Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-96/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xaçmaz rayon Bələdiyyəsinə qarşı “Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdeh üzərinə öhdəlik qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xaçmaz rayon Bələdiyyəsinə qarşı iddia qaldıraraq, “Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki,İddiaçı2 bildirmişdir ki, atası X6 vəfatından sonra 454/2015,455/2015 və 456/2015 saylı Vərəsəlik işi üzrə xx xxxxxx 2015-ci il tarixli X31 Şəhadətnamələrə əsasən ünvan 1 ünvanında yerləşən 75,7 kv.m fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin 5/6 hissəsi xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının, anası X16 və bacısı İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Qeyd etmişdir ki, H.Əliyev küçəsi 74 ünvanında yerləşən fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi babası X11 və nənəsinin anası X7 tərəfindən xx xxxx 1958-ci il tarixində 230 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında alınmışdır. Alqı-satqı predmeti olan əmlak Xaşmaz rayon Kommunal Təsərrüfat Şöbəsinin xx xxxx 1958-ci il tarixli arayışı ilə X18 şəxsi mülkiyyətində olduğunu təsdiq edib. Həmin arayış xx xxxx 1958-ci il tarixli 21/5 saylı İnventar İş və 29 saylı Zemelnaya Zapis (Torpaq Qeydi) əsasında X24 verilmişdir. Əmlak Xaçmaz şəhəri, 26 Bakı Komissarı küçəsi, 72/21 ünvanında 1100 kv. m -də yerləşən 2 yaşayış otağından, mətbəx və ümümi otaqdan ibarət 1 yaşayış evini əhatə edirmiş. Xaçmaz rayon Kommunal Təsərrüfat Şöbəsinin xx xxxx 1958-ci il tarixli arayışına əsasən əmlakın inventar qiymətləndirməsi 13180 rubl təşkil edirmiş. Əmlak babası və nənəsinin anasına 25 000 rubla satılır. Qeyd etdiyi məlumatlar xx xxxx 1958-ci il tarixli 230 saylı Ev alqı-satqısı işində öz əksini tapır. Sənədin notariat qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunub. xx.xx.1979-cu il tarixində rəsmiləşdirilmiş 10-5191 reyestr nömrəli 56 saylı Vərəsəlik işindən (İşin notariat qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunub) göründüyü kimi, babası X11 x xxxxxx 1978-ci ildə, iddiaçının nənəsinin anası X7 isə xx xxxxxx 1979-cu il tarixində vəfat etmişlər. xx xxxx 1979-cu il tarixli 10-5191 reyestr nömrəli Qanun üzrə X13 əsasən xx xxxxxx 1978-ci il tarixində vəfat etmiş X5 əmlakının vərəsələri həyat yoldaşı nənəsi X9 və üç oğlu Zakir, Tahir və Şakir (atası) Mustafayevlər olmuşlar. xx xxxxxx 1979cu il tarixində vəfat etmiş X4 əmlakına vərəsə isə doğma qızı X9 (nənəsi) olmuşdur. Həmin şəhadətnaməyə əsasən idiaçının nənəsi və oğullarına verildiyi vərəsəlik əmlakı Xaçmaz şəhəri, 26 ünvan 3 ünvanında 600 kv.m. həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. İşin içində olan 58 saylı X29 xx xxxxx 1979-cu il 4-2372 saylı qərarına əsasən iddiaçının babası X11 və nənəsinin anası X4 müddətsiz istifadəsində olan torpağın sahəsi artıq 745 kv. m. kimi qeyd edilib. xx xxxx 1979-cu il tarixli 72 saylı arayışdan göründüyü kimi, Azərbaycan SSR Torpaq Məclləsinin 80,89 və 92-ci maddələrinə əsasən 145 kv. metr normadan artıq olduğu üçün həyətyanı torpaq sahəsi 745 kv.m.-dən 600 kv.metrə endirilmişdir. xx xxxx 1989-cu il tarixində yaşayış evinin hissəsini Bağışlanma Müqaviləsinə əsasən iddiaçının əmisi X14 öz hissəsini doğma anası (iddiaçının nənəsi) Anabacı Mustafayevaya bağışlamışdır. Nənəsi isə öz növbəsində , 1995-ci il 26 aprel tarixində 690b saylı yaşayış evinin hissəsini Bağışlanma Müqaviləsinə əsasən öz hissəsini iddiaçıının atası X10 bağışlamışdır. Beləliklə , adı gedən əmlakda 2 mülkiyyətçi qalır əmisi Tahir Mustafayev və atası Şakir Mustafayev. Texniki inventarlaşdırma Bürosunun 690a xx.xx.1995-ci il reyestr kitabı, inventar iş №635 kvartal 91-ə Xaçmaz şəhər Dövlət Notariat kontorunun 3-m-5d nömrəli xx xxxxx 1995-ci il tarixli qərarı əsasında verilən Qeydiyyat Vəsiqəsi ilə 28 May küçəsi(keçmiş 26 Bakı Komissarı küç.) ,74 ünvanında yerləşən yaşayış evi və həyatyanı sahə iddiaçının atası X15 5/6 və əmisi X8 1/6 hissə ilə şəxsi mülkiyyət hüququ əsasında adlarına keçirilir. Buna baxmayaraq 1958-ci ildə ilkin alqı-satqı sənədlərində əks olunanan 1100 kv. metr həyatyanı torpaq sahəsi uzun illər hasarla əhatə olunaraq mülkiyyətçilərin faktiki istifadəsində olub. Xaçmaz rayon Bələdiyyəsi, iddiaçının atası X6 əmlakın 5/6 hissəsinin və əmisi Tahirin isə 1/6 hissəsinin mülkiyyətçisi və hasara alınmış bağın başında, zəbt olunmuş 400 kv.m həyatyanı torpaq sahəsinin istifadəçiləri olmasına baxmayaraq, xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı ilə “həmin ünvanda daimi qeydiyyatda olan” (istinad : Xaçmaz Rayon Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 611 saylı məktubu) açıq hərrac keçirmədən və mülkiyyətçilərə heç bir xəbədarlıq etmədən X3. Cavabdeh torpaq sahəsini ona bələdiyyə tərəfindən hərrac və ya müsabiqə qaydasında satılmalı olduğu halda birbaşa alqı-satqı qaydasında satmişdır, bununla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələblərini və iddiaçının mərhum atası X6 mülkiyyət hüquqularını kobudcasına pozmuşdur. Belə ki, Xaçmaz rayon bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarın verildiyi tarixdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”-nun əvvəlki, xx xxxx 2001-ci il redaksiyasının 9.1-ci maddəsində deyilirdi: Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri. 9.1.Azərbaycan Respublikası bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə həmin qanunun 9.1-ci maddəsində torpaq sahələrinin hərrac və ya müsabiqə qaydasında satılması nəzərdə tutulsa da iddiaçının atası Mustafayev Şakir, bu kateqoriyadan kənarda qalır və ona münasibətdə qanunun 9.1-ci maddəsi yox həmin qanunun 16.3-cü maddəsi tətbiq olunmalı idi. Həmin maddənin tələbinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Belə ki,torpaq sahəsi 1958-ci ildən babasının və nənəsinin istifadəsində olub və bağışlanma müqaviləsi ilə torpaq sahəsinin 0,06 ha hissəsi Texniki inventarlaşdırma Bürosunun 690a xx.xx.1995-ci il reyestr kitabı, inventar iş №635 kvartal 91-ə Xaçmaz şəhər Dövlət Notariat kontorunun 3-m-5d nömrəli xx xxxxx 1995-ci il tarixli qərarı əsasında verilən Qeydiyyat Vəsiqəsi ilə tam qanuni əsaslarla atası X15 5/6 və əmisi X8 1/6 hissə ilə şəxsi mülkiyyətinə verilmiş, qalan 0,05 ha hissəsi isə bələdiyyə tərəfindən geri alınması mümkün olmayan torpaq kimi istifadəsində olmuşdur. Bu hal da həmin torpaq sahəsinin Xaçmaz rayon bələdiyyəsi tərəfindən geri alınmasını qeyri-mümkün etmişdir. Buna görə də hesab edir ki, Xaçmaz rayon bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10- cu bəndinin tələblərinə uyğun olaraq iddiaçının atası X10 verilməli idi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri- qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir,eyni zamanda torpaq vergisinə cəlb edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda, həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onlann mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması hərrac və ya müsabiqəkeçirilmədən bu Əsasnamənin 1 lci,14-21-ci,23-cü,24-cü,25-ci,25-l-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bundan əlavə, Xaşmaz rayon Bələdiyyəsi xx xxxxxx 2005-ci il tarixli 14 saylı Qərarını verərkən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. “Torpaqların alqı-satqısı qaydaları”-na istinaq etməsinə baxmayaraq, torpaq sahəsinin dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirmədən, Xaçmaz rayon Bələdiyyəsinin kassasına nəğd mədaxil edərək həmin Qaydanın 8-ci bəndinin tələbini pozmuşdur (288 saylı Kassa Mədaxil orderinin surəti işə əlavə olunub). Xaçmaz rayon Bələdiyyəsi hərrac (auksion) keçirmədən qanunsuz olaraq alqı-satqı etdiyini gizlətmək üçün ödənişi bələdiyyənin bank hesabına deyil, məhz kassasına mədaxil etmişdir. “Torpaqların alqı-satqısı qaydaları”-nın 8-ci bəndinin tələbinə görə: İddiaçılar bərabər hüquqlara malik olduqda torpaq sahəsi müvafiq qaydada hərrac(auksion)keçirmək yolu ilə satılır. Rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısma dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Mərhum atası X1 xüsusatları nəzərə alaraq xx xxxxxx 2011-ci il tarixində iş № 2(067)-300/2011 iddia ərizəsi ilə JN-114A KOD 30201004 saylı topraq Şəhadətnamənin etibarsız sayılması barəsində qətnamə çıxarılmasını Xaçmaz rayon məhkəməsindən xahiş etmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçılar qeyd edilənlərə əsasən “Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsinin 8-ci paraqrafında göstərilir ki, zəbt olunmuş 400 m2 həyətyanı torpaq sahəsinin istifadəçiləri olmasına baxmayaraq, Xaçmaz bələdiyyəsinin 26 dekabr 2005-ci il 14 saylı qərarı ilə həmin ünvanda qeydiyyatda olan açıq hərrac keçirmədən və mülkiyyətçilərə heç bir xəbərdarlıq etmədən X2. Cavabdeh (Xaçmaz bələdiyyəsi nəzərdə tutulur) torpaq sahəsini ona bələdiyyə tərəfindən hərrac və ya müsabiqə qaydasında satmalı olduğu halda birbaşa alqı-satqı qaydasında satmışdır. Bununla (“guya”) bələdiyyə torpaqlarının idarəedilməsi haqqında AR Qanunu 9-1-ci maddəsinin tələblərini və mərhum atası X6 mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Yuxardakılarla əlaqədar bildirirlər ki, həmin dövrdə (14 il əvvəl) xx.xx.2005-ci il tarixli 14 saylı qərar çıxarılarkən hansı qaydalarla əməl edilib-edilməməsi və əlaqədar təşkilatların rəsmi sənədlərinə istinad edilməsi barədə həmin dövrə aid materiallar dövlət arxivinə verildiyinə görə bu barədə ətraflı məlumat hazırlamaq mümkün deyildir. Lakin araşdırmalar zamanı əldə edilmiş faktlar və sənədlərə əsaslanaraq aşağıdakıları bildirirlər. İddiaçının mülkiyyətçilərə heç bir xəbərdarlıq etmədən X21 torpağın satılmasının qeyri-qanuni olması iddiası ona görə doğru deyildir ki, birincisi həmin qərar çıxarılarkən və daha sonra Mustafayev Şakir adlı şəxs iddiaçılar İddiaçı1 və İddiaçı2 bacıları göstərilən 11.Əliyev 74 ünvanında yaşamamışlar. Zəbt olunmuş kimi göstərdikləri torpağın istifadəçiləri və ya mülkiyyətçiləri də olmamışdır. Çünki həmin dövrdə Mustafayev Şakir ailəsi ilə o cümlədən və iddiaçı qismində ərizə yazan qızları İddiaçı1 və Mustafayeva Elmira ilə birlikdə Xaçmaz şəhəri Ə.Bayramov 22 saylı öz şəxsi evlərində yaşamışlar. Ona görə də onların torpaqla əlaqədar tələbləri və məhz bu səbəbdən və digər sadaladıqları torpaq haqqında müvafiq maddələrə düzgün istinad etmədiklərinə görə tələbləri əsassızdır. İddiaçıların ərizəsində göstərdikləri torpaq sahəsinin dəyərinin (pulla) bədiyyənin müvafiq bankda xüsusi hesabına keçirmədən bələdiyyənin kassasına kassa mədaxil orderi vasitəsi ilə köçürməsinin qanunsuz olmasının iddiası da o dövrə aid olduğu üçün əsassızdır. AR Prezidentinin idarə və təşkilatlara daxili kassa vasitəsilə axil olmalara qadağan edilməsi haqqlarındakı sərəncamı 2014-cü il tarixdə verilmiş və 4 .01.2015-ci il tarixdən qüvvəyə minmişdir ki, hal-hazırda Xaçmaz bələdiyyəsi bu qərarın tələbləri səviyyəsində fəaliyyət göstərməkdədir. İddiaçının digər tələblərini aşağıdakı sənədlərə əsasən qəbul edilməzdir. 1.EDA və XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2005 1297/1 saylı rəyi (əlavə edilir- 1 vərəq) 2.Xaçmaz bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarı (əlavə edilir-1 vərəq) 3.Torpaqların alqı-satqısına dair akt. xx.xx.2005 3250 saylı qeydiyyatla təsdiqi (əlavə edilir-1 vərəq) 4.Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul kamissiyasınm 08.06.201 1-ci il tarixli aktı (əlavə edilir-1 vərəq) 5.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 9-1-1 14.A. kod 30201004 qeyd x xxx 2006 (əlavə edilir-1 vərəq) 6.X19 hal-hazırda Xaçmaz şəhəri İİ.Əliyev 74a ünvamndakı həmin torpaq sahəsinin üzərində tikdiyi öz şəxsi evinin layihəsinin memarlıq planı və evin foto şəkili (əlavə edilir-2 vərəq) 7.X19 4 nəfərdən ibarət ailəsi ilə birgə həmin evdə həqiqətən yaşamaları haqda Xaçmaz şəhər İƏD nümayəndəsinin xx.xx.2019-cu il tarixli 3775 №-li arayış (əlavə edilir-1 vərəq) Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xaçmaz bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsinə dair tələbləri əsassızdır. Qeyd olunankara əsasən xahiş edirlər ki, Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsinə dair iddia tələbi qəbul edilməsin. Məhkəmə icraatına X28 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir Üçüncü şəxs X28 iddiya etiraz edərək, qeyd etmişdir ki, ünvan 7 Heydər Əliyev küçəsi) 74 saylı ünvanda yerləşən mübahisəli ev 1958-ci ildə babası X12 və nənəsinin anası Süleymanova Maxfirat tərəfindən alınıb. Ev 1 mərtəbəli 3 otaqdan ibarət olmaqla 0,06 torpaq sahəsində yerləşir həmin həyətdə əlavə 1 mərtəbəli 2 otaqlı ev də mövcud olmuşdur. Mübahisəli evin mülkiyyətçilərindən Süleymanova Maxfirat 1972- ci ildə vəfat edəndən sonra mülk babası X5 adına keçmişdir. Əmisi Ş. Mustafayev 1985-ci ildən bu ünvandan qeydiyyatdan çıxaraq , bir gün də olsa belə burada yaşamamış , ölən gününə qədər özünə məxsus Əli Bayramov küçəsi 22 saylı şəxsi evində ailəsi ilə birlikdə yaşamışdır. X30 uzun illər ailələləri, X19 atası, anası, bacısı və X28 ilə yaşamışdırlar. Qarşı tərəfin Xaçmaz Rayon bələdiyyəsinin xx xxxxxx 2005- ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması barədə idddi tələbi əssasızdır. Beləki 1995- ci ildə nənəsi gizli olaraq 1960-cı ildə tikilən evi əmisi Şakirə baqışlamışdır. Baqışlamada da 1960-cı ildə tikilən ev göstərilir. 1996- cı ildə əmisi Şakir Mustafayev 1960-cı ildə tikilən evi sökərək evdən çıxan materiallarıda özünün yaşadığı 22 saylı şəxsi evinə aparmışdır. X34 1911 -ci il 18 fevral tarixdə iş №2 ( 067 ) - 300( 2011 ) iddia ərizəsi ilə JN -114 A kod 30209004 saylı Şəhadətnamənin etibarsız sayılması barəsində qətnamə çıxarılmasını Xaçmaz Rayon məhkəməsindən xahiş etmişdir. Böyük Əmisi və atası onu başa salmışlar ki, onun hüququ əsasızdır. Ona 1960-ci ildə tikilmiş ev torpaq isə bağışlanılmayıb. X19 əmisi ona görədə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxslanılmasını xahiş etmişdir. 1915- ci ildə əmisi Şakir Mustafayev vəfat etmişdir. Onun vəfatından sonra qızları olan iddiaçılar evlə bağlı onlarla mübahisələrə başlamışlar. Ölümündən 2 il 7 ay keçəndən sonra yaşadıqları evin ümumi torpaq sahəsinin qanunsuz olaraq mərhum əmisi Şakir Mustafayevin adına rəsmiləşdirilmiş və çıxarış almışlar. 2019-cu ilin yanvar ayında isə izi itirmək üçün İddiaçı1 adına çıxarış alınmışdır. Bu barədə iddiaçı atasının nümayəndəsi kimi Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. X28 bələdiyyə tərəfindən verilmiş qərarla satılmış 4 sot torpaq sahəsinin göstərilən ümumi 006 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmin torpaq bələdiyyə mülkiyyətinə aid olmuşdur. Ona görə də xahiş etmişdir ki, xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarla satılmış torpaq sahəsinin əvvəllər heçkimə məxsus olmamasını X30ya heçbir aidiyyatı olmadığı kimi onun varislərinə də heç bir aidiyyatı olmaması nəzərə alınsın. X28 iddiaçıların tələbini əsassız hesab etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçılara məhkəmə tərəfindən hüquqi yardım edilmiş, iddia ərizəsində inzibati aktın etibarsızlığı tələb olunduğu və inzibati aktın etibarsızlığı və ləğvi əsaslarının fərqli olduğu, izah edilmişdir. Bundan sonra iddiaçılar iddia tələbini dəyişdirərək xx.xx.2019 -cu il tarixli 2-l(085)- 1382/2019 saylı iddia ərizəsinin əsas hissəsinə aşağıdakı əlavənin qəbul edilməsini xahiş etmişlər:
1. “Texniki inventarlaşdırma Bürosunun 690a xx.xx.1995-ci il reyestr kitabı, inventar iş №635 kvartal 91-ə Xaçmaz şəhər Dövlət Notariat kontorunun 3-m-5d nömrəli xx xxxxx 1995-ci il tarixli qərarı əsasında verilən Qeydiyyat Vəsiqəsinə əsasən 28 May küçəsi(keçmiş 26 Bakı Komissarı küç.) ,74 ünvanında yerləşən yaşayış evi və 600 kv.m həyatyanı sahənin iddiaçının atası X6 5/6 hissədə ( 500 kv.m) şəxsi mülkiyyətində və ona bitişik 400 kv.m olan torpaq sahəsi mülkiyyətçinin, atasının, istifadəsində olmuşdur. Bu hal da həmin torpaq sahəsinin Xaçmaz rayon bələdiyyəsi tərəfindən geri alınmasını qeyrimümkün etmişdir. Buna görə də hesab etmişdirlər ki, Xaçmaz rayon bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinin tələblərinə uyğun olaraq atası X10 verilməli idi. Lakin cavabdeh inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində üçüncü şəxsə ayrılması barədə qərar qəbul etməklə atamın faktiki istifadəsində olan torpağdan maneəsiz istifadə hüququnu məhdudlaşdırmış, göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 -ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati aktın ləğv edilməsinə və ya qanunsuz hesab edilməsinə yönəlmiş və nəticə etibarilə inzibati aktla vətəndaşın pozulmuş hüquqlarının bərpa olunmasına qulluq edən hüquqi müdafiə üsulu üçün mübahisələndirmə haqqında iddia və müəyyən etmə və tanınma haqqında iddialardan (icra edilmiş inzibati aktın qanunsuz sayılması) istifadə etmək olar. İPM 32.1-ci maddəsinə əsasən mübahisələndınnə haqqında iddia ilə müraciət üçün həmin Qanunun 38.1 -ci maddəsi müəyyən edilən mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırılma müddəti buraxıldığından həmin iddia növü iddiaçılar üçün əlverişsizdir. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia) icraata qəbul edilməsi qaydası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsi ilə İ tənzimlənir. İPM-nin 36.1 -ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati İcraat Haqqında" Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsində numerus clausus (dəqiq siyahı) qaydasında İnzabati Aktın etibarsız olması əsasları sadalanmışdır. Lakin iddia predmeti olan İnzibatı Aktı həmin məcəllə ilə etibarsız edən konkret hallar mövcud deyil. Buna görə iddiaçı hesab etmişlər ki, göstərilən hüquq və qanunla qorunan mənafelərinin pozulmasını Ədalət Mühakiməsində araşdırılma və hüquqlarının bərqərar edilməsi məqsədi ilə hazırkı iddia İPM-nin məhz 36.2-cı maddəsi ilə müəyyən etmə və ya tanınma haqqında iddia müdafiə hüququ növünə aid etməklə qəbul olunmalıdır. Bu növ iddiaların Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Beləliklə mühüm hüquqi əhəmiyyət kəsb edən iddia müddəti institutunun şərtlərini pozmadan hüquqlarımızın bərpa olunması prosesinə buraxılaraq, münasib hüquqi müdafiə vasitəsindən istifadə etməklə hüquqlarını tam və hərtərəfli müdafiə etmiş olacaqlar.
2. xx.xx.2019 -cu il tarixli 2-1 (085)-1382/2019 saylı iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edilməsini xahiş etmişlər: “Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı Qərarının qanunsuz sayılması barədə qətnamə çıxarasınız”. Daha sonra iddiaçılar iddianın tələb hissəsinə əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdeh üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişlər. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında iddiaçı və eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 iştirak etmişdir. İddiaçı tərəfə hüquqi yardım edilmiş, inzibati aktın ləğvi ilə bağlı iddialara baxılması üçün iddia müddətinin tətbiq olunduğu, iddia müddətinin üzürlü səbəbdən ötürülməsi halında iddia müddətinin bərpası ilə bağlı ərizə verilməsi imkanının qanunvericilikdə nəzərdə tutulduğu izah edilmişdir. İddiaçı2 bildirmişdir ki, o qanunvericiliyi kifayət qədər araşdırmışdır, hazırki iddia müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir və belə iddialara müddət şamil edilmir, iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdeh üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil. İddiaçıların əsas tələbi inzibati akt sayılan Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması və həmin inzibati aktın ləğv edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçılar mübahisələndirmə haqqında iddia yox, tanınma və müəyyənetmə haqqında iddia qaldırdıqlarını bildirsələrdə məhkəmə hesab edir ki, inzibati aktın ləğvi tələb edildiyinə görə hazırkı iddianın Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması hissəsi mübahisələndirmə haqqında iddia növünə aid olduğuna görə həmin iddiya idddia müddəti tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, təqdim edilən sənədlər əsasında iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olsada, iddia müddəti ötürülmüşdür. İddiaçılar mərhum ataları X6 vərəsələri olaraq hüquq əldə etmişlər. İddiaçılar özləridə ərizələrində qeyd etmişlər ki, mərhum atası X1 xüsusatları nəzərə alaraq xx xxxxxx 2011-ci il tarixində iş № 2(067)-300/2011 iddia ərizəsi ilə JN-114A KOD 30201004 saylı topraq Şəhadətnamənin etibarsız sayılması barəsində qətnamə çıxarılmasını Xaçmaz rayon məhkəməsindən xahiş etmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi hazırki iş üzrə qanunvericilikdə müəyyən edilmiş müddət ötürməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının uzun müddət keçəndən sonra mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipi ilədə zidiyyət təşkil edir. İddiaçıların tələbinin faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdeh üzərinə öhdəlik qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın birinci hissəsi mümkün sayılmadığına görə, iddia həmin hissədədə mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Xaçmaz rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 14 saylı qərarının qanunsuz sayılması, həmin qanunsuz inzibati aktın ləğv edilməsi, onun hüquqi nəticələrinin aradan qaldırılması, faktiki istifadələrində olan və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığı 0,0456 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və qonşu torpaqlarla nöqtələr arasında olan məsafə göstərilməklə onların qanuni mülkiyyətlərinə verilməsinin cavabdeh üzərinə öhdəlik qoyulmasına dair iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 8 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev