsində əlvan dəmirov remissiya mərhələsində” diaqnozları ilə əlaqədar şəhadətləndirilmişdir. Belə ki, həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafası ilə “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunmuşdur. Odur ki, vətəndaş İddiaçı “Xəstəliklər Cədvəli”nin 26 “c” maddəsinin İİ qrafasına və ƏXC-yə əsasən “Sıradan kənar hərbi xidmətə yararlıdır” hesab olunur. Göründüyü kimi cavabdeh inzibati orqanın mübahisələndirən qərar və hərəkətlərinin qanuni olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır və bu da iddianın əsassız olduğunu gpstərir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev