Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-987/2020 07.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdeh Dövlət X5 Şamaxı rayon şöbəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçının yanvar 1973–cü ildən xx xxxxxx 1996–cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda, xx xxxxxx 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və xx xxxxxx 1999–cu ildən xx xxxxxx 1999cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrlərə dair arxiv arayışlarına əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə Əmək pensiyası hesablanması üçün sənədlərini Şamaxı Regional “Asan xidmət” mərkəzi vasitəsilə Dövlət X5 Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Əmək kitabçasının olmaması əsasından Dövlət X5 Şamaxı rayon şöbəsi xx.xx.2020-ci il tarixdə onun yanvar 1973–cü ildən xx xxxxxx 1996–cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda ,xx xxxxxx 1997-ci ildən 1998-ci il tarixədək Məlikçobanlı kənd “Natəvan”adma sovxozda və xx xxxxxx 1999–cu ildən xx xxxxxx 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrlərə dair arxiv arayışlarına əsasən ona pensiya təyin olunmasından imtina etmişdir. Bildirilmişdir ki, işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məhkəmə qərarı tələb olunur. Belə ki, o xx xxxxxxx 1958–ci ildə Şamaxı rayonu Çarhan kəndində anadan olmuş, cəmisi 2–ci sinfə qədər oxumuş,1973-cü ilin yanvar ayından o da valideynləri ilə birlikdə üzüm bağında işləməyə başlamışdır. Həmin vaxtdan xx xxxxxx 1996-cı il tarixədək Çarhan kənd Kalinin adına sovxozda , xx xxxxxx 1997-ci ildən 1998–ci il tarixədək Məlikçobanlı kənd “Natəvan” adına sovxozda və xx xxxxxx 1999–cu ildən xx xxxxxx 1999-cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işləmişdir. Amma ona əmək kitabçası yazılmayıb. Lakin o həmin təsərrüfatlarda işləmiş və sosial sığorta fonduna da ödənişlər olmuşdur. Onun həmin yerlərdə işləməyini təsdiq edən arxiv arayışları da var . Belə olan halda ona pensiya təyin olunmalıdır. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının iştrakı olmadan baxılması mümükün hesab etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, rayonun Çarhan kəndində yaşayan İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etdiyi arxiv arayışlarına imtina edilmişdir. İmtinanın səbəbi Nəzakət Baxşıyevanın yanvar 1973-cü ildən xx xxxxxx 1996-cı il tarixədək Çarhan kənd “ Kalinin “ adına sovxozda xx xxxxxx 1997-ci ildən xx xxxx 1998–ci il tarixədək Məlikçobanı kənd “Natəvan” adına sovxozda və xx xxxxxx 1999–cu ildən xx xxxxxx 1999–cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün və eyni zamanda 1973-cü ildə işlədiyi zaman yaşının 15-dən aşağı olduğuna görə ona yaşa görə əmək pensiyası təyin olunmamışdır. Əsas: Əmək pensiyaları haqqında Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasında qeyd olunmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X3 eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 saylı imtina məktubu, etiraz ərizəsi, Şamaxı rayon Dövlət Arxivinin verdiyi arxiv arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması və əmək kitabçasının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X4 29 saylı, xx xxxxxx 2019-cu il tarixli arxiv arayışında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışda iddiaçının müəyyən dövrlərdə xx.xx.1973-xx.xx.1996-ci illərdə, Şamaxı rayon Çarhan kənd “Kalinin” adına kolxozda, xx.xx.1997-ci ildən xx.xx.1998–ci il tarixədək Məlikçobanı kənd “Natəvan” adına sovxozda və xx xxxxxx 1999–cu ildən xx xxxxxx 1999–cu il tarixədək Şamaxı rayon Mexanikləşdirmə müəssisəsində işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışlarda qeyd olunan 15 yaşının tamam olduğu xx xxxxxxx 1973-cü il tarixdən sonrakı dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, 15 yaşdan əvvəl şəxsin əməyə cəlb edilməsi digər hüquqi nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışlarına görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 61 il (6 ay) yaşında, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçıyaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin edilərək iddiaçının 15 yaşının tamam olduğu dövrdən, yəni xx xxxxxxx 1973-cü ildən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq edilən dövrlər onun pensiya təyinatının hesablanması zamanı nəzərə alınmalı və iddiaçıya hüququn yarandığı (61 il 6 ay) xx.xx.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı15 yaşının tamam olduğu dövrdən, yəni xx xxxxxxx 1973-cü ildən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq edilən dövrlər onun pensiya təyinatına hesablanaraq, ona hüququn yarandığı xx.xx.2020-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-987/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-987/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver