Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-96/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X8 X3rşı “İddiaçı məxsus xüsusi mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 ( yetmiş beş min) manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən iddiaçının xeyrinə tutulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X8 X3rşı iddia qaldıraraq “ünvan 2i ərazisində yerləşən, İddiaçı məxsus 127.5 sot sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş tikinti təyinatlı ehtiyat fondu torpaq sahəsinin (Reyestr №**********53) “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş 61.87 sot hissəsinə dəymiş ziyana görə 60.000 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan X1 xeyrinə tutulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 127.5 sot Sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş tikinti təyinatlı ehtiyyat fondu torpaq sahəsinin (Reyestr № **********53) 61.87 sot hissəsi “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüşdür. Kompensasiya məbləğinin hazırkı dövr üçün bazar dəyərinə uyğun olmaması və torpağın bölünməsi nəticəsində sahibliyində qalacaq digər (alınmayan) hissədən istifadənin məhdudlaşadıracağına, mümkünsüz olacağına görə əlavə kompensasiya verilmədiyi üçün torpağın satılmasına razılaşmamış və alqı-satqı müqaviləsini imzalamamışdır. Belə ki, məsələ ilə bağlı Azərbaycan X8 Agentiyinə rəsmi müraciət etmiş və müraciətinə cavab olaraq Azərbaycan X8 Agentiyindən gələn № **********, ********* saylı məktublarda bildirilmişdir ki, torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilib və kompensasiya olaraq 18.500 (On səkkiz min beş yüz) manat banka hesabına köçürülüb halbuki, bununla əlaqədar heç bir hüquqi sənədi imzalamamış və bu öz-özlüyündə qanun pozuntusu hesab oluna bilər. Şifahi xəbərdarlığına baxılmadan yolun inşası ilə əlaqədar ilkin işlər görülmüş və hal-hazırda davam etdirilir. Agentlik vətəndaşla kompensasiyanın məbləğini razılaşdırmaq əvəzində məhkəməyə müraciət etməyini tövsiyə edir. İddiaçı, xüsusi mülkiyyətinə dəymiş ziyana, torpağın bölünməsi, indiki dövr üçün bazar dəyəri və mənəvi təzminat da daxil olmaqla bazar dəyərinə uyğun 60.000 (altımış min) manat kompensasiya tələb edir. Daha sonra iddiasını dəqiqləşdirərək İddiaçı məxsus xüsusi mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 ( yetmiş beş min) manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 374/2023 sayh məhkəmə işi üzrə qeyd olunan, ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin bazar qiymətinə dair məlumatın təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi № 3-21-3- 02/2- 6895/2023 xx.xx.2023-cü il tarixli məktubunda ********** qeydiyyat nömrəli 1.2795 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə olan bazar qiymətini 128000(bir yüz iyirmi səkkiz min) manat müəyyən etmişdir. Hazırkı işin hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin təqdim etdiyi məlumatlarda, ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin bazar qiymətinin 1 sot üçün 1000 (min) manat müəyyən edilmişdir. Belə olan halda, xüsusi mülkiyyətimdə olan 1.2795 ha torpaq sahəsinin “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş 61.87 sot hissəsinə dəymiş ziyana görə kompensasiya hesablanarkən torpaqların dövlət ehtiyacları satın alınması zamanı 20%(faiz) satınalma əlavəsi də nəzərə alınaraq hər sot üçün kopensasiya məbləğini 1200(mih iki yüz) manat təyin etmək məqsədə uyğun hesab olunur. Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”qanunun aşağıda qeyd olunan maddələrinə: 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, X8 Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASCnin Sumqayıt rayon Filialına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətinə bu barədə dəfələrlə məktubla rəsmi cavab verilmişdir.. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Bundan əlavə bildirirlər ki, əmlakın qiymətləndirilməsində Azərbaycan X8 Agentliyi hər hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti 'Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 50 İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiadan göründüyü kimi, iddiaçıya məxsus olan Siyəzən rayonu Zarat kəndində yerləşən 61.8749 sot torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il, sərəncamı ilə təsdiq edilmiş “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" üzrə yol tikintisinin ərazisinə düşməsi və torpağın cavabdeh Azərbaycan X8 Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir. Müəyyən olunur ki, iddiaçının və onnan yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilər məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan X8 Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adma “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan əlavə, iddiaçıya məxsus torpağ sahəsinin cavabdeh Azərbaycan X8 Agentliyinin sifarişi ilə qiymətləndiricinin, o cümlədən, özəl MMC-nin hesabatına əsasən qiymətləndirilmişdir. Qiymətləndirmə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə əsasında aparılmaqla, bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə obyektin və onun sahibinə dair məlumatlar, o cümlədən, foto-şəkillərdən və müxtəlif elmi metodlardan istifadə olunur və yekunda müstəqil ekspert, ümumilikdə, təyin etdiyi 1 sotun qiyməti, AR Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 faiz miqdarında hesablanmış əlavə ilə 300 (üç yüz) manat məbləğində olmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3,1-ci Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Azərbaycan Respublikası Mülkü Məcəllənin 11.1-ci maddəsinə əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Göstərənlərə əsasən hesab edirlər ki, dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiyməti qanuna əsasən istənilən qiymətləndiricı tərəfindən deyil, müvafiq icra hakimiyyəti müəyyən qaydada hesablanmalı olduğundan və bu qaydada hesablanaraq ödənilməli olduğundan, İddiaçı torpaq sahəsinin dəyərinin tam odənilməməsi və bunun da nəticəsində hüququnun pozulmasi müəyyən olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçıya məxsus torpaq sahəsi Siyəzən rayonu Zarat kəndində mərkəz hissəsində deyil, mərkəzdən xeyli kənar hissədə yerləşir və əsas sahəsinin 1 sotu 300 manatdan hesablanması ədalətli şəkildə hesablanılıb. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasi Qanununun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqinda inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi X11 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, etirazda qeyd edilənləri müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı torpaq sahəsinin dəyərinin qiymətləndirilməsindən narazıdır. İddiaçının atasının adına bank hesabına hesablanmış pul köçürülüb. Hazırda qiymətləndirməni həyata keçirən mühəndislər işləmirlər. Ərazini həmin mühəndislər ölçüblər, qiymətləndirmə aparılıb, rəy veriblər. Tərəfimizdən sənədlər Maliyyə Nazirliyinə göndərilib. Vəsait Maliyyə Nazirliyi tərəfindən ayrılır. İddiaçı həmin məbləği ala bilər. Yenidən qiymətləndirmə edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında üçüncü şəxs X7 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Belə ki, işin hallarından görünür ki, ünvan 2i ünvanında yerləşən 1.2795 ha torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, həmin torpaq sahəsi hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş iddiaçının atası X5 mülkiyyətində olmuşdur Cavabdh qeyd edir ki, X8 Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. Lakin üçüncü şəxs bununla razılaşmamış, həmin məbləği qəbul etməmiş, torpaq sahəsini öz oğluna, hazırkı iş üzrə iddiaçıya bağışlamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxsin maraqları eynidir, torpaq sahəsinin bazar qiymətinə uyğun olaraq dəyərini əldə etmək niyyətindədirlər. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 ( yetmiş beş min) manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən iddiaçının xeyrinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. 23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır. Maddə 58. Bazar qiyməti : 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il 689 saylı Fərmanına əsasən: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi vətəndaşların mülkiyyətində olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Lakin həmin torpaq sahələrinin dəyəri bazar qimətinə 20 faiz əlavə edilməklə vətəndaşlara ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki, hazırkı iş üzrə iddiaçı İkinci Qarabağ müharibəsi veteranıdır, atasına məxsus olmuş və hazırda onun mülkiyyətində olan torpaq sahəsini bazar qiymətindən aşağı qiymətə dövlət ehtiyacları üçün alınmasına razı deyil. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh orqan torpaq sahəsinin bir hissəsinin dövlət ehtiyacları üçün alındığını və dəyərinin müvafiq bank hesabına köcürürüldüyünü bildirir. Bu proses topaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan zaman baş vermişdir. Lakin hazırda torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu isə inzibati orqanların öz fəaliyyətini düzgün və effekli həyata keçirmədiyini göstərir. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin qiymətinin qanunvericliyə uyğun ödənilməsindən başqa, həmin torpaq sahəsinin dövlət reystrindəki müvafiq qeydinin silinməsini təşkil etmək inzibati orqanların edəcəkləri işlər arasında olmalıdır. Məhkəmə hesab edir ki, bu hüquqi müəyyənlik prinsipinin reallaşması baxımındanda müvafiq səlahiyyətli dövlət orqanlarının vəzifələri kimi qəbul edilməlidir. Lakin hazırkı işdə bu hal baş verməmiş, mübahisə predmeti olan topaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Bu kimi hallara görə məsuliyyət isə vətəndaşların yox, səlahiyyətli dövlət qurumlarının məsuliyyət dairəsinə aiddir. Hazırda iddiaçının mülkiyyətində olan 1,2795 ha torpaq sahəsin 0,6187 ha hissəsinin dövlət ehtiyacları üçün alınmalı olan topaq kateqoryasında olması işin mübahisə olunmayan halıdır. İddiaçıda mülkiyyətində olan torpaq sahəsin dövlət ehtiyacları üçün alınmalı olan hissəsinin bazar qiymətinə uyğun hesablanmasını istəyir. Məhkəmə araşdırması zamanı torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi üçün səlahiyyətli dövlət qurumuna sorğu edilmiş, müəyyən edilmişdir ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,2795 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə olan bazar qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) manat təşkil edir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 iyun 2023-cü il tarixli, 3-21-3-02/2-6895/2023 saylı məktubu) Bu halda Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il 689 saylı Fərmanının 2.3-cü bəndinin tələbi nəzərə alınmaqla iddiaçıya ödənilməli olan kompensasiya məbləği aşağıdakı düstur üzrə hesablanmalıdır: 12795-12800 0.6187-x x=61.894 manat 61894+ (20%-i)12379=74273 manat Göründüyü kimi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmalı olan hissəsinə görə ödənilməli olan konpensasiyanın məbləği 74 273 manat təşkil edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiki, eyni torpaq sahəsinə görə bir dəfə 18562 manat məbləğində kompensasiya hesblanmış və üçüncü şəxsin hesabına köçürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ çıxılaraq iddiaçıya ödəmə həyata keçirilməlidir. İddiaçı ilə üçüncü şəxs arasında bununla bağlı mübahisə mövcud deyil. Məhkəmə hesab edir ki, əgər həmin 18562 manat məbləğlə bağlı iddiaçı və üçüncü şəxs arasında mübahisə yaranarsa, bu mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin 0.6187 sot hissəsi ilə bağlı dəymiş ziyana görə (torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı) 55711(əlli beş min yeddi yüz on bir) manat kompensasiya məbləği cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən İddiaçı xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin 0, 6187 sot hissəsi ilə bağlı dəymiş ziyana görə(torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı) 55711 (əlli beş min yeddi yüz on bir) manat kompensasiya məbləği cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-96/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-96/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver