Məhkəmə qərarları › İş №2-1(118)-983/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-983/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-983/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçınnı nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək imtina məktubunun qanunsuz hesab edilməsi və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə F.E.Dzerjinski adına Volqoqrad traktor zavodunda başlamışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildə Azərbaycan Boruyayma zavodunun boruyayma sexinə soyuq boruların kəsicisi peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1981-ci idən həmin müəssisənin elektrotexniki sexinə elektrik avadanlığın elektrik mühərriklərin təmiri və yığılması üzrə elektrik montyoru vəzifəsinə köçürülmüşdür. xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həmin sexdə elektrik avadanlıqların sarıyıcı və izolyasiyaçi üzrə elektrik montyoru peşəsində işləmişdir. xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək "xxxx" MMCnin Yaşma yarımstansiyasında usta vəzifəsində işləmişdir. xx.xx.2011ci ildən hazıradək "xxxx" Birgə Müəssisəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatda işləyir. Əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq ümumi stajı, o cümlədən 12 il 6 ay xüsusi iş stajı vardır. İddiaçının 01 avqust 2022ci il tarixdə 62 yaşı tamam olmuşdur. İddiaçı ona 60 yaşdan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Ona xx.xx.2022-ci il tarixli, **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, güzəştli stajı 12 il 6 aydan az olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, onun "xxxx"ASC-də işlədiyi xx.xx.1986-xx.xx.1988- ci illəri əhatə edən dövr nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın "xxxx" ASC-dəki soyuq boru kəsicisi və elektrik montyoru kimi xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan əmək fəaliyyəti güzəştli staj kimi nəzərə alnmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müvafiq güzəştli arayış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın elektrotexnika isyehsalatı və elektrotexniki avandanlığının təmir bölməsində (XV) şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları (2160000a-12535), məftil və tros dolayanlar (2160000a-15034) bəndinə əsaslandırılmışdır. Lakin iddiaçının soyuq boru kəsicisi və elektrik montyoru kimi əmək fəaliyyəti müvafiq bölmədə nəzərdə tutulmadığndan həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti güzəştli staja aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Bu səbəndən də iddiaçının tələb olunan 12 il 6 ay olan güzəştli staja qarşı 10 il 1 ay 14 gün sosial sığorta stajı mövcud olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmamışdır. İş materiallarında olan : -İddiaçının adına açılmış AT-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə Volqoqrad traktor zavodunda işləmişdir. xx.xx.1979xx.xx.1981-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1981-xx.xx.1991ci il tarixlərdə Azərbaycan Boru prokat zavodunda, xx.xx.1991-xx.xx.2000-ci illərdə “Aztrubovest” firmasında, xx.xx.2000-xx.xx.2000-ci il tarixlərdə “Azenerji” xüsusi təmir müəssisəsində, xx.xx.2000- xx.xx.2002-ci illərdə "xxxx" İB Sumqayıt YGEŞ-də, xx.xx.2005-xx.xx.2009-cu illərdə "xxxx" TQ və Mex Müəssisəsində, xx.xx.2010xx.xx.2010-cü il tarixlərdə "xxxx" ASC-də, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci il tarixlərdə "xxxx" birgə müəssisəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hazırki tarixədək "xxxx" birgə müəssisəsində işləyir. - "xxxx" B.M tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həmin müəssisədə xx.xx.2022-ci il tarixə 9 il 9 gün 29 gün iş stajı vardır. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri’’ başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1981-ci il və xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə müəssisənin boruyayma sexində, elektro texnolji sexində soyuq boru kəsicisi, elektrik montyoru və izolyaçısı işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ, XV bölməsinin 4 a, a yarımbölməsinin 2040400a-17968, 216000a-15034 və 12535 şifri ilə göstərilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aiddir. -"xxxx" ASC Sumqayıt YGEŞ MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2001-xx.xx.2002-ci il tarilxlərdə Sumqaytı YGEŞ MMC-nin Yaşma yarımstansiyasında usta vəzifəsində işləmiş və əmək haqqına zərərli əmək şəraitinə görə 10 faiz miqdarında əlavə əmək haqqı ödənilmişdir. - Məhkəmənin sorğusuna əsasən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verimiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək elektrik sexində işlədiyi elektrik avadanlığının sarıyıcı və izolyasiyaçı üzrə elektrik montyoru peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 15-ci Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin a) fəhlələr yarıınbəndində “şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçılarf - (2160000a—12535) və “məftil və tros dolayanlar" - (2160000a—15034) peşələri ilə eynilik təşkil edir.Belə ki, qeyd olunmuş peşələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verimiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Elektrik sexində işlədiyi elektrik avadanlığının sarıyıcı və izolyasiyaçı üzrə elektrik montyoru peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında*’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısımın 15-ci Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin a) fəhlələr yarımbəndində "şüşə lillərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları” (2160000a—12535) və “məftil və tros dolayanlar” (2160000a—15034) peşələri ilə eynilik təşkil edir. Belə ki, qeyd olunmuş peşələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, cavabdeh onun xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Boru Yayma zavodunun Elektrotexnoloji sexində soyuq boru kəsicisi və elektrik montyoru vəzifəsində işlədiyi dövrü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını hesab edir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildən başlayaraq X6 Boru prokat sexində 2-ci dərəcəli 140 nömrəli ştamplı boruların soyuqla işlənməsi bölməsinin soyuq boruların kəsicisi, xx.xx.1981-ci il tarixdən həmin zavodun elektrik emalatxanasında elektrik avadanlıqların təmiri üzrə elektrik montyoru, 01.09.198-cü il tarixdən EJŞ təmir birqadasının elektrik avadanlıqlarının təmiri və eleltrik mühərriklərinin yığılması üzrə 5-ci dərəcəli elektrik montyoru, xx.xx.1986-cı il tarixdən elektrik sexinin 3-cü kateqoriya M-1 kateqoriyasına uyğun olaraq transformatorların və rulonların dəyişən cərəyan elektrik avadanlıqlarının təmiri üşün sarımçıların elektrik montyorları briqadasının elektrik maşınlarının təmiri üçün elektrik montyoru və izolyatorçu, xx.xx.1988-ci il tarixdən zavodun avadanlıq şöbəsinin sahəsinin materialı ehtiyatları və təminat bürosunun mühəndisi və s.peşələrdə işləmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında “soyuq boru kəsicisi” peşəsinə dair münasibət bildirsə də dövr olaraq onun “Məftil və trosların dolayıcısı və izolyasiyaçı” işlədiyi 01.047.1986-cı il taruixdən xx.xx.1988-ci il tarixləri göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahı qüvvədən düşmüşdür) görə “Metallurqiya” adlanan lll bölməsinin “Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” adlanan 4-cü bəndində 2040400a-17968 şifrsi ilə göstərilmiş “boru və pəstahların kəsicisi” peşəsi, “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” adlanan XV bölməsində 216000a-15034 şifrəsi ilə göstərilmiş “məftil və tros dolayanlar” , 2160000a- 12535 şifrəsi ilə göstərilmiş şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçılar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Beləliklə,məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ənək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar