Məhkəmə qərarları › İş №2-1(118)-961/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-961/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-961/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Zəngilan rayon icra hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Zəngilan rayon icra hakimiyyətinə qarşı “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zəngilan rayon icra hakimiyyətinə qarşı iddia qaldıraraq “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər xx xxxxxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixlərdə məhkəməyə dəvət olunmuşlar. Lakin iddiaçı müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Zəngilan rayon icra hakimiyyətinin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, Zəngilan rayonu işğal zonasına daxildir. Ərazi prinsiplərinə uyğun olaraq mənzil fondları olmadığı üçün iddiaçının “şəhid ailəsi” kimi ev növbəsinə götürülməsi imkanları xaricindədir. İddiaçı adı “şəhid ailəsi” olduğu üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına, mənzil qanunvericiliyinə və normativ aktlara uyğun olaraq mənzillə təmin ediləcək Zəngilan rayonu üzrə imtiyazlı şəxslərin siyahısında xx xxxxx 2014-cü il tarixdə 214 nömrəli məktubla AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Həmin siyahıda iddiaçı şəhid ailəsi kimi mənzil növbəsində 31-ci adamdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsini dinləyib, bu qənaətə qəlir ki, iddiaçının hazırkı iddia üzrə marağı qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə müvafiq xəbərdarlıq edilsədə, iddiaçının məhkəmə iclaslarına məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Zəngilan rayon icra hakimiyyətinə qarşı “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar