Məhkəmə qərarları › İş №2-1(118)-96/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-96/2021

20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-96/2021 20.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Qusar şəhəri, Məlikov küçəsi, ev 30-da yaşayan) və vəkili Vəkil (Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxsin nümayəndəsi X6 (işləməyən, Qusar şəhəri, H.Z.Tağıyev ev 32-də yaşayan iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X4 adına tərtib edilmiş AN065290 saylı 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinə plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X4 adına tərtib edilmiş AN065290 saylı 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 noyabr 1973cü ildə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə aralarındakıra nikah 03 aprel 1979-cu il tarixdə pozulmuşdur.Cavabdeh ilə birgə nikah dövründə, yəni 17 mart 1977-ci il tarixdə ünvan 3 ünvanda yerləşmək ilə, X9 məxsus olan 600,0 kv m həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evini satın almışlar, ev alqı-satqı müqaviləsi Qusar rayon Notariat Kontorunda təsiiqlənərək reyestrdə 1/233 nömrə ilə qeydiyyata alınmışdır.1977-ci ildə həyat yoldaşı işləmək üçün Rusiyaya getmişdir. Aldıqları evin pulun yarısını M.Həsənov satıcıya vermiş, pulun qalan hissəsini verə bilmədiyi üçün evə köçə bilmiəmişdir. Evə köçmək üçün pulun qalan hissəsini iddiaçı özü ödəyərək evə köçmüşdür. 1977-ci ildə Rusiyaya gedən keçmiş həyat yoldaşı uzun müddət gəlmədiyi üçün nikah pozulmuşdur. Aldıqları ev bir otaqdan ibarət olmuş, yaşayış sahəsi 18.2 kv m təşkil etmişdir. 1992-ci ildə ev darısqal olduğundan və köhnəldiyindən Qusar rayon İcra Hakimiyyətinə səbəbləri göstərərək, həmin evin sökülərək yerində yeni lahiyə ilə başqa bir evin tikintisi üçün icazə verilməsi üçün ərizə ilə müraciət etmiş və Qusar rayon İcra Hakimiyyəti 26 sentyabr 1992ci il tarixli sərəncamla evin tikintisinə icazə vermişdir. Qusar rayon İcra Hakimiyyəti 26 sentyabr 1992-ci il tarixli sərəncamına əsasən köhnə evi tamamilə sökməklə və təmir-bərpa etməklə əsaslı şəkildə böyütmüş və yaşayış sahəni, o cümlədən ümumi sahəsi əvvəlkindən daha böyük olan ev şəklinə salmışdır. Bütün bunların hamısını iddiaçı şəxsi vəsaiti hesabına etmişdir. Həmin evin və torpaq sahəsinə görə vergiləri 1979-cu ildən özü ödəyir. 36 ildən sonra, yəni 2016-ci il tarixdə keçmiş həyat yoldaşı M.Həsənov Qusar rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakın bğlgüsünə dair iddia qaldırmış və iddia təmin edilməmişdir. Həmin ildə, yəni 2016-ci ildə X10 17 mart 1977-ci il tarixdə rəsmi qaydada satın aldığı evi və torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində rəsmi qeydiyyata alınması məqsədi ilə Qusar RİİİB aparatının Memarlıq və Tikinti şöbəsinə 01 dekabr 2016 il tarixdə şifahi olaraq müraciət edərək, evin və həyatyanı torpaq sahəsinin planı sxeminin tərtib edilməsini xahiş etmişdir. Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin mütəxəssisi evə baxış keçirmək üçün iddiaçıdan icazə almışdır. Bundan narazı qalan X11 mübahisəli həyatyanı torpaq sahəsinin ölçülməsinə olan maneənin aradan qaldırılması tələbinə dair Qusar rayon məhkəməsində iddia qaldımış və iddiaçı 09 avqust 2011-ci il tarixli A362590 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması barədə qarşılıqlı idda qaldırmışdır. Qusar rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X4 iddiasını təmin edərək, onun qarşılıqlı iddiasını təmin etməmişdir. Həmin məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, M.Həsənovun adına plan və ölçü sənədi Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında verilmişdir. Bundan sonra o, həmin qərarn ləğv edilməsinə dair iddia qaldırmışdır. Adı çəkilən sənəddən şübhələndiyi üçün "xxxx" MMC-nə müraciət etmiş və Qusar rayon Məlikov küçəsi ev 26(30) yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair arxiv sənədlərinin mövcud olması barədə "xxxx" MMC tərəfindən XH-012 saylı 16 yanvar 2013-cü il tarixli Azərbaycan Respublikası X23 filialına sorğu göndərmişdir. Arxivdən verilmiş çıxarışdan görünür ki, mübahisəli torpaq 09 mart 1957-ci il tarixli 02 saylı qərarı ilə Qusar şəhəri Məlikov küçəsi 26-da yerləşən 0,07 ha torpağ sahəsi ev tikmək üçün Babayev Əli yoldaşa verilmişdir. Həmin torpaq sahəsi Qusar şəhər Sovetinin 19 sentyabr 1968-ci il tarixli 5- 3717saylı qərarı ilə X7 müddətsiz istifadəsinə verilmiş, onun adına 728 saylı Torpaq Qeydi tərtib edilmişdir. Şərh olunan 600,0 kv m həyətyanı torpaq sahəsinə 1977-ci il tarixdə X4 adına 718 saylı torpaq xilində olan torpaq sahəsindənin istifadə etmək ixtiyarı üçün Torpaq Qeydi tərtib edilmişdir. X24 torpaq sahəsinin hansı əsasla götürülüb X9 müddətsiz istifadəsinə verilməsinə dair heç bir sənəd yoxdur.Bundan başqa X11 adına tərtib edilmiş 09 avqust 2011-ci i! tarixli A362590 saylı torpaq sahəsinin plan və ölçüsündə mübahisəli torpaq sahəsinin verilməsinə dair əsas kimi göstərilən Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci iltarixli 02 saylı qərarı üzə çıxmadığı üçün hazıradək məhkəmə çəkişmələrində təqdim edilməmişdir. Bundan başqa Qusar KMK tərəfindən X5 adına tərtib edilmiş l7.03.1977-ci ildə 718 saylı Torpaq daxilində olan torpaq sahəsinin istifadə etmək ixtiyarı üçün torpaq Qeydi itdiyi üçün 30 noyabr 2001-ci il tarixdə “Qusar” qazetinə özünün tərəfindən etibarsız sayılması barədə elan verilmiş, lakin bütün dövlət orqanlarda adı çəkilən sənəddən bu gündə qanunsuz olaraq istifadə edir. Həmin sənədin itirilməsinə baxmayaraq X2 rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarını əsas tutaraq özünü mülkiyyətçi kimi gələmə verir, halbuki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi 23.09.2014-cü il tarixdə Sumqayıt-İnzibati məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, 12 fevral 1998-ci il tarixli 02 saylı qərar torpaq şöbəsində mövcud deyildir. Qeyd edilən torpaq sahəsindən M.Həsənov heç vaxt istifadə etməmiş, yalnız 2011-ci ildə həmin torpaq sahəsinə dair mübahisəli plan və ölçü tərtib etdirmişdir. Ən əsası isə oun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə artıq heç bir aidiyyəti yoxdur.1977-ci ildə birgə nikah dövründə əldə etdiyikləri ümümi sahəsi 55 kv m olan yaşayış evi artıq mövcud deyildir. Köhnəlib yararsız hala düşdüyündən həmin ev yerli icra hakimiyyəti orqanının 26.09.1992-ci ii tarixli qərarı ilə iddiaçı tərəfindən sökülüb yenidən tikilmişdir. Qusar RİH Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş mübahisəli evin sxematik planma əsasən hazırda həmin evin ümumi sahəsi 194.2 kv m, yaşayış sahəsi 114 kv metdir. X8 Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı müvcüd olmadığı üçün ləğv olunmalı və 09 avqust 2011-ci il tarixli A362590 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmaısını xahiş etdilər. İddiaçının nümayəndəsi həmçinin izah etdi ki, əvvəlcə aqrar iskahat komissiyasının qərarının ləğv edilməsini tələb etsələr də, sonradan aparılmış araşdırma nəticəsində həmin qərarın ümumiyyətlə İddiaçı hər Comment [a 1]: Raşdırma nətic hansı aidiyyəti olmadığı, həmin çıxsin vətəndaşların adlı siyahısında aşkar edilmədiyi müəyyən edilmədiyindən qərarın ləğv edilməsini tələb etməyə ehtiyac qalmamışdır. Bu səbəbdən həmin qərar əsasında verilmiş plan və ölçü sənədinin ləğv edilməsini xahiş edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi X14 iddianı qəbul etməyərək izah etdi ki, atası M.Həsənov ilə İddiaçı arasındakı nikah 1979-cu ildə pozulmuşdur. Ayrıldıqdan sonra atası həmin evdə yaşamamışdır. Lakin fərdi yaşayış evi və həyətyanı sahə M.Həsənov tərəfindən alındığından aqrar islahat komissiyasının qərarı ilə həyətyanı torpaq sahəsi onun adına qeyd edilmiş və onun tərəfindən 2011-ci ildə plan və ölçü sənədi alınmışdır. İzahatının sonunda iddianın rədd edilməs barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan : - X23 filialı tərəfindən verilmiş 21.03.2013-cü il tarixli 100 saylı arxiv arayışından görünür ki, İİİ İnternasional kolxoz üzvləri protokolundan 02 nömrəli 09 mart 1957-ci il tarixli çıxarışdan görünür ki, kolxozçu Əli Babayevə ev tikmək üçün 0.07 torpaq sahəsi verilmişdir. - 07.11.1973-cü il tarixli 15 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı rəsmi nikaha daxil olmuşlar. - 12.03.1986-cı il tarixli boşanma haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı arasında bağlanmış nikah 03.04.1979-cu ildə ləğv edilmişdir. -Qusar rayon XDS Kommunal müəssisələri kombinatı tərəfindən verilmiş 18.03.1986-cı il tarixli 37 saylı arayışdan görünür ki, Qusar şəhəri Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evi 17.03.1977-ci il tarixli 718 saylı torpaq qeydinə əsasən vətəndaş X8 məxsus olaraq birmərtəbəli 1 otaqlıdır.Yerində edilmiş yoxlamaya əsasən evin yaşayış sahəsi 18,2 kv.m-dir.Ümumi yararlı sahəsi 53,1 kvm-dir. Evin köhnə texpasportuna əsasən ev 1 otaqlıdır.Yaşayış sahəsi 13.9 kvm-dir.Ümumi yararlı sahəsi 24.3 kv.m-dir. - 17.03.1977-ci il tarixli müqavilənamədən görünür ki, X15 600 kvm torpaq sahəsini X1. -Qusar rayon inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 yanvar 2002-ci il tarixli 657 saylı arayışdan görünür ki, qonşular tərəfindən tərtib edilmiş eyni tarilxi akta əsasən X10 1979-cu il tarixdən ünvan 4 ünvanında yaşamır. -Qusar rayon İH Qusar şəhər İnzibati ərazi ürə nümayəndəliyinin 26 sentyabr 1992-ci il tarilxli sərəncamımdan görünür ki, Qusar şəhəri Melikov küçəsi, 30 nömrəli evdə yaşayn İddiaçı həmin ünvandakı yaşayış üçün yararsız vəziyyətdə olan fərdi evi söküb istifadəsində olan həyətyanı sahədə layihə ilə yeni evi tikməyə icazə verilmişdir. -Qusar rayon Dövlət Arxivinin 06.02.2020-ci il tarixli 46 saylı arxiv arayışından görünür ki, Qusar rayon dövlət aravi bildirir ki, rayon arxivində saxlanılan Qusar rayonu keçmiş İİİ Beynəlmiləl sovxozunun Aqrar İslahat Komissiyasının sənədlərində AİK-nın 12 fevral 1998-ci il tarixli qərar və ona bitişik torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahıları mövcuddur. Həmin qərar və siyahılara baxış keçirildikdə sorğuda qeyu edilmiş vətəndaş X4 adı soyadı və adına torpaq sahəsinin qeyd edilməsi aşkar edilməmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 19.02.2013-cü tarixli **********11 saylı məktubdan görünür ki, Qusar şəhəri Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evinə dair sənədlər arxivdə aşkar olunmamış və həmin fərdi yaşayış evi əvvəllər Qusar rayon BTİ və MHQ idarəsi tərəfindən qeydə alınıb-almmaması barədə heç bir məlumat yoxdur. -DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən verilmiş 35 saylı 22 yanvar 2013-cü il tarixli məktubundan görünür ki, Qusar şəhəri Məlikov küçəsi 30 №-li fərdi yaşayış evinə Qusar rayon Aqrar İslahatı Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X4 adına A № 365290 -li torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. - DTXK-nin Qusar rayon Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Qusar rayon Aqrar İslahatı Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X4 adına verilmiş 600 kvm torpaq sahəsi barəsindədir. -Qusar rayon Təsərüfat Şöbəsinin 718 saylı torpaq qeydindən görünür ki, X8 600 kv m torpaq sahəsi verilmişdir. -Qusar rayon Məhkəməsinin 11/09/2018-ciil tarixli 2(029)- 798/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı Şıxseyid qızına qarşı həyətyanı torpaq sahəsinin ölçülməsinə olan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı Şıxseyid qızınını cavabdeh X18 oöluna qarşı plan və ölçü sənədinini etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli 719 saylı arayışdan görünür ki, Qusar şəhəri, M.Məlikov küçəsi, 30 saylı evdə X3 və onun 3 nəfərdən ibarət ailə üzvləri yaşayır. -Qusar rayon Məhkəməsinin 2(029)-624/2016 saylı qətnamədən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qıızna qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsində payının nüəyyən edilərək ayrılması tələbinə dair iddiası rədd edilmişdir. - İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən Bakı Hüquq Xidməti Mərkəzi MMC-nin direktoru N.Heydərova ünvanlanmış 29 yanvar 2013-cü il tarixli MA/78 nömrəli məktubun surətindən görünür ki. ünvan 7 ünvanındakı fərdi yaşayış evi ötən əsrdə tikilmiş və köhnə tikililərə aid olduğundan rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində həmin ünvan barədə sorğulanmış məlumatlar aşkar olunmadığından aidiyyatı qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə müraciət olunması tövsiyyə olunmuşdur. -İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19 fevral 2013-cü il tarixli **********11 nömrəli məktubun surətindən görünür ki. Qusar şəhəri, Məlikov küçəsində yerləşən 30 (26) saylı fərdi yaşayış evinə dair sənədlər arxivdə aşkar olunmamış və həmin fərdi yaşayış evi əvvəllər Qusar rayon Tİ və MHQ idarəsi tərəfindən qeydə alınıb-alınmaması barədə ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsində heç bir məlumat yoxdur. -İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin direktoru N.Heydərova ünvanlanmış 22 yanvar 2013-cü il tarixli 35 nömrəli məktubun surətindən görünür ki, Qusar şəhəri. Məlikov küçəsi 30 nömrəli fərdi yaşayış evinə Qusar rayon X17 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X4 adma A 365290 nömrəli torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. -DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 20.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bununla bağlı bildiririk ki, X4 adına olan 0.06 ha 12 fevral 1998ci il tarixli Qusar rayon Aqrar İslahat Komissiyasının 02 saylı qərarına əsasən işlənmiş torpaq sahəsinin plan ölçüsü qeydiyyat kitablarında qeydiyyatdan keçmişdir. Lakin plan ölçülərinin işlənməsinə əsas olan qərarlar ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. -Qusar rayon Dövlət arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 27.10.2020-ci il tarixli 270 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan İİİ Beynəlmiləl sovxozu üzrə 1996-2000-ci illərin Aqrar İslahat Komissiyasının sənədlərində 12 fevral 1998-ci il tarixli 2 saylı qərarı ilə keçmiş İİİ Beynəlmiləl sovxozun bazasmada Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatının aparılması qeyd edilmişdir ki, birgə kəndli təsərrüfatlarının hər birinin ayrılıqda 12.02.1998-ci il tarixli 02 saylı qərara biıişik torpaqdan pay almaq hüququ olan vətəndaşların adlı siyahıları mövcuddur. Adlı siyahıların hamısına baxış keçirilmiş, vətəndaş X4 adı soyadı və adına 0.06 ha torpaq sahəsinin qeyd edilməsi aşkar edilməmişdir. Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 2 saylı qərarı İİİ Beynəlmiləl sovxozunun aqrar islahat komissiyasının Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatlarının aparılması və püşkatmanın nəticələri haqqında 27 dekabr 1997-ci il tarixli 7 saylı qərarının təsdiq edilməsi barədədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən torpaq sahəsinin plan və ölçü sənədində həmin sənədin Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında verilməsi qeyd edilmişdir. Halbuki, sorğular vasitəsi ilə əldə edilmiş arxiv məlumatları və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmış cavablardan müəyən edildi ki, Qusar rayon Aqrar İslahat Komissiyasının istinad olunan qərarı İİİ Beynəlmiləl sovxozunun aqrar islahat komissiyasının Cağar, Çətkün, Minəxur, Rəcbər və Qusar birgə kəndli təsərrüfatlarında torpaq islahatlarının aparılması və püşkatmanın nəticələri haqqında 27 dekabr 1997-ci il tarixli 7 saylı qərarının təsdiq edilməsi barədədir. Həmin qərara əlavə edilmiş vətəndaşların adlı siyahısında isə X4 adı aşkar edilməmişdir. Belə olan halda torpaq sahəsinin plan və ölçü sənədində həmin adın hansı əsasla qeyd edilməsi və ya hansı səbəbdən sözügedən qərara istinad olunması aydın deyildir, aqrar islahat komissiiyasının həmin qərarı ilə İddiaçı verilmiş plan və ölçü sənədinin arasında hüquqi bağlılıq mövcud deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, plan və ölçü sənədinin verilməsinə əsas kimi göstərilmiş aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə zərurət mövcud deyildir. Göründüyü kimi həmin sənəd həmin vaxt fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmışdır. 2011-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 sentyabr tarixli 576 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq vəXəritəçəkmə Komitəsi haqqında Əsasnamənin 10.20-ci bəndinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparmaq, habelə müvafiq texniki sənədləri tərtib etmək və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə vermək Komitənin əsas funksiyalarına aid edilmişdir. Lakin işin hallarından da göründüyü kimi mübahisələndirilən plan və ölçü sənədini tərtib edən şəxslər torpaq sahəsinə yerində müayinə aparmadan, mərzçəkmə işlərini həyata keçirmədən 600 kv m torpaq sahəsinə dair plan və ölçü sənədini X4 adına tərtib etmişlər. Məhkəmə qeyd edir ki, həmin sənəd torpaq sahəsinin texniki göstəricilərini əks etdirməklə hüquqmüəyyənedici sənəd deyildir, həmin sənədin mövcudluğu iddiaçıya həyətyanı torpaq sahəsi və inşa etdiyi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasında maneçilik yaradır. Belə ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı qanuni istifadəsində olması iş materialları ilə öz təsdiqini tapdı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən vətəndaşların qanuni istofadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi əvvəlki yaşayış evi köhnəlib yararsız hala düşdüyündən Qusar rayon İcra Hakimiyyəti Başçısının 26.09.1992-ci il tarixli qərarı ilə sökülmüş və İddiaçı tərəfindən yeni yaşayış evi inşa edilmişdir. Daha öncə istinad olunan maddi hüquq normaları qeyd olunan torpaq sahələrini əvəzsiz olaraq o şəxslərin mülkiyyətinə verməyi nəzərdə tutur ki, həmin torpaq sahəsi həmin şəxslərin qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında yerləşsin və qanuni istifadəsində olsun. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən plan və ölçü sənədinin verilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilmədiyindən qanunsuz hesab edilərək ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 adına tərtib edilmiş A N365920 saylı 09 avqust 2011-ci il tarixli plan və ölçü sənədi ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 10 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar