Məhkəmə qərarları › İş №2-1(118)-982/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-982/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-982/2020 30.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu İİ Çaylı kəndində yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X4 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X12 Şamaxı rayon filialına qarşı avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-ci il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nun Şamaxı rayon şöbəsinə qarşı DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və iddiaçının avqust 1969-cu ildən may 1975-ci il tarixədək iyun 1977-ci ildən may 1991-ci il tarixədək Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-ci il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin siğorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-ci il tarixədək Çaylı kolxozunda işlədiyi müddətin siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X11 Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X11 Şamaxı rayon filialını cəlb etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, yaşa görə əmək pensiyasının hesablanması üçün sənədlərini Dövlət X11 Şamaxı rayon şöbəsinə təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh əmək kitabçası olmamasını əsas gətirərək ona imtina cavabı vermişdir. Belə ki, cavabdeh onun avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməmişdir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izah etdi ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. İddiaçı 1969-cu ildə 15 yaşı tamam olmadığından, həmçinin avqust 1969-cu ildən may 1975-ci ilədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Nəsimi adına sovxozda, iyun 1991ci ildən iyun 1996-cı il trixədək Çaylı kolxozunda işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün və əməyin ödənişi üzrə hesablaşma kitabında 1996-cı ildən adı başqa xətt ilə sonradan yazıldığına görə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, XX.XX.1955-ci il təvəllüdlüdür. - AR Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx xxxxxx 2019-cu il tarixli 76/64 saylı arxiv arayışlarından görünür ki, İddiaçı avqust 1969-cu iilin avqust-dekabr ayları,1971-ci ilin aprel-dekabr ayları,1972-ci ilin martdekabr ayları,1973-1974-cü illər, 1975-ci ilin yanvar-may ayları, 1977-ci ilin may ayından 1980-cı ilin dekabr ayınadək və 1981-1989-cu illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1991-ci ilin iyun ayından 1996-cı ilin iyul ayınadək, Şamaxı rayonu Çaylı kolxozunda işləmiş və əmək haqqı almışdır. -Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verimiş xx.xx.2020-ci il tarixli m\ktubdan görünür ki, İddiaçı 1991-1996-cı illərdə “Çaylı” koıxozunda işləməsi ayla heablanmışdır. - AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Şamaxı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı tərəf Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialına qarşı filialın xx xxx 2019-cu il tarixli arxiv çıxarışına əsasən 1969-1979, 1980-1989, 1990-1991-ci illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda işləməsi barədə yazılmış sənədlərin,1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd kolxozunda işləməyi barədə yazılmış sənədlərin İddiaçı məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. - DSMF Şamaxı rayon şöbəsinin pensiya sektoru tərəfindən verilmiş aktdan görünür ki, İddiaçı Nəsimi adına sovxozda və Çaylı kənd kolxozunda işləməsini əməyin ödənişi üzrə hesablaşma kitablarında onun adı Həsən yazılması müəyyən olunmuşdur. Eyni zamanda 1996-cı ildə əməyin ödənişi üzrə hesablaşma kitabında dörd işçinin adı və soyadı yazılandan sonra üç sıra boş buraxıldıqdan sonra tamam başqa xətt ilə tək Rəhimov Həsənin adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli məktubdan görünür ki, İddiaçı avqust 1969-cu ildən may 1975-ci ilədək, iyun 1977ci ildən may 1991-ci il tarixədək Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-cı il tarixədək Çaylı kolxozunda işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün və əməyin ödənişi üzrə hesablaşma kitabında 1996-cı ildən adı başqa xətt ilə sonradan yazıldığına görə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinəəsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmişşəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyəəsasən əlilliyə görə pensiya təyin olunmasıüçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; X3 əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədəərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışıəlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19cu maddəsinəəsasən əmək pensiyasının baza hissəsinəəlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi arxiv arayışları və məhkəmə araşdırması zamanı əldə edilən digər sübutlarla iddiaçının avqust 1969-cu ildən may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-ci il tarixədək Çaylı kolxozunda işləməsi və əmək haqqı alması təsdiq edilir. Cavabdehin gətirdiyi dəlillər iddianın rədd eidlməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi dövrlər əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Bununla yanaşı məhkəmə hesab edir ki, qanunverciiliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, iddiaçının 15 yaşı tamam olana kimi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Buna baxmayaraq qalan müddət ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı 25 ildən yuxarı sosial sığorta stajına malik olması öz təsdiqini tapdı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçının 1970-ci ilin yanvar ayından xx xxx 1973-cü il tarixədək, xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxxxx 1976-cı il tarixədək Şamaxı rayon l Çaylı C.Cabbarlı adına kolxozda və xx xxx 1991-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək C.Cabbarlı adına sovxozda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. X1 1970-ci ilin yanvar ayından may 1975-ci il tarixədək, iyun 1977-ci ildən may 1991-ci il tarixədək Şamaxı rayon Nəsimi adına sovxozda, iyun 1991-ci ildən iyun 1996-ci il tarixədək Çaylı kolxozunda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X11 Şamaxı rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar