Məhkəmə qərarları › İş №2-1(118)-986/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-986/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-986/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cevabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cevabdehin üzərinə qoyulması”na dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ Müharibəsi əlilidir. Uzun illər əlilliyi müəyyən edilmirdi. Nəhayət Prezidntə və Mehriban xanıma yazdığ şikayətlərdən sonra 2019-cu ildə ona əlillik verilmişdir. İddiaçının əlilliyi 1994-cü ildə yaranmışdır və dövlət orqanlarının korrupsioner hərəkətləri və səhlənkarlıqla ucbatından onun əlilliyi illərlə müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı 1994-cü ildən 2019-cu ilə qədər Müharibə əlili kimi pensiya və müavinətdən məhrum olmuşdur. Cavabdeh orqana həmin illər ərzində yığılıb qalmış və ona ödənməmiş pensiya və müavinətin verilməsi üçün xx.xx.2021 -ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Bir ay ərzində cavab verilməməsi ərizədən imtina kimi qiymətləndirilir və həmin ərizədən 35 gün keçəndən sonra artıq iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 3-cü qrup Qarabağ Müharibəsi əlilidir. xx xxxxxx 1994-cü il tarixdən xx xxxxx 1994-cü il tarixədək döyüşlərdə iştirak etmişdir. Bir neçə dəfə yaralanmışdır. Sonuncu dəfə xx xxxxx 1994-cü il tarixdə ağır yaralanmaqla hospitalda müalicə olduqdan sonra tərxis edilmişdir. Həmin illərdən 2019-cu ilə qədər əlillik üzrə pensiyaya çıxmaq üçün mübarizə aparmış və nəhayət buna nail ola bilmişdir. Hazırda 2019-cu ildən əlilliyə görə pensiya alır. İddiaçının əlilliyi 1994-cü ildən yaranmasına baxmayaraq, bu sistemdə olan korrupsiya, süründürməçilik problemləri ona əlilliyə görə pensiya almaq imkanı yaratmamışdır. İddiaçı bu barədə illərlə bütün orqanlara, hətta Prezidentə və Mehriban xanıma çoxsaylı şikayətlər etmişdir. 2005-ci ildə növbəti dəfə Mehriban xanıma kəskin məktubla müraciət etdikdən sonra iddiaçı ilə maraqlandılar və dərhal AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göstəriş verildi və Komissiya xx.xx.2005-ci il tarixli 322 saylı qərarı qəbul edildi və həmin qərarda iddiaçının bütün xəsarətləri və xəstəlikləri öz əksini tapmışdır.Əslində hərbi həkim Komissiyasının qərarı olmasına baxmayaraq, Masallı rayon Xəstəxansının həkim Komissiyası onun əlilliyini müəyyən edib rəy verməmişdir. Son illər aparılan islahatlar nəticəsində əlillik artıq heç bir təmas olmadan internet vasitəsilə müəyyən edildikdən sonra, iddiaçının sənədləri elektron qaydada göndərilmiş və 2019-cu ildə ona əlillik müəyyən edilmişdir. Amma əlillik üzrə pensiyası yalnız 2019-cu ildən sonrakı tarixlərə verilir. Amma bu ilə qədər qanunsuzluqlar yolu ilə məhrum olduğu əlillik pulu ona verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Regional Ərazi X1 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Regional Ərazi Filialı- əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən sturuktur qurumudur. Lakin iş materiallarından görsənir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin 1 saylı Regional Ərazi Filialına müraciət etməmişdir. İddiaçı, 1994-cü ildən 2019-cu il tarixə kimi 3-cü qrup müharibə əlili kimi ona verilməli olan pensiya və müavinətin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cevabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı həmin tələblə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. İddiaçının iddia tələbində qeyri-müəyyənlik mövcuddur. İddiaçı eyni zamanda ona əmək pensiyası və müavinətlə bağlı tələblər irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti onun iradəsinə uyğun olaraq ziyanla bağlı kompensasiya tələbi kimi qəbul edilərsə, iddiaçı ziyanla bağlı kompensasiya tələbi ilə cavabdehin yerləşdiyi yerin məhkəməsinə müraciət edə bilər. İddiaçıya təyin edilmiş müavinətin təyin vaxtından narazı olduğu halda bunula bağlı həmin orqana müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, onun tələbi ziyanla bağlı kompensasiya tələbidirsə, iradəsi buna yönəlibdirsə, aidiyyət qaydalarına uyğun olaraq, ziyanla bağlı kompensasiya tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi inzibati məhkəməyə müraciət edə bilər. İddiaçıya təyin edilmiş müavinətin təyin vaxtından narazı olduğu halda bununla bağlı iddianın uğurluluq ehtimalınıda nəzərə alaraq, ona təyinat aparan orqana müraciət etməlidir. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdırkı, pensiya vəya müavinət təyin edilməsi ilə bağlı tələb öhdəliyin icrası sayıldığından, cavabdeh düzgün seçilərək, cavabdehin yerləşdiyi məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar