Məhkəmə qərarları › İş №2-1(118)-98/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-98/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-98/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X15 (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində hidrometeoroloq işləməyən, Bakı şəhəri, Binəqədi şossesi, ev 6, mənzil 4 yaşayan), Cavabdehin nümayəndəsi X4 (Şamaxı rayon Məlhəm bələdiyyəsində vergi müfəttişi işləyən, Şamaxı rayon Məlhəm kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş 26.12.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş 26.12.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması və 1,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilçəsi barədə ərizə verərək Şamaxı rayon Əngəxaran Bələdiyyəsi tərəfindən verilmiş 26.12.2006-cı il tarixli 12 saylı qərarın etibarsız hesab olunması barədə qərar çıxarılmasnı məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə iddiaçının mülkiyyətinə 0,90 ha tikinti, 6,9 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə 7,80 ha torpaq sahəsi satılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2- 1(85)-191/2019 saylı qərarı ilə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Lakin qərarın icrası zamanı cavabdeh DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi sözügedən torpaq sahəsinin yalnız 6,80 ha hissəsinin üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almışdır və bildirmişdir ki, qalan 1,0 ha torpaq sahəsinə keçmiş DTXK-nm Şamaxı rayon şöbəsi tərəfindən başqa şəxsin, yəni X7 adına 378649 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işləndiyinə görə həmin hissədə qərarın icrası mümkün deyildir. İddiaçıya məlum olmuşdur ki, 1,0 ha torpaq sahəsinin planı və ölçüsü sənədi Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 26 dekabr 2006cı il tarixli 12 saylı saxta qərarına əsasən işlənilmişdir. 7,80 ha torpaq sahəsi 1991-ci ildən, yəni bələdiyyə tərəfindən iddiaçıya satılmamışdan əvvəl də onun icarəsində olmuşdur. Buna baxmayaraq həmin ərazinin 1,0 ha hissəsi saxta yolla X7 adına sənədləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X18 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı ləğv edilmiş Əngəxaran bələdiyyəsi tərəfindən tikinti məqsədi üçün 0.9 ha və kənd təsərrüfatı məqsədi üçün isə 6.1 ha olmaqla cəmi 7.0 ha olmaqla ləğv edilmiş bələdiyyənin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərar vermişdir. Lakin Milli Arxiv idarəsinin Şamaxı filialından əldə edilmiş sənəddə İddiaçı qızma ayrılmış torpaq sahəsinin 7.8 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Məhkəmə çəkişmələri zamanı iddiaçının özündə olan sənədlə arxivdən verilmiş sənədlər arasındakı ziddiyətlər tam araşdırılmamışdır. İddiaçının ilkin sənədlərində olan ölçülər faktiki olaraq tikinti məqsədi üçün 0.9 ha, kənd təsərrüfatı məqsədi üçün 6.1 ha olmaqla cəmi 7 ha təşkil edir, hansı ki, həmin torpaq sahələri ümumi istifadədə olduğu üçün özgəninkiləşdirilə bilməzdi. İddiaçının əldə eldiyi torpaq sahəsinə dair sənədlərin qeyriqanuni olması məlum olur. Hal-hazırda iddiaçının iddia etdiyi 1,0 ha torpaq sahəsinin X8 adma 378649 nömrəli kadastr planı işlənilmişdir və mövcud bazada onun mülkiyyətindədir və ona görə də həmin torpaq sahəsi iddiaçının adına rəsmişləşdirilməsindən imtina olunmuşdur. İddiaçıya və həmçinin X11 verilmiş qərarların tarixlərində yaranmış fərqlər ziddiyət təşkil edir və buradan da hər iki qərarın qeyri-qanuni olması məlum olur. Cavabdehin nümayəndəsi eyni zamanda izah etdi ki, X12 tanımır, bələdiyyədə həmin şəxsə torpaq sahəsi satılması barədə sənəd mövcu deyildir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarından görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsi prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı (yararsız) torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı tikinti məqsədi üçün 0,9 ha, kənd təüərrüfatı məqsədi üçün 6.1 ha cəmi 7.0 ha torpaq sahəsinin satılması barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması qərar alınmışdır. - DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin qərarı ilə İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin normativ qiyməti 1276 manat təşkil edir və torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. - Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 994194 nömrəli kassa-mədaxil qəbzindən görünür ki, İddiaçı bələdiyyənin hesabına torpaq alqı-satqısı üçün 1276 manat pul ödəmişdir. - 13 noyabr 2019-cu il tarixli **********64, **********63 və **********5 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışlardan görünür ki, Şamaxı rayonu Əngəxaran kəndi ərazisində 1,02 ha, 0,90 ha və 4,88 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş A № 017020 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 26.12.2006-cı il tarixli 12 saylı qərarı əsasında turizm məqsədi ilə X1 1000 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. - torpaqların alqı-satqısına dair 20.12.2006-cı il tarixli aktdan görünür ki, həmin akt Şamaxı rayonu Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə İddiaçı Abbasqulu qızına satılmış 7.0 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - DTXK-nin Şamaxı rayon şöbəsinin 15.12.2006-ci il tarixli rəyindən görünür ki, İddiaçı fərdi tikinti məqsədi üçün 0,9 ha, kənd təsərrüfatı məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı/şərti yararsız/ olmaqla alqı-satqı predmetidir və İddiaçı satılması məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna əsasən X16 filialı tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş Əngəxaran bələdiyyəsinin 20 dekabr 2006-cı il iclas protokolundan görünür ki, bələdiyyə iclasının qərarına əsasən ərizə ilə müraciət etmiş vətəndaşlara, o cümlədən İddiaçı 7.80 ha həyətyanı və kənd təsərrüfatı üçün torpaq sahələri verilmişdir. Həmin iclas protokolundan görünür ki, X19 icarəsində olan torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. İddiaçı Abbasqulu qızı isə həmin 10 ha icarədə olan torpaq sahəsinin bir qisminin özəlləşdirilməsi üçün bələdiyyəyə müraciət etmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, X7 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 24.12.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Abbasqulu qızının istifadəsində olan orpaq sahəsinin 1.0 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Bu səbəbdən X2 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi əsasında Şamaxı rayon Əngəxaran Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 7.80 ha torpaq sahəsinin yalnız 6.80 ha hissəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin yeri ilə bağlı mübahisə məhkəmə qaydasında həll olunandan sonra, yerdə qalan 1.0 ha torpaq sahəsinin üzərində İddiaçı Abbasqulu qızının mülkiyyət hüququnun qeydiyyata alınması təmin olunacaqdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə ısasnda həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəlilklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Həmin Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs X13 1000 kv m torpaq sahəsinin satılması barədə 26 dekabr 2006-cı il tarixli 12 saylı bələdiyyə qərarı, alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair və s.sənəd mövcud deyildir. Həmin qərar və onun verilməsi üçün bələdiyyəyə və Şamaxı rayon Dövlət Arxivinə sorğular verilsə də, hər hansı sənəd aşkar edilməmişdir. Cavabdeh Şamaxı rayon Məlhəm bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında bələdiyyənin arxivində X13 torpaq sahəsinin ayrılmasına dair qərarın və bununla bağlı başqa bir sənədin olmadığını izah etdi. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya torpaq sahəsinin satılması barədə qərarın tarixi 20 dekabr 2006-cı il tarixli, sıra nömrəsi 17 olmasına baxmayaraq, X7 adına tərtib olunmuş plan və ölçü sənədində bələdiyyə qərarının tarixi 26 dekabr 2006-cı il tarixli sıra nömrəsi 12 göstərilmişdir. Halbuki, həqiqətən həmin tarixdə bələdiyyə qərarı verilmiş olsaydı, sıra nömrəsi “17”-dən sonra olmalı idi. Məhkəmə cavabdehin iddiaçıya torpaq sahəsinin qanunsuz satılması barədə iddiasına münasibətdə qeyd edir ki, bu dəlillər iddia predmetinə aid deyildir və artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 7.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmalı olması müəyyən edilmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmənin qərarını icra edərkən 7.80 ha torpaq sahəsinin 1,0 ha hissədən ibarət hissəsi üzərində V.Nuriyevin adına plan və ölçü sənədinin işləndiyini qeyd etmişdir. Həmin plan və ölçü sənədindən başqa bələdiyyədə, arxivdə və daşınmaz əmlakın dövlət reyestri orqanında hər hansı sənəd aşkar edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, ««Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinin 3-cü abzasına əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi kimi səlahiyyəti nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1 və 65.1.2-ci maddələrinə əsasən müvafıq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir. Göstərilən Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayon Məlhəm (keçmiş Əngəxaran) bələdiyyəsinin X13 1000 kv m torpaq sahəsinin satılmasına dair 26.12.2006-cı il tarixli 12 saylı qərarı etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar