Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-985/2020 24.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim ƏzizovaVəfaEhtiramqızınınsədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycanprospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasındayoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsiilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdlr ki, İddiaçı sağlamlığa zərərli peşələrdə işlədiyi üçün 2019-cu ilin mart ayında ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 4 aydan sonra pensiyanın ödənilməsi dayandırılmışdır. Onun müraciətlərinə cavab olaraq cavabdeh belə izah etmişdir ki, fərdi hesabında sığorta hissəsində toplanan pensiya kapitalı yetərli olmadığı üçün ona pensiya ödənilməsi dayandırılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 izah etdi ki, hazırda iddiaya cavab verməli orqan X1malıdır, bu növ pensiyanın təyinatı cavabdehin səlahiyyətləri xaricindədir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxx 2019-cu il tarixli, **********7 saylı əmrinin 1-ci bəndində qeyd olunub ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının iddia tələbinə cavab verməli orqan DSMF-nin Sumqayıt şəhər şöbəsi deyil, X1malıdır. İddiaçının isə həmin idarəyə müraciət etməsi və həmin inzibati orqan tərəfindən iddiaçıya rəsmi olaraq imtina cavabı verilməsi təsdiqini tapmadı. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinə cavab verməli orqana müraciət etməsi və həmin orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-985/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-985/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver