Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-979/2024 01.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Orucova X8 rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 11 may 2022-ci il tarixli, **********10 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Orucova (Allahverdiyeva) X8 rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə və həmin qərar əsasında Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsini almışdır. Həmin torpağın dəyəri tərəfimdən xx.xx.2003cü il tarixli, 35 saylı qəbzlə torpağın nəzərdə tutulmuş satış, qiymətinə görə dəyəri olan 840.000 manat Fatmayı Bələdiyyəsinin BUSB-un Abşeron filialındakı **********0 saylı xüsusi hesabına ödənilmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı əsasında iddiaçıya Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmış və alqı-satqı faktiki baş vermiş və bunu tərəfindən xx.xx.2003-cü il tarixli, 35 saylı qəbzlə torpağın nəzərdə tutulmuş satış, qiymətinə görə dəyəri olan 840.000 manat Fatmayı Bələdiyyəsinin BUSB-un Abşeron filialındakı **********0 saylı xüsusi hesabına ödənilməsi barədə sənədlər tam sübut edir. Bu barədə ləğv edilmiş DT və XK-mn Abşeron rayon şöbəsi tərəfindən rəy də verilmişdir. Torpaq sahəsinin satışı tam qanunamüvafiq qaydada keçirilmişdir. Lakin torpaq sahəsi dövlət mülkiyyətində qalmışdır. Halbuki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı əsasında ona Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmış və vətəndaşa fərdi mənzil tikməyə icazə verilmişdir. Ötən müddət ərzində dəfələrlə cavabdehə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə müraciət etməyinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən ona qanunsuz və əsassız olaraq imtina edilmişdir. Torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 20 ildən çox vaxt keçməsinə baxmayaraq ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu (torpaq sahəsinin qanuni istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata aldıra bilmir. Hal-hazırda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsinin məktubuna əsasən, həmin torpaq sahəsinin adıma sənədləşdirilməsi ilə bağlı hər hansı hüquqi problemlər mövcud deyildir. Həmin torpaq sahsinin yenidən hərrac yolu ilə müsabiqəyə çxarılmasına ehtiyac duyulmur. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq bu barədə qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı 0.10 ha torpaq sahəsinin 19 avqust 2003-cü il tarixində, 12 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 25 may 2022-ci il, ləğv edilmiş DT və XKnm Abşeron rayon şöbəsinin rəyinin isə 29 avqust 2003-cü il tarixində verildiyi; Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9-cu, 11.1-ci, 15-ci maddələrinə, torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə, Əsasnamənin 19-cu bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı qızma 0.10 ha torpaq sahəsinin 19 avqust 2003-cü il tarixində, 12 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 25 may 2022-ci il, ləğv edilmiş DT və XKnm Abşeron rayon şöbəsinin rəyinin isə 29 avqust 2003-cü il tarixində verildiyi; Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh qeyd edir ki, Fatmayı Bələdiyyəsi tərəfindən İddiaçı qızma 0.10 ha torpaq sahəsinin 19 avqust 2003-cü il tarixində, 12 nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktı 25 may 2022-ci il tarixdə verilmişdir. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş X5 19 avqust 2003-cü il tarixli 12 saylı iclasının qərarına əsasən 2 saylı X2 sərəncamına verilmiş torpaqlarından X1 0,10 ha torpaq sahəsi ayrılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Torpaq sahəsinin dəyəri (840000 manat) sentyabr 2003-cü il tarixli 35 saylı ödəniş qəbzindən göründüyü kimi tam şəkildə iddiaçı tərəfindən Fatmayı bələdiyyəsinin BUSB-un Abşeron filialındakı ********** saylı hesabına ödənilmişdir. Torpağın alqı-satqısında dair müqavilə 25 may 2022-ci il tarixdə tərtib edilmiş və təsdiq edilməklə 10 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki iddiaçının 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh həmçinin qeyd edir ki, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməmişdir. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən müayinə aktı və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, müayinə aktında iddiaçının faktiki istifadəsinə 0.12 ha torpaq sahəsi olduğu qeyd edilsə də iddia tələbindən görünür ki, iddiaçı 0.10 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını istəyir. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4374/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron rayon Fatmayı Bələdiyyəsinin yerquluşu planından çıxarışa uyğundurmu? Uyğun deyilsə hansı hissələrdə uyğun deyil? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-21-3-32/2-1294/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır,lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0979 ha təşkil edir. Elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları digər şəxslərin çıxarışlarla mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən Abşeron rayon Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində 0,10 ha torpaq sahəsi vardır, torpaq sahəsinin koordinatları digər şəxslərin mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı zəruri hesab edilən sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində (Fatmayı Bələdiyyəsinin 19 avqust 2003-cü il tarixli, 12 nömrəli qərarı əsasında ayrılmış) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-979/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-979/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver