Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-959/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin düzgün müəyyən edilməsi və ümumi xəstəliyə görə 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək “İddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən - xx.xx.2008-ci İl tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində zabit kimi - kapitan rütbəsində xidmət etmişdir və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx.xx.1993-cu il tarixdə Ağdərə rayonunun Qlobus yüksəkliyində baş nahiyyəsindən qəlpə yarası almışdır. Müharibə şəraitində aldığı bu xəsarətə görə ona 2-ci qrup müharibə əlilliyi təyin edilmişdir. 2021-ci ildə təkrar müayinədən keçəndən sonra isə əsassız olaraq ümumi xəstəliyə görə 3-cü qrup əlillik təyin edilmişdir. Halbuki, o, xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı almışdır. Əlillik dərəcəsinin səbəb-əlaqəsinin düzgün müəyyən edilməsi və ona təyin edilmiş ümumi xəstəliyə görə 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş və **********6 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə mənə imtina edilmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı, xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Tibbi-Sosial Ekspert Komissiyaları Haqqında" Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarım həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, TSEK-in qərarlarından "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada məhkəməyə şikayət verilə bilər. "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (rublik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktlardır. Çünki, onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 (üç) ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, müharibədə aldığı travmaya görə ona əlillik təyin edilmişdir. Növbəti əyani müayinədə bildirilmişdir ki, məlumat veriləcəklər. Elektron qaydada aldığı məlumatlarda ona əlillik təyin olunduğunu, lakin əlilliyin səbəb-əlaqəsinin ümumi xəstəliklə bağlı olması göstərilmişdir. Aanadangəlmə xəstəliklə əlillik təyin edilmişdir. Lakin o, travmanı döyüş tapşırıqlarını yerinə yetirərkən almışdır. Anadangəlmə lal-karlıq olsa idi orta təhsil alması və hərbi xidmətdə olması necə mümkün ola bilərdi? Ağdam və Tərtər rayonlarında olmuşdur. Kəllə beyin travaması almışdır. 20 gün tamamilə eşitməmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 4 saylı şəhər poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəliədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş Kəllə beyin travmasının qalıq əlamətləri. Baş beynin orta dər. əzilməsi. Beyin daxili hematoma, tez-tez v/d krizlərilə. Postravmatik sağ tərəfli koxliar nevrit. Neyrosensor ağıreşitmə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş KBT-nın qalıq əlamətləri. Baş beynin orta dərəcədə əzilməsi. Beyin daxili hematoma, tez- tez v/d krizlərilə müşahidə olunan ANS. К/d hipertenziya. Postravmatik sağ tərəfli koxliar nefrit. Ağır eşitmə İİ dər. Eroziv qastrit. Xr pielonefrit; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, . Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi.İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, . Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə.Eşitmə sinirinin xəstəlikləri,. Postravmatik koxlear nevrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, . Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi.İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, . Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə.Eşitmə sinirinin xəstəlikləri, . Postravmatik koxlear nevrit; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H.90.6 - İkitərəfli qarışıq konduktiv və ...; Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4- cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıdakı qaydalaraq əsasən iddiaçının əlilliyi ikinci yox, üçüncü dərəcə əlilliyin təyinatı üçün əsasdır. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsaslar göstərilmişdir: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın, ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0, 113-113.2, İ20-İ25, 130-131.9, İ33); 2.2.2. ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1 J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, ЕЮ, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, 173-174,174.3, 180-180.3, 183.0-183.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. iddiaçının xəstəliyi yuxarıda göstərilən xəstəliklərlə uyğunlaşmadığından, ona ikinci yox, üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər həmdə əsaslıdır. Belə ki, iddiaçı ilkin olaraq ona təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin düzgün müəyyən edilməsi və ümumi xəstəliyə görə 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrup müharibə əlilliyinə dəyişdirilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən 2-1(118)-959/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməklə Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərdə qeyd edilənlər İddiaçı real xəstəlik vəziyyətinə uyğundurmu? 2. İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş sənədlərdə qeyd edilənlər əlilliyin hansı dərəcəsinə uyğundur? 3. İddiaçı real xəstəlik vəziyyəti ilə əlaqədar hansı diaqnoz müəyyən edilməlidir? 4. İddiaçı real xəstəlik vəziyyətinə uyğun olan diaqnoz müvafiq olaraq “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-də müəyyən edilmiş əsaslar üzrə əlilliyin hansı dərəcəsinə uyğundur? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publiki hüquqi şəxsin T 214/2022 saylı ekspert rəyində nəticə olaraq qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı şəxsin səhhətini əks etdirən son göndərişdə qeyd edilən “ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, sağtərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə, eşitmə sinirinin xəstəlikləri, postravmatik koxlear nevrit, insulindən asılı şəkərli diabet, tip bir ağır forma, daimi insulin terapiyası, anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağıreşitmə (H90-90.8)” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklərlə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.20 bəndinə uyğun ümumi səbəb ilə üçüncü dərəcə əlillik təyinatı verilməsinə əsas olmuşdur İddiaçı üçüncü dərəcə əlillik ilə razılaşmasada, işin yubanmaması üçün əlavə ekspertiza keçirilməsini istəməmiş, iddia tələbinin həcmini azaltmış, “iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İddiaçı qeyd edir ki, müharibədə aldığı travmaya görə ona əlillik təyin edilmişdir. Növbəti əyani müayinədə bildirilmişdir ki, məlumat veriləcək. Elektron qaydada aldığı məlumatlarda ona əlillik təyin olunduğunu, lakin əlilliyin səbəb-əlaqəsinin ümumi xəstəliklə bağlı olması göstərilmişdir. Lakin o, travmanı döyüş tapşırıqlarını yerinə yetirərkən almışdır. Anadangəlmə lal-karlıq olsa idi orta təhsil alması və hərbi xidmətdə olması necə mümkün ola bilərdi? Ağdam və Tərtər rayonlarında olmuşdur. Kəllə beyin travaması almışdır. 20 gün tamamilə eşitməmişdir. Cavabdehin isə qeyd edir ki, ümumi xəstəliyə görə 3-cü qrup əlillik təyin edilməsi əsaslı olmuşdur. Məhkəmə isə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən hallar məhkəmə araşdırması ilə təkzib olunur. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2016-ci il tarixində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,. Başın təpə nahiyyəsində kor qəlpə yaralanmasından sonrakı çapıqlar. Keçirilmiş qapalı kəllə-beyin travmasuım davamlı qalıq əlamətləri. Baş beyinin silkələnməsi, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə,. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə.Eşitmə sinirinin xəstəlikləri,. Postravmatik koxleor nevrit” diaqnozu ilə, əlillik səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilməklə xx.xx.2021-ci il tarixinə kimi 2-ci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 25 saylı qərarında da qeyd edilmişdir: Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Qazax rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Başın təpə nahiyyəsində kor qəlpə yarası» (Sumqayıt şəhər idarəsinin xx.xx.2012-ci il tarixli 2662 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli 145 nömrəli arayışı, Qazax rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. ...MN MHHK-nın 25 nömrəli 22.01. 2013-cü il tarixli protokolu. Göründüyü kimi iddiaçıya ilkin təyin edilmiş əlilliyin səbəb əlaqəsinin «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR» olmasına baxmayaraq növbəti müayinədən sonra iddiaçıya Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAG9Y saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H.90.6 - İkitərəfli qarışıq konduktiv və ...; Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. Sağ tərəfli İİ dərəcə, sol tərəfli İİİ dərəcə ağıreşitmə. Eşitmə sinirinin xəstəlikləri. Postravmatik koxlear nevrit; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4- cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xcidməti tərəfindən verilmiş “Şəxsi İşi” də məhkəməyə təqdim edilmişdir. Şəxsi işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına xx.xx.2012-ci il tarixli, 2662 sayl göndərişdə “başın təpə nahiyyəsində kor qəlpə yarası” diaqnozu qeyd edilmişdir. Həmin göndərişə əsasən İddiaçı aldığı yaralanmanın hərbi xidmətlə səbəb-əlaqəsi təyin edilmişdir. Göründüyü kimi iddiaçının ilkin olaraq əlilliyinin hərbi xidmətlə səbəb-əlaqəsinin müəyyən edildiyi halda növbəti müayinədə “anadangəlmə” olaraq qeyd edilməsi həqiqətə uyğun olmamışdır ki, əlilliyin ilkin təyinatı ilə bağlı sənədlərlə də bu hal təkzib olunur və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52 maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlillik dərəcəsinin səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-959/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-959/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver