Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-976/2020 09.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 iştirakı ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Hatəm qızının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8rşı “cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 üzərinə yaşayış sahəsi 31.5 kv.m olan 2 otaqlı ünvan 1, 8 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Hatəm qızı yaşayış sahəsi 31.5 kv.m olan 2 otaqlı ünvan 1, 8 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Azərkimyatəmir” trestinin xx.xx.1995-ci il tarixli 164 iclasının xx.xx.1995-ci il tarixli 164 saylı məktubuna, Trestin mənzil-məişət komissiyasının və HİK-si ilə birgə iclasının xx.xx.1995-ci il tarixli protokoluna əsasən 2 otaqlı, yaşayış sahəsi 31,5 kv.m olan 47-ci məhəllə ev 12, 8 saylı mənzil ayrılmışdır. Mənzilin iddiaçıya ayrıldığı vaxdan etibarən 2019-cu ilədək həmin mənzildə məcburi köçkün ailəsi istifadə etmişdir. 2019-cu ildən etibarən məcburi köçkün ailəsi başqa yaşayış sahəsinə yerləşdiyi üçün iddiaçının mənzili faktiki istifadəsinə verilmişdir. Sonradan iddiaçı Sumqayıt İcra hakimiyyətinə ərizə ilə müraciət edərək ünvan 1, 8 saylı mənzilə dair mənzil kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Sumqayıt şəhər İcra Başçısı 128 saylı, xx xxxx 2019-cu il tarixində yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermişdir. Həmin sərəncam əsasında xx xxxx 2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat Birliyi arasında ünvan 1, 8 saylı mənzilə dair Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinin şərtinə əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə ev 12, 8 saylı mənzil yaşayış sahəsi 31,5 kv.m olan 2 otaqlı yaşayış sahəsi müddətsiz istifadəsinə verilmişdir. İddiaçı Sumqayıt İcra hakimiyyətinə ərizə ilə müraciət edərək ünvan 1, 8 saylı mənzilə dair order verilməsini xahiş etmişdir. Sumqayıt şəhər İHB-nin Aparatının R-30/7- 091 saylı, xx.xx.2019- cu il tarixli cavab məktubu ilə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin 2 saylı X11 müraciət etməsi tövsiyə edilmişdir. İddiaçının müddətsiz istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə ev 12, 8 saylı mənzilə dair müvafiq sənədləri əlavə etməklə xx.xx.2020-ci il tarixində ərizə ilə həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin 2 saylı X11 müraciət etmişdir. DƏDRX-nin 2 saylı X13 **********68 saylı xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda istifadə hüququmun qeydiyyata alınmasını mümkün hesab etmiş, mülkiyyət hüququmun qeydiyyata alınmasından imtina etmişdir. Buna görə də cavabdeh orqanın üzərinə öhdəliyin qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinin“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur” tələbinə əsasən iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi, əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. İddiaçı cavabdehin etirazına yazılı münasibət təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi , Sumqayıt şəhəri 47-ci məhəllə ev 12, 8 saylı mənzil Sumqayıt şəhər İcra hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli 128 saylı sərəncamı ilə iddiaçının birdəfəlik istifadəsinə verilmiş, xx xxxx 2019-cu il tarixdə onunla Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfatı Birliyi arasında Dövlət mənzil fonduna mənsub olan həmin yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən — Sumqayıt şəhəri 47-ci məhəllə , 12 saylı evin 8 saylı mənzili-yaşayış sahəsi 31,5 kv. metr olmaqla 2 otaqlı yaşayış sahəsi iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək yaşadığı mənzilə mülkiyyət hüquqlarına dair Huquqmüəyyənedici sənədlərin verilməsini xahiş etmiş, Sumqayıt şəhər İcra hakimiyyəti isə 25.102019-cu il tarixli R-30/7-091 saylı cavab məktubu ilə mənzilin mülkiyyət huququ ilə qeydiyyata alınması üçün ƏMDK-nın DƏDRX-nin 2 saylı ərazi idarəsinə müraciət etməli olduğunu bildirmişdir. Qeyd olunan əsaslarla X11 müracəit etmiş , 2 saylı ərazi idarəsi isə mənzilin özəlləşdirilməsi barədə müraciət etməsinə baxmayaraq «order əsasında mənzilə istifadə hüquqlarının qeydiyyata alınmasının mümkünlüyünə» dair cavab məktubu vermişdir ki , bu cavab məktubu cavabdehin birbaşa qanunsuz hərəkəti kimi qiymətləndirilməlidir :Belə ki, 2 saylı ərazi idarəsi mənzilin özəlləşdirilməsinə dair iddiaçının müraciətinin əksinə olaraq yazmışdır ki « Mənzil sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli 128 saylı sərəncamı və xx xxxx 2019-cu il tarixli kirayə müqaviləsinə əsasən mənzil fondu üzərində istifadə huququnun qeydiyyatının aparılması mümkündür» Cavabdeh təşkilat müraciətin məzmununa və tələbin «mənzilin özəlləşdirilməsinə dair qeydiyyatın aparılması» olduğu halda, bu tələbə dəxli olmayan və mənasız və məntiqsiz cavabında «istifadə huququmun qeydə alınmasının mümkünlüyünü» qeyd edir ki , bu istifadə huququnun qeydiyyata alınmasına əslində heç bir ehtiyac yoxdur . Belə ki, icarədar təşkilat olan Sumqayıt İcra Hakimiyyəti ilə iddiaçı arasında «kirayə müqavilə» 2019-cu ildən artıq mövcuddur və müqavilə üzrə iddiaçının mənzildən istifadə hüquqları artıq təmin olunmuşdur, həmin cavab məktubu eyni zamanda onun mənzilə mülkiyyət hüquqlarının qeydə alınmasından əsassız imtinadır. «Daşınmaz əmlakın Dövlət Reestri Haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində qeyd olunur ki , Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənə qədər-yəni 2009-cu ilin oktyabr ayının 1- dək) dövlət və m ictimai mənzil fondundan yvaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanın sərəncamı, order və ya mənzil kirayə müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna əsasən mənzilin özəlləşdirilməsi üçün əsasdır. Cavabdeh təşkilat iddiaçının mənzilə dair ORDER- in olmamasını bəhanə edərək mənzilin özəlləşdirilməsindən qanunsuz imtina etməkdədir. « Azərbaycan Respublikası Mənzil fondunun özəlləşdirilməsi haqqında» 1993-cü il 26 yanvar tarixli qanuna əsasən Dövlət və ictimai mənzil fondunun mülkiyyətçiləri ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları mənzilləri bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək huququ vardır. Daşınmaz əmlakın Dövlət Reestr xidməti (əvvəlki -Dövlət Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanı) vətəndaşın ərizəsi daxil olduğu gündən bir ay ərzində həmin mənzilin vətəndaşın mülkiyətinə verilməsinə dar Dövlət qeydiyyatını həyata keçirir, mənzilə mülkiyyət huququna dair qeydiyyat vəsiqəsini tərtib edib onu mənzilin mülkiyyətçisinə verir. Qanuna görə (9 maddə) yalnız saxta sənədlər təqdim olunduğu halda yaxud yaşayış mənzili mübahisəli olduğu halda Daşınmaz əmlakın Dövlət Reyestr xidməti önu özəlləşdirməkdən imtina edə bilər. Göründüyü kimi, «ORDER» yalnız mənzil kirayə müqaviləsi əsasında mənzilə köçmək üçün., «Mənzil icarə müqaviləsi» isə mənzildən daimi istifadə huquq verən və səllahiyyətli orqanlar tərəfindən təqdim olunmuş huquqi sənəddir . Yuxarıda qeyd olunduğu kimi «Daşınmaz əmlakın Dövlət Reyestri» haqqında qanunun 8.0.11-ci maddəsi yaşayış sahəsinin özəlləşdirilməsi üçün - ilk növbədə Mənzilin verilməsinə dair sərəncamın, order və ya mənzil kirayə müqaviləsinin təqdim olunmasını müəyyən etmişdir. Qanuna əsasən İcra hakimiyytəinin sərəncamı və mənzil kirayə müqaviləsi cavabdehə təqdim olunduğu halda onun qanunsuz olaraq Mənzilin özəlləşdirilməsindən imtina etməsi yolverilməzdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddia ərizəsində göstərilən hallar cavabdeh tərəfindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Hatəm qızının etibarnamə üzrə nümayəndəsi X1 şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 8 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 bildirilmişdir ki, müraciətə əlavə edilmiş mənzil sahəsinin ayrılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli 128 nömrəli sərəncamı və xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən mənzil üzərində istifadə hüququnun qeydiyyatının aparılması mümkündür. Odur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlərin əsli, o cümlədən dövlət rüsumunun ödənilməsi barədə qəbz Xidmətin 2 saylı X11 təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacağı İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 bildirilmiş və bu barədə ona xx xxxxxx 2020-ci il tarixli **********68 nömrəli bildiriş göndərilmişdir Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçanın hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8rşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təqdim edilən sənədlər əsasında mülkiyyət hüququ yox, istifadə hüququ qeydə alına bilər. İddiaçı bununla bağlı müraciət etsə tələbi təmin edilə bilər. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti iddia ərizəsinə yazılı rəyində qeyd edir ki, 47-ci məhəllə, ev 12, mənzil 8 İddiaçı “Azərkimyatəmir” trestinin HİK və MMK-nın xx.xx.1995-ci il tarixli 03 № protokoluna əsasən, ayrılmışdır. Mənzil yaşayış sahəsi 31,35 kvadrat metr olan 2 otaqdan ibarət olmaqla dövlət fonduna daxildir.Mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından sənədləşdirilməmiş və iddiaçı ona aid mənzilə köçə bilməmişdir. İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, yataqxana 7, ev 7, mənzil 14də qeydiyyatda olmaqla, məcburi köçkün ailəsinin köçürülməsi ilə əlaqədar 2019-cu ildən faktiki olaraq 4 nəfər ( özü, oğlu, gəlini və nəvəsi) ailə tərkibi ilə 47-ci məhəllə, ev 12, mənzil 8-də yaşayır. Göstərilən mənzil İddiaçı 1995-ci ildə verildiyinə görə qaldırılan məsələyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ərizəçinin hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 51—ci maddəsinə əsasən, SŞİH Başçısının xx.xx.2019-cu il tarixli 128 saylı sərəncamı ilə yaşayış sahəsi 31.35 kvadrat metr olan 2 otaqlı 47-ci məhəllə, ev 12, mənzil 8-ə dair İddiaçı ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinn tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. xx.xx.2019-ci il tarixdə mübahisəli mənzilə dair 4 nəfər (özü, oğlu, gəlini və nəvəsi) ailə tərkibi ilə İddiaçı ilə ilə kirayə müqaviləsi bağlanmışdır. 2009-cu ilin 1 oktyabrında qüvvəyə minmiş AR Mənzil Məcəlləsinə əsasən həmin tarixdən etibarən yaşayış sahələrinə orderlərin verilməsi dayandırıldığından iddiaçı ilə göstərilən mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılması məhkəmə mülahizəsinə buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli 128 saylı Sərəncamına əsasən yaşayış sahəsi 31.35 kv.m olan 2 otaqlı, 47-ci məhəllə, ev 12, mənzil 8-ə dair İddiaçı ilə xx.xx.2019-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanmışdır. İddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Dövlət Mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri, ünvan 1, mənzil 8-də yaşayış sahəsi 31.35 kv.m olan 2 otaqlı yaşayış sahəsi müddətsiz istifadə üçün kirayəçi və onun ailə üzlərinə verilmişdir. Cavabdeh inzibati orqan bu sənədlər əsasında iddiaçının istifadə hüququnu qeydə ala biləcəklərini, mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənədlər təqdim edilmədiyindən bu hüququ qeydə almaq səlahiyyətləri olmadığını bildirir, inzibati orqanın imtinasının və iddiaya etirazının hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələri təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarları müəyyən edir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin yuxarıda qeyd edilən tənzimləyici normaları iddiaçının təqdim etdiyi mövcud sənədlər əsasında yaranmış hüququnun dövlət qeydiyyatına alınmasının hüquqi əsasını təşkil edir. Lakin hazırda təqdim edilən sənədlər yuxarıda qeyd edilən normaların hüquqi əsas kimi tətbiq edilməsi halında mülkiyyət hüququnun qeydə alınması əsasını yaratmır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli, 128 nömrəli sərəncamını və xx xxxx 2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında bağlanmış ünvan 1, mənzil 8-də yaşayış sahəsi 31.35 kv.m olan 2 otaqlı yaşayış sahəsinə dair “Dövlər mənzil fondu yaşayış sahəsinin kirayə Müqaviləsini” təqdim etmişdir. Göründüyü kimi iddiaçı mülkiyyət hüququnu yox, istifadə hüququnu müəyyən edən sənədi inzibati orqana təqdim etmişdir. Beləliklə cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparması üçün əsası hesab olanan sənədlər cavabdeh inzibati orqana təqdim edilməmiş, ona görədə inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsaslı olaraq, iddiaçıın mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. İddiaçıya 47-ci məhəllə, ev 12, mənzil 8 “Azərkimyatəmir” trestinin HİK və MMK-nın xx.xx.1995-ci il tarixli 03 № protokoluna əsasən ayrılsada hazırda ona müvafiq order verilməmişdir, hansıkı hazırda həmin sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Həmin mənzil hazırda dövlət mənzil fonduna daxildir. Mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından iddiaçı mənzilə köçə bilməmiş, lazımı sənədləri əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq olmadığına görə hazırkı iddia əsaslı olmasda, iddiaçının digər hüquqi müdafiyə vasitələri mövcuddur. Beləki iddiaçı mülkiyyət hüququnu qeydiyyata alınması üçün müvafiq orderi əldə etməyə çalışa bilər. Bu mümkün olmadıqda isə mülki məhkəmə icraatı qaydasınd müəyyən edilmiş hüquqi müdafiyə vasitələrindən istifadə edərək müvafiq qətnamə ilə yenidən inzibati orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-976/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-976/2020
09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver