Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-98/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X23 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “atasına mülkiyyət hüququ əsasında məxsus olan yaşayış evinə və və torpaq sahəsinə dair arayışın verilməsi, eləcə də torpağa dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ünvan 1 ünvanında yerləşən mərhum atası X4 adına olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının atası X2 rayon notariat kontorunda 08 oktyabr 1963-cü ildə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri keçmiş Miçurin küçəsi, indiki Ə.Nərimanov küçəsi 73 saylı evi X14 almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Quba rayon texniki inventarizasiya bürosu tərəfindən iyun 1979-cu il tarixdə atasına evin texniki pasportu verilmişdir. Quba rayon dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən atasına xx.xx.2002-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. Quba Regional "Asan xidməti" mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 1424 saylı məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində bildirilmişdir ki, "İddiaçı, X10, X11, X12 xx.xx.2020-ci il tarixli, 526 saylı ərizələrinə və Quba rayonu İHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2698 saylı arayışına əsasən İddiaçı, X16, X17, X18 xx.xx.1999-cu il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir.” Birinci dəfə cavbdehə ərizə ilə müraciət edərək atasından miras qalmış torpaq sahəsinə və evə çıxarış verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazisi idarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Məktubda göstərmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinin sərhədləri ilə bağh qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya vermiş olduğu cavab məktubu ilə razılaşmadığı üçün ikinci dəfə ərizə ilə cavbdehə müraciət etmişdir. Cavabdeh ikinci ərizəyə rədd cavabı vermişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Cavabdehin iddiaçıya verdiyi cavablar qanuna zidd olduğu üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən o, atamdan miras qalmış torpağa və evə şıxanş verməli və məhkəmə tərəfindən onun üzərinə bu vəzifə qoyulmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində deyilir ki, bu qanun qüvvəyə mindiyi günədək Daşınmaz Əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüququ qüvvəsini saxlayır. X1 məxsus olan ev və torpaq sahəsi barəsində olan sənədlər Dövlət Reyestri Haqqında Qanundan əvvəl verildiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 11-ci maddəsinə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qəbul edilməli idi. Cavabdeh məktubunda yazır ki, evin sənədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. İddiaçı ilə qonşu arasında rəsmi surətdə heç bir inzibati orqanda mübahisə yoxdur. X34 şifahi olaraq bildirir ki, “mənim barım onun əri rəhmətlik Əliyev Səbriyə məxsus olmuşdur.” Zümrüdün əsassız olan şifahi boş fərziyələrinə inanmaq mümkündürsə onda iddiaçı da deyə bilər ki, ona cavab göndərən cavabdehin evinin bir barısı iddiaçıya məxsusdur. Daşınmaz Əmlakın mütəxəssisləri Zümrüdün məhrum əri Əliyev Səbriyə məxsus olan evin texniki sənədlərinə və iddiaçının X1 məxsus olan sənədlərə baxıb araşdırma aparsaydılar görərdilər ki, Zümrüdün dedikləri yalandır. Belə ki, atası Əzizbalaya məxsus olan ev 1880-cı ildə tikilib, Əliyev Səbriyə məxsus olan ev 1950-ci ildə tikilmişdir. 1880-cı ildə tikilmiş evin 70-ildən sonra tikilmiş evin barısı ilə necə ortaqlığı ola bilərdi. 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən əsassəz olaraq müxtəlif bəhanələrlə vətəndaşlara verilən imtina Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqmda Qanunun 4 və 15-ci maddələrinə zidd olmuşdur. Buna görə müxtəlif vaxtlarda cavabdehin hərəkət və hərəkətsizlikləri məhkəmələr tərəfindən qanunsuz hesab edilmişdir. Onlardan birini misal göstərmək istəyir: X3 Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, mərhum ərinə məxsus İN-1097 saylı (kod ********) "Torpağın mülkiyyət hüququna dair dövlət Aktı" ilə Quba şəhərində 0.62 hektar torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisi xx.xx.2019-cu il tarixli məktubla ərizəçinin ərizəsini icrasından imtina etmişdir. X5 Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin yuxanda göstərilən cavabından narazı qalaraq Sumqayıt İnzibati -İqtisadi Məhkəməsinə ərizə vermişdir. Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarı ilə Əlimuradovanın ərizəsi təmin olunmuş, 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur ki, ərizə təmin edilsin. Həmin inzibati iş üzrə cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi, Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati -İqtisad Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 5 saylı Xaçmaz Ərazi İdarəsi yuxarıda göstərilən qərardan Ali məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının Qərarının 20-ci bəndində hansı hallarda ərizədən imtina olunması qeyd olunmuşdur. Ali Məhkəmənin mövqeyinə görə: -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun; Maddə 4.1 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər; 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınması deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyari olmayan şəxs müraciət etdikdə ; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
4. Cavabdeh atasından miras qalmış torpağa və evə çıxarış verilməsini rədd edərkən əsas göstərir ki, guya onunla qonşu arasında mübahisə mövcuddur. İddiaçı cavabdehin bu fərziyəsini əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsində deyiir ki, “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Quba şəhəri, Ə.Nərimanov küçəsi,ev 73 ünvanda yerləşən atası X4 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydə alınaraq ona çıxarış və «Plan və ölçünün» verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan evə dair atasının adına olan qeydiyyat vəsiqəsi atasının həmin tikiliyə dair mülkiyyət hüquqlarının artıq qeydə alındığı təsdiq edir. Çünki Qanunun 4.1. maddəsinə əsasən, 2006-cı ilin iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İş materiallarında olan və cavabdehə təqdim edilmiş Quba rayon Dövlət texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2002-ci il tarixli 1630 saylı reyestr nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən bir mərtəbəli 2 yaşayış otağından ibarət yaşayış evi X4 adma qeydə alınmışdır. Bundan əlavə, X15 Bürosu tərəfindən həmin evin yerləşdiyi torpaq sahəsinə dair 200 inventar nömrəli texniki pasport da verilmişdir. Belə olan halda atasının adına olan evə dair mülkiyyət hüquqlarının qeydə alınnasına ehtiyac yoxdur.Çünki bu hüquqlar artıq 2002-ci ildə qeydə alınmışdır və bu qeydiyyat qanuna əsasən öz hüquqi qüvvəsini saxlamışdır. Belə olan halda yalnız torpaq sahəsinin mülkiyyət kimi qeydə alınıb, torpağa dair «Plan və ölçünün» hazırlanıb verilməsi zəruridir. Bu sənədlər mövcud olduğu və öz hüquqi qüvvəsini saxladığı halda cavabdehin fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisənin mövcud olması səbəbindən müayinə işlərinin aparılmasının mümkünsüzlüyü səbəbindən torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanmasının mümkün olmaması barədə cavabdehin dəlili və buna əsasən də ərizənin icrasından imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, atasının evinə dair qeydiyyat vəsiqəsi və texniki pasport mövcud olduğu halda, onun yenidən qeydə alınması və buna görə də yeni müayinə aparılması zərurəti mövcud olmamışdır. Torpaq sahəsinə dair isə hər hansı bir mübahisənin mövcud olmaması,həmin torpaq sahəsinin ölçüləri barədə tərtib edilmiş texniki pasport mövcud olduğu halda isə, cavabdehin torpağa dair çıxarışın və plan-ölçünün verilməsindən imtina etməsi qanunsuz olmuşdur. Çünki həmin torpağa dar qeydiyyat aparılması, çıxarış verilməsi və planölçünün tərtib edilməsi üçün hər hansı bir maneə mövcud deyildir və bu maneənin mövcudluğu barədə cavabdeh tərəfindən hər hansı bir sübut və sənəd təqdim edilməmişdir. Belə olan halda cavabdehin torpağa dair mülkiyyət sənədini-çıxarışı və planölçünü verməkdən imtina etməsi qanunsuz hesab edilməlidir. İddiaçının tələbi evin mülkiyyət hüququ əsasında qeydə alınmasından deyil, ev və torpağa birlikdə çıxarış verilməklə «Plan və ölçünün» verilməsi barədədir. Çünki evə dair mülkiyyət sənədi və texniki pasport artıq mövcuddur, yalnız torpağın atasının adına mülkiyyət hüququ əsasında qeydə alınıb, çıxarış verilməsi tələb olunur. Daha sonra yenidən iddiasını dəqiqləşdirərək “atasına mülkiyyət hüququ əsasında məxsus olan yaşayış evinə və və torpaq sahəsinə dair arayışın verilməsi, eləcə də torpağa dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, ünvan 4 ünvanda yerləşən mərhum X4 adına olan yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2020-ci il tarixli, **********77 nömrəli məktubla mtina olunnmuşdur. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bidirilmişdir. Ərazi İdarəsinin imtina məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın (imtina məktubu) xx.xx.2020-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 05 sentyabr 2002-ci il tarixdə 1630 reyestr nömrəsi ilə reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, Ə.Nərimanov 73 ünvanda yerləşən bir mərtəbəli, iki yaşayış otağından ibarət yaşayış evi X4 adına qeydə alınmışdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı X4 qanun üzrə vərəsəsidir. İddiaçı atasına mülkiyyət hüququ əsasında məxsus olan yaşayış evinə və və torpaq sahəsinə dair arayışın verilməsini, eləcə də torpağa dair plan-ölçünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə və reyestr kitablarına əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 1630 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və 1852 nömrəli torpaq qeydinə əsasən X13 məxsusdur. Fərdi yaşayış evinin texniki pasportu, torpaq qeydinin təsdiq olunmuş surəti də məhkəmə prosesində təqdim edilmişdir. Göründüyü kimi fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün əsas-Qeydiyyat vəsiqəsi mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınmasını istisna edən hər hansı əsas mövcud deyildir. Cavabdeh orqan qeyd edir ki, fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcuddur. Məhkəmə araşdırması zamanı X33 adına olan RX ******* seriyalı çıxarışın və həmin çıxarışın verilməsinə əsasən olmuş sənədlərin və bununla əlaqəli digər sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 2-1(118)-476/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı mərhum X1 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi nə qədərdir? (ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 1630 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və 1852 nömrəli torpaq qeydinə əsasən iddiaçının mərhum X1 məxsusdur. Həmin fərdi yaşayış evinə dair texniki pasportun və torpaq qeydinin təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmişdir.)
2. İddiaçının X1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri sənəddəki ölçülərə uyğundurmu?
3. İddiaçının atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi və faktiki istifadədə olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə hansı hissələrdə düşür?
4. İddiaçının atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşular tərəfindən zəbz edilmişdirmi? Əgər edilmişdirsə hansı ölşülərdə və hansı hissədə zəb edilmişdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-4264/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, təqdim edilmiş rəydə qeyd edilmişdir ki,
1. İddiaçı mərhum X1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi 0.01427 ha təşkil edir.
2. İdddiaçının X1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri sənəddəki ölçülərdən qismən fərqlidir.
3. İddiaçının atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi və faktiki istifadədə olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşmür.
4. İddiaçının atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 1979-cu ildə verilmiş texniki pasportda göstərilimiş torpaq sahəsinin sxemdəki konfiqurasiya ilə faktiki istifadə olunan torpaq sahəsinin konfiqurasiyası arasında fərq olduğundan bu sualın cavablandırılması mümkün deyildir. Mütəxəssis rəyindən göründüyü kimi İddiaçı mərhum X1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.01427 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçının atasına məxsus fərdi yaşayış evinin yerləşdiyi və faktiki istifadədə olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, cavabdeh orqanın imtinasının yeganə əsasını fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə təşkil etsə də qeyd edilən hal mütəxəsssis rəyi ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi vahid əmlak formasında iddiaçının mülkiyyətinə verilməlidir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri texniki pasportda göstərilən ölçüdən az olduğuna görə iddiaçının faktiki istifadəsində olan 0.01427 ha ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla verilə bilər. Konfiqurasiya fərqinin olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, konfiqursiya fərqinin olması imtina üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinin koordinatları göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazlrkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı mərhum X1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi-faktiki istifadəsində olan 0.01427 ha torpaq sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın, eləcə də torpağa dair planölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı mərhum X1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi-faktiki istifadəsində olan 0.01427 ha torpaq sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın, eləcə də torpağa dair plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev