Məhkəmə qərarları › İş №2-1(118)-987/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-987/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-987/2023 21.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Qurbaliyevnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 və X7 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X6 və X7 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Qurbaliyevna cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 və X7 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X6 və X7 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon AlK-nin 1997-ci il 11 dekabr tarixli, 17/02 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətinə 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxt ona məlum olmuşdur ki, JN-351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,85 ha) hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir.Ona görə də həmin torpaq sahəsinin hər hansı hissəsinin digər şəxsin adına özgəninkiləşdirildiyi təqdirdə hansı əsasa görə verilməsi barədə xx.xx.2022-ci il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 351B (0,85 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-511a/2007 saylı qətnaməsinə və JN- 286 kod 30103018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X6 və X7 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, G(029)-357/2022 saylı cavab məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivində 2-511a/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin mövcud olmaması səbəbindən hər hansı sənədin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, JN- 351 KOD 30103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə mülkiyyətimə verilmiş 1,06 ha torpaq sahəsinin 351B (0,87 ha) hissəsinə X6 və X7 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Ona görə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 və X7 adına 0,89 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən işlənmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, iddiaçı müraciət etmiş onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Avaran kəndində yerləşən X7 adına hazırlanmış JN-286 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və həmin dövlət aktı əsasında verilmiş torpaq sahəsinə dair **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Qeyd edilir ki, iddia ərizəsində göstərilən X4 və X9 adına dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışda göstərilən 0.91 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi tələb olunan torpaq sahəsinə dair mülkiyyət hüququ X6 və X13 tərəfindən itirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki,İddiaçı Qurbaliyevnanm ləğv edilməsini xahiş etdiyi xx.xx.2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.91 hektar kənd təsərrüfatı təyinatlı torpaq şahəsi üçüncü şəxs X6 və X14 tərəfindən təxminən 5 il bundan əvvəl ona satılmış, hamin vaxtdan etibarən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin şəxslərin etibarnamə üzrə nümayəndəsi olan X8 ilə onun arasında 20 aprel 2018-ci il tarixli AN-İ ******* saylı 4Ə-688 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin alqı-satqı müqaviləsi əsasında isə həmin torpaq sahəsinə dair onun adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********69 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. X6 vəfat etmiş, X15 isə xeyli müddətdir yataq xəstəsidir. Bununla da, X4 və X10 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Ona görə də, artıq xitam verilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarış ləğv edilə bilməz. Bundan başqa, İddiaçı Qurbaliyevna 15 ildən artıqdır ki, Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına getmiş, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Həmin vaxtdan indiyədək həmin şəxs Azərbaycana gəlməmiş, ünvan 2 ünvanda yaşamamışdır. 15 il müddətində heç vaxt İddiaçı onun satın aldığı torpaq sahəsindən Ağadadaş Kəlovun istifadə etməsinə, daha sonra isə son beş ildə onun həmin torpaq sahəsindən istifadə etməyinə, ona sahiblik etməyinə heç bir etiraz etməmiş, hazırda da həmin şəxsin ona qarşı heç bir iddiası yoxdur. Həmin müddət ərzində onun tərəfindən həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edilmiş, bunu İddiaçı da bilmişdir.Belə ki, Gülmira Qurmaliyevanın torpaq sahəsi onun Ağadadaş Kəlovdan satın alaraq istifadə etdiyi torpaq sahəsindən aralıda yerləşir və uzun müddətdir ki, həmin torpaq sahəsini Gülmiranın qohumu Vahid adlı şəxs istifadə edir. Vahid adlı şəxs də onun torpaq sahəsini qanuni şəkildə satın aldığını yaxşı bilmiş, uzun müddət buna heç bir etiraz etməmişdir. Torpaq sahəsini o vicdanlı şəkildə müvafiq alqı-satqı müqaviləsi əsasında satın almış, alqı-satqı müqaviləsi bağlanarkən şəxs X4 və X11 torpaq sahəsinə dair mülkiyyət hüququ notariat orqanı tərəfindən yoxlanılmış, həmin şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirildiyi təsbit edilmişdir. Həmin vaxtadək qeyd olunan şəxslərin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ hər hansı şəkildə mübahisələndirilməmiş, reyestrdəki qeydlə bağlı etiraz olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə iddiaçının adlarına JN:351 KOD: 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair”’ Dövlət Aktına əsasən 1.06 ha pay torpaq sahəsi verilmişdir. Qeyd edilən JN:351 KOD: 30103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən adına mülkiyyət hüququna dair çıxarış almaq istədikdə onlara məlum olmuşdur ki, baza məlumatlarına əsasən dövlət reyestrindən digər şəxsin adına çıxarış işlənilərək rəsmiləşdirilmişdir. İddiaçı Gülmira X2 və X7 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən X6 və X7 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxslərin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin, araşdırma zamanı o da məlum olmuşdur ki, iddiaçının ləğv etmək istədiyi JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən X6 və X7 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarış verilmiş və həmin şəxslər alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini X1. Sonuncu da öz növbəsində xx.xx.2022-ci ildə **********69 reyestr nömrəli çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, X5 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının xx.xx.2022-ci ildə **********69 reysetr nömrəsi ilə qeydiyyata alınmasına əsas xx.xx.2008ci il tarixli, **********69 reyestr nömrəli çıxarış olmuşdur. X18 verilmiş 3-48-30RA/1-Q-2xxxx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “Şərq” sovxozu bazası əsasında yaranmış Avaran BKT-da əmlak payı düşən ailələrin siyahısında Gülmira Qurbalıyevanın daı qeyd olunmuş və ona əmlak payı bağ sahəsi kimi 0.74 ha torpaq sahəsi ayrılmışdır. X18 verilmiş 3-48-30RA/2-xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan isə müəyyən olunur ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə İddiaçı 1.06 ha torpaq sahəsinin ayrılmasına dair məlumatlar mövcud deyildir.Başqa sözlə desək iddiaçının iddia etdiyi və başqa şəxsin sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşən 1.06 ha torpaq sahəsinin iddiaçıya ayrılması barədə rəsmi sənəd mövcud deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qurbaliyevnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X6 və X7 adına 0,87 ha torpaq sahəsinə dair JN-286 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X6 və X7 adına 0,89 ha torpaq sahəsinə verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar