Məhkəmə qərarları › İş №2-1(118)-989/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-989/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-989/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 X1 Baş İdarəsinə qarşı “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********) və “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 X1 Baş İdarəsinə qarşı iddia qaldıraraq xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********) və “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya polis idarəsindən zəng gəlmiş və bildirilmişdir ki, məhkəmə icraçısı onu axtarışa vermişdir. Bununla bağlı məhkəmə icraçısı Orxan müəllimin yanında olduqda iddiaçıya məlum olmuşdur ki, onun adına vergi orqanında 4 hüquqi şəxs qeydiyyatdan keçib. Belə ki, xx.xx.2018-ci il tarixdə iddiaçının təsisçisi və rəhbəri olduğu 4 hüquqi şəxsxxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC (VÖEN **********) elektron qaydada təsis edilmiş və vergi orqanında qeydiyyatdan keçirilmişdir. İddiaçı qeyd edir ki, adları yuxarıda qeyd olunan hüquqi şəxslərin fəaliyyətindən heç bir zaman xəbəri olmamış, həmin hüquqi şəxslərin fəaliyyətində bir gün də olsun istirak etməmişdir. İddiaçı hesab etmişdir ki, xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********), “xxxx” MMC (VÖEN **********) və “xxxx” MMC (VÖEN **********) heç bir zaman tərəfindən idarə edilmədiyindən, cəmiyyətlərin fəaliyyətindən hərhansı gəlir götürmədiyindən və ümumiyyətlə həmin cəmiyyətlərlə əlaqəsi olmadığından, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməli və cəmiyyətlərin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru kimi faktiki rəhbərin adı rəsmiləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, inzibati orqana yeni müraciət etmişdir, cavabını hələ almamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********), “xxxx” MMC-nin (VÖEN **********) və “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik etdiyi halda isə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar