Məhkəmə qərarları › İş №2-1(118)-982/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-982/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-982/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı2 Əmirli oğlunun, Digər İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 Cavabdehnə qarşı “Abşeron rayon İcra Hakmiyyəti başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayon İcra Hakmiyyəti başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsi (İddiaçı4) babası X8 məxsus olmuş və faktiki olaraq da o və digər iddiaçılar İddiaçı2 Əmrəli oğlu, İddiaçı3 və İddiaçı1 istifadəsindədir. 2019-cu ildə tanımadıqları şəxs tərəfindən məhkəməyə verilərək faktiki istifadələrində olan Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən torpaq sahəsinə dair sərəncamın olduğunu bildirirək ərazini boşaltmaları tələb edilmişdir. Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamına əsasən Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan ölçüdə göstərilmiş) torpaq sahəsinin X6 istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-148/2020 saylı 09 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında X1 təsərrüfatı məqsədilə istifadəsinə verilmiş kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş torpaq sahəsində inşa edilən və “xxxx" MMC tərəfindən tərtib olunmuş sxemdə göstərilmiş (döngə nöqtələrinin nömrəsi 1-2 olan 255.4 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 2-3 olan 141.6 metr məsafədə, döngə nöqtələrinin 3-4 olan 137.9 metr məsafədə, döngə nöqtələrinin nömrəsi 4-5 olan 52.0 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 5-6 olan 56.8 metr olan məsafədə, döngə nöqtələrinin nömrəsi 6-1 olan 159.2 metr məsafədə yerləşən və həmin torpaq sahəsinin daxilində yerləşən) tikililər cavabdehlər X4 və X5 vəsaiti hesabına sökülməsi, Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan planölçüdə göstərilmiş torpaq sahəsinin X6 istifadəsinə verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 136.40 manat cavabdehlər X2 və X3 birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 1886-cı ildən İddiaçı4 babasının və ondan öncəki valideynlərinin olmuş, hazırda da faktiki olaraq onun istifadəmdədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubundan da göründüyü kimi mübahisəli torpaq sahəsinə dair Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli Sərəncamı əsassızdır. Belə ki, Cavabdeh Başçısının 16.04.2008-ci il tarixli Sərəncamı ilə İddiaçı4 istifadəsində olan torpaq sahəsi qanunsuz olaraq yararsız torpaq kimi göstərilərək X9 icarəyə verilmişdir. Cavabdeh Abşeron rayon Dövlət Arxivinin H-175 saylı 04 noyabr 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayon İHB-nin 16.04.2008-cı il tarixli 376a nömrəli sərəncamı və sərəncama əlavələrin təsdiq olunmuş arxiv surətləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görüldüyü kimi müqavilə etibarsızdır. Belə ki, həmin müqavilənin tarixi və nömrəsi yoxdur. Bundan başqa həmin müqavilə torpaq sahəsini icarəyə götürən şəxs tərəfindən də imzalanmamışdır. Cavabdehnə 03 noyabr 2020-ci il tarixdə Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamın qeydiyyatının aparıldığı qeydiyyat kitabçasından çıxarış ilə bağlı verilmiş sorğuya cavab verilməmişdir. Həmçinin Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamı əsasında X9 verilmiş Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində yerləşən 3.2 ha (kadastr nömrəsi **********0607 olan plan-ölçüdə göstərilmiş) torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 dekabr 2020-ci il tarixli məktubuna əsasən Abşeron rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamına əsasən X9 ayrılmış torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçmədiyi göstərilmişdir. Qeyd edilən torpaq sahəsi iddiaçıların istifadələrində olmaqla faktiki sahibliyi həyata keçiınişlər, dövlət orqanlarının həmin torpaq sahəsindən istifadə etmələrindən xəbəri olmuş, uzun illər ərzində buna qarşı heç bir iddia irəli sürməməklə, onları mülkiyyətçi kimi tanımışlar. Göründüyü kimi Cavabdeh tərəfindən torpaq sahələrinə dair münasibətləri tənzimləyən bütün qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur, Cavabdeh tərəfindən ayrılmış torpaq sahələrinin kimin istifadəsində olması araşdırılmadan, icarə münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi və torpaq sahəsinin təyinatı üzrə istifadəsinə nəzarət edilməməsi sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən bütün iddiaçılar Abşeon rayon İHB-nin 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamının əsassız olduğunu hesab edərək onun ləğv edilməsini xahiş edir. Digər iddiaçılar məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardım edilmiş və iddia tələbi aydınlaşdırılmışdır. İddiaçı2 Əmirli oğlu və İddiaçı4 nümayəndəsi həmçinin vəkili Vəkil iddialarına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırki işdə iddiaçılar sözügedən torpaq sahəsinin faktiki istifadələrində olduğunu bildirərək, Abşeron rayon İcra Hakmiyyəti başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamını mübahisələndirirlər. Lakin həmin torpaq sahəsinə dair onlardan hər hansı birinə məxsus hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişlər. İddiaçı4 iddia ərizəsində mübahisə premdeti olan torpaq sahəsinin babasına məxsus olduğunu qeyd edir və bunu təsdiq edən sənəd kimi Azərbaycan Respublikasının X10 22 oktyabr 2020-ci il tarixli arxiv arayışını əsas göstərir. Həmin arxiv arayışında göstərilmişdir ki, X10 sənədləri üzrə Hövsan kəndinin 1886-cı ilə dair kameral siyahısında, X7, oğlanları Mühaib Hənifə oğlu, Əflatun Hənifə oğlu, X13, Sadıx Hənifə oğlunun adlarının qeyd olunduğu, Hövsan kəndində 120 kv.sajına bərabər olan torpaqda üzüm sahəsi olduğu, ailənin 10 rubl dəyərində vergi və torpaq rüsumu ödədiyi göstərilmişdir. Beləliklə iddiaçı qeyd edilən arxiv arayışına istinad etmişdir ki, həmin sənəddə qeyd edilənlər hazırki mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının təsdiqi kimi qəbul edilə bilməz. Əvvəla həmin arayışda X7 ailəsinin Hövsan kəndində 120 kv torpaq sahəsinin olması qeyd olunsa da, bunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməməklə yanaşı torpaq sahəsinin yerləşdiyi yer ilə bağlı plan-ölçü və digər texniki sənədlər, habelə həmin torpaq sahəsi iddiaçıların babalarına məxsus olmuşdursa miras əmlak, həmin əmlaka vərəsəlik hüququna dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 Cavabdehnə qarşı Abşeron rayon İcra Hakmiyyəti başçısının 16.04.2008-ci il tarixli 376a nömrəli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar