Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-973/2022 26.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional fililalına qarşı “ona 19.06.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional fililalına qarşı iddia qaldıraraq “ona 19.06.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Lakin o, 02.08.2018-ci il tarixindən yaşa görə müavinət alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu tərəfindən ona pensiya təyin edilməsi barədə 24.01.2022-ci il tarixli imtina məktubunda onun müraciətinə aşağıdakı məzmunda cavab verilmişdir. ’’Azərbaycan Respublikası Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun birindən başlayaraq 2027-ci ill-dək hər il altı ay artırılır. Təqdim etdiyiniz sənədlərə əsasən sizin sığorta stajınız 19 il təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığından onlara əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.” Qanunvericilik aşağıdakı məzmundadır: 2017-ci ilin iyul ayının 1-dək yaşa görə əmək pensiyası təyin oluna bilən şəxslərə 10 mart 2017-ci il dəyişikliklərinə qədərki qanun tətbiq olunur. Yaşa görə əmək pensiyaları haqqında qanuna edilən 10 mart 2017ci il dəyişikliklərinə əsasən, Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 7-ci maddənin birinci hissəsində “ 62” rəqəmləri “ 63” rəqəmləri ilə, “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “azı 12 ” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. 2017-ci il mart dəyişikliklərindən əvvəlki qanuna əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların ən azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin onun 2016-cı ilin 19 iyunundan pensiya hüququ vardır.Tələb edilən iş stajından da artıq iş stajına malikdir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında 2021-ci qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Onun 2016-cı il iyun ayının 19-da 57 yaşı tamam olmuşdur. Həmçinin həmin tarixədək onun 12 ildən artıq iş stajı mövcud idi. Lakin o, 02.08.2018-ci il tarixindən yaşa görə müavinət alır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 62 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumilikdə 41 il 11 ay 8 gün (ИТ № ******* nömrəli əmək kitabçasına əsasən 24.08.1976-15.05.2015; 15.05.2015-02.08.2018) sosial sığorta mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PASa daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. Təqdim edilmiş əmək kitabçasına əsasən, 01.01.1992-15.05.2015-ci il tarixlərdə "xxxx" X6 Cəmiyyətində işlədiyi qeyd olunmuşdur. 01.01.2006-cı il tarixdən etibarən bu ödənişlər elektron qaydada aparılır və sığortaolunan hər bir şəxsin fərdi hesabı (dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır) mövcud olur. Lakin Sığorta Alt Sistemində sığortaolunanların fərdi hesabına baxış keçirdiyimiz zaman İddiaçı adına məlumat aşkarlanmamışdır. 2015-ci il tarixədək işlədiyini iddia etsə də, 2006-2010-cu il tarixlərdə hər hansı məlumatın olmaması, zənnimizcə, 1992-2006-cı il tarixlərdə işlədiyi dövrlərin əsassız olduğuna dəlalət edir. "xxxx" X6 Cəmiyyətində 01.01,1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyini iddia etdiyi dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin qeyd edilməlidir ki, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınsa da, İddiaçı 02.08.2018-ci il tarixdən sosial müavinət təyin edildiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.2-ci maddəsinin tətbiqinə yol verilmir. Yuxarıda qeyd edilən mübahisələndirilən dövr 23 il 4 ay 14 gün təşkil edir (01.01.1992-15.05.2015). İddiaçının ümumilikdə qeyd edilən 41 il 11 ay 8 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 18 il 6 ay 24 gün sosial sığorta stajı mövcud olur. Beləliklə, İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. - İddiaçıya məxsus ИТ-İ №0018365 saylı əmək kitabçasından görünür ki, o, 24.08.1976-cı ildən 15.05.2015-ci ilədək, 15.05.2015-ci ildən 02.08.2018-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional fililalının 14 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 07.04.2022-ci il tarixli 60 saylı məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən iddiaçının iş stajı və əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt Xovlu İplik ASC-nin 0/22 saylı, 05 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Qoçaq qızı həqiqətən “Sumqayıt Xovlu-İplik” fabrikinə 24.08.1976-ci il tarixli 73 saylı əmrə əsasən 24.08.1976cı ildə Burucu-Cütləyici-Sanyıcı sexinə 1-ci dərəcəli cütləyici kimi işə qəbul edilmiş, 08.07.1996-cı il tarixli 63 saylı əmrə əsasən 01.07.1996-02.12.1996-cı ilə kimi, 23.12.1996-cı il tarixli 132 saylı əmrə əsasən 02.01.1997-01.07.1997-ci ilə kimi, 08.01.1998-ci il tarixli 04 saylı əmrə əsasən 12.01.1998-01.05.1998-ci ilə kimi, 28.10.1998-ci il tarixli 01.11.1998-01.06.2001-ci ilə kimi öz hesabına məzuniyyətdə olmuşdur, 1998-ci ildən müəssisə fəaliyyətini dayandırmış və fasilələrlə işləməsinə baxmayaraq, ehtiyac olmadığına görə 2001-ci ildən İddiaçı Qoçaq qızı öz hesabından işə geri çağrılmamışdır. Hal-hazırda da müəssisə fəaliyyət göstərmir. 15.05.2005-ci il tarixli 06-A saylı əmrə əsasən 15.05.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən götürülmüş “Sosial müavinət və təqaüd haqqında arayış”dan görünür ki, İddiaçı 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə yaşa görə müavinət təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçıya yaşa görə pensiya təyin edilməsindən onun zəruri olan iş stajına və ya pensiya kapitalına malik olmaması səbəbindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Belə ki, hazırki işdə iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan pensiya təyini ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun hansı dövrdə qüvvədə olan normalarının tətbiq edilməli olmasını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun hazırda qüvvədə olan 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normaya qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın mənasından göründüyü kimi qanunvericilik həmin normanın 2017-ci ilin iyulun 1-dən pensiya hüququ yaranmış şəxslərə tətbiq olunmasını imperativ olaraq müəyyən etmiş, həmin dövrə qədər hüququ yaranmış şəxslərə pensiya təyinatını isə hazırda qüvvədə olan normanın tətbiqi baxımından istisna hal kimi müəyyən etmişdir. Bu səbəbdən hazırki işdə iddiaçının pensiya hüququnun hansı tarixdən yaranmasının müəyyən olunması zəruridir. Məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinin 2017ci ilin iyulun 1-dək olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Hazırki işdə iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğundan onun əmək pensiyası hüququ 57 yaşının tamam olduğu 19.06.2016-cı ilin ildən yaranır. Həmin dövrdə şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il sosial sığorta stajının olması tələb olunurdu. Hazırki işdə də iddiaçıya məxsus əmək kitabçası ilə onun 12 ildən artıq staja malik olması müəyyən olunur. İddiaçının 12 il sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisə edilmir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən hazırda qüvvədə olan normaya müvafiq olaraq iddiaçının ona pensiya təyini üçün 25 il sosial sığorta stajının və ya zəruri pensiya kapitalının olmasını əsas gətirərək imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona pensiya təyin olunması üçün hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq bunun üçün nəzərdə tutulmuş şərtlərə malikdir. Bu halda cavabdehin ona pensiya təyinindən imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 19.06.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qızına 19.06.2016-cı ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-973/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-973/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver