Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-969/2023 23.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 6- cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə “arayışın” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 6- cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə “arayışın” verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 11 oktyabr 2022-ci il tarixli, **********56 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Sumqayıt şəhər bələdiyyəsinə ünvanlanmış 32-10/29 nömrəli 06 fevral 2006-cı il tarixli müraciətlə, mərhum əri, Sumqayıt şəhəri DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovnik- leytenantı, Sumqayıt şəhərinin sakini 9-cu məhəllə, ev 4, mənzil 4-də yaşayan Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı, X3, yuxarıda yazılanları nəzərə alaraq, ona həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 31 nömrəli 16 yanvar 2008-ci il tarixli Rəyə əsasən, təqdim olunmuş mövqe planına uyğun olaraq, vətəndaş X3 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 02/148 nömrəli 03 fevral 2008-ci il tarixli Rəyə əsasən, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən həmin sahəyə baxış keçirilmiş, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq X3 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında, 6-cı məhəllə ərazisində fərdi yaşayış evi tikintisi üçün 600 (altı yüz) kv.m. torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 04 nömrəli 15 fevral 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəyləri nəzərə alınaraq, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında, fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 (altı yüz) kv.m. olan 131 saylı həyətyanı torpaq sahəsi Qarabağ müharibəsi veteranı X1 mülkiyyətinə verilmişdir. Torpaq sahəsi Vİ qiymət zonasında yerləşir, 1 (bir) kv. metrin in satış qiyməti 0,5 (sıfır tam onda beş) manatdır. Satış qiyməti normativ qiymətinə uyğundur. Qarabağ müharibəsi veteranı X7 tərəfindən 600 (altı yüz) kv.m. torpaq sahəsinin dəyəri 300 (üç yüz) manat məbləğində bələdiyyənin xəzinəsinə ödənilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən 18 fevral 2008-ci il tarixli “Torpaq sahəsi ayrılmasına dair” İnşaat Pasportu tərtib edilmişdir. 13 fevral 2008-ci il tarixli, 5 ******* nömrəli Qəbzdən görünür ki, X7 tərəfindən Texnikabank ASC Sumqayıt filialına 11 fevral 2008-ci il tarixli № 92 li hesab fakturaya əsasən bağ torpaq sahəsinin alqı- satqı haqqı-300,00, x/h - 1,00 olmaqla 301,00 manat məbləğində ödəniş edilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 03 mart 2008-ci il tarixli, № 083868 li kassa mədaxil orderinin qəbzindən görünür ki, X7 tərəfindən torpaq sahəsinin ayrılmasına dair xidmət haqqı 64,00 (altmış dörd) manat məbləğində ödəniş edilmişdir. Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X3 məxsus olması barədə “arayışın” verilməsi üçün 04 oktyabr 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir, cavabdehin 11 oktyabr 2022-ci ıl tarixli, **********56 saylı məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 15 fevral 2008-ci il tarixində müvafiq torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Eyni zamanda ərizəyə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 fevral 2008-ci il tarixli rəyi surətdir və müvafiq möhür ilə təsdiq olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəyləri nəzərə alınaraq, Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında, fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 (altı yüz) kv.m. olan 131 saylı həyətyanı torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 04 nömrəli 15 fevral 2008-ci il tarixli Qərarına əsasən vətəndaş X1 mülkiyyətinə verilmişdir. X7 tərəfindən 600 (altı yüz) kv.m. torpaq sahəsinin dəyəri 300 (üç yüz) manat məbləğində bələdiyyənin xəzinəsinə ödənilmişdir. Bundan başqa, ərizəyə əlavə edilən rəylər və digər zəruri sənədlərin əslini əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına müraciət etmişdir, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 19 avqust 2022-ci il tarixli, № 38 li məktubu ilə müraciətinə cavab olaraq, Sumqayıt şəhər bələdiyyəsinin 04 nömrəli 15 fevral 2008-ci il tarixli Qərarının, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 3 1 nömrəli 16 yanvar 2008-ci il tarixli Rəyin, ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövqe planının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 02/148 nömrəli 03 fevral 2008-ci il tarixli Rəyin, ayrılması nəzərdə tutulan torpaq sahəsinin planının, 13 fevral 2008-ci il tarixli, 5 ******* nömrəli Ödəniş qəbzinin təsdiqlənmiş surətini əldə edərək, ərizəyə əlavə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin mərhum X4 məxsus olması barədə “arayışın” verilməsi ilə bağlı 04 oktyabr 2022-ci il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik huquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, müraciətə vərəsəlik hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Bundan əlavə, təqdim edilmiş sənədlərin araşdırılması zamanı Sumqayıt Bələdiyyəsinin 15 fevral 2008-ci il tarixində müvafiq torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Odur ki, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Ərizəyə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 fevral 2008-ci il tarixli 02/148 nömrəli rəyi surətdir və müvafiq möhür ilə təsdiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Əlavə olaraq bildirirlər ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin faktiki yerinin təqdim edilmiş mövqe sxeminə uyğun olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Sumqayıt şəhəri, 6- cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə “arayışın” verilməsini istəyir. Cavabdeh isə etirazında aşağıdakı dəlilləri qeyd edir: - Müraciətə vərəsəlik hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. - Sumqayıt Bələdiyyəsinin 15 fevral 2008-ci il tarixində müvafiq torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmalıdır. - Ərizəyə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 fevral 2008-ci il tarixli 02/148 nömrəli rəyi surətdir və müvafiq möhür ilə təsdiq olunmamışdır. - İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin faktiki yerinin təqdim edilmiş mövqe sxeminə uyğun olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsassızdır və iddianın təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 31 nömrəli 16 yanvar 2008-ci il tarixli Rəy ilə, təqdim olunmuş mövqe planına uyğun olaraq, vətəndaş X3 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 6cı məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 02/148 nömrəli 03 fevral 2008-ci il tarixli Rəy ilə X3 Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında, 6-cı məhəllə ərazisində fərdi yaşayış evi tikintisi üçün 600 (altı yüz) kv.m. torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 04 nömrəli 15 fevral 2008-ci il tarixli Qərarına əsasən, fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 (altı yüz) kv.m. olan 131 saylı həyətyanı torpaq sahəsi Qarabağ müharibəsi veteranı X1 mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən 18 fevral 2008-ci il tarixli “Torpaq sahəsi ayrılmasına dair” İnşaat Pasportu tərtib edilmişdir. 13 fevral 2008-ci il tarixli, 5 ******* nömrəli Qəbzdən görünür ki, torpaq sahəsinin dəyəri X7 tərəfindən ödənilmişdir. Göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, 07 oktyabr 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı X2 vərəsəsi olaraq müəyyən edilmişdir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, Sumqayıt Bələdiyyəsinin 15 fevral 2008ci il tarixində müvafiq torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinin istisnalarıda vardır, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması bunun istisnasını təşkil edir. İddiaçıya torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan olan AR DTXK-nin Sumqayıt şöbəsinin müvafiq rəyi alınmışdır. "Torpaq sahəsinin planı və ölçüsü" sənədi mövcuddur. Göründüyü kimi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlardan həmin dövrdə salahiyyətli olan orqanın rəyi nəzərə alınaraq satılmışdır. Hazırda da mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlardan ayrılması mübahisə olunmur. Cavabdehin digər dəlili ondan ibarətdir ki, ərizəyə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 fevral 2008-ci il tarixli 02/148 nömrəli rəyi surətdir və müvafiq möhür ilə təsdiq olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin faktiki yerinin təqdim edilmiş mövqe sxeminə uyğun olmadığı müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın müayinə baxış aktında torpaq sahəsi ilə bağlı mübahisəli halın olmadığı, hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha olan torpaq sahəsinin faktiki olaraq da 0.06 ha olması, torpaq sahəsində icazəsiz tikilinin olmaması, üzərindən yerüstü kommunikasiya xətlərinin keçmədiyi qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsi ilə bağlı həhansı mübahisə mövcud olmamaqla, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istisna edən vəziyyət mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçının vərəsəsi olduğu şəxsə səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhəri, 6- cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə “arayışın” verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi (Sumqayıt şəhər bələdiyyəsinin 04 nömrəli 15 fevral 2008-ci il tarixli Qərarı ilə ayrılmış) üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə “arayışın” verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-969/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-969/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver