Məhkəmə qərarları › İş №2-1(118)-99/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-99/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-99/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu, Cimi kəndində yaşayan) və iddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosunda vəkil işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Quba rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıya 52 yaşdan, yəni 09 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-1022/2019 saylı 03 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-591/2019 saylı 27 noyabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1022/2019 saylı 03 iyun 2019cu il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Daha sonra cavabdeh prosessual hüququ varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, iddiaçı xx xxxxxx 1964-cü ildə doğulmuş, 12 mart 1985-ci ildən əmək fəaliyyətinə başlayaraq 31 oktyabr 2006-cı il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Bu qanunsuzdur və sosial təminat hüququnu pozmuşdur. İddiaçının nümayəndəsi Vəkil iddiaçının izahatını müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13 maddəsinin (a) bəndinin İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. “Azmənzilsənayetikintitəmir” birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsinin arayışından görünür ki, iddiaçı 02.09.1985 - 30.12.1998-ci ilədək işlədiyi peşə Nazirlər Kabinetinin qərarının 1 nömrəli siyahısı üzrə 1080A010 şifrəsi ilə güzəştli pensiya hüququ verən peşələrə aiddir. Lakin həmin arayışda nömrə və tarix, iddiaçının işlədiyi peşənin adı qeyd edilməmiş, bundan başqa həmin qeuydlr əmək kitabşçasındakı qeydlərlə üst-üstə düşmür. Beləliklə, iddiaçının tələb olunan 10 il xüsusi staja malik olması təsdiq olunmadığından onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. İş materiallarına əlavə edilmiş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 11.09.1958-ci il təvəllüdlüdür. - -“Azmənzilsənayetikintitəmir” birliyinin nəzdində Təmir Tikinti Təhcizat İdarəsi tərəfindən verilmiş arayışdan və 06.06.20217-ci il tarixli əmək haqqı cədvəlləridən görünür ki, İddiaçı 03.09.1985-ci ildən 30.12.1998-ci ilədək Təmir Tikinti Təhcizat İdarəsi adından idarətəmirçi sənətində adıçəkilən kimya obyektlərində zərərli və xüsusi zərərli iş şəraitində işləmiş və əmək haqqı almışdır. - -TTTİ-si tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı 12.03.1985-ci il- 2006-cı illərdə həmin idarədə işləmiş və əmək haqqı almışdır. - -Təmir Tikinti Təhcizat İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən həmin idarədə təmirçi çilingər sənətində Zavod” ŞK” sex P-7,Zavod “ŞK” Sex 50 və Zavod “ŞK” E-2 kimya obyektlərində zərərli və xüsusi ilə zərərli iş şəaitində işləmişdir. - - Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 07 may **********43100 saylı məktubdan görünür ki, Hüquqi şəxslərin dövlət reyestrində ünvan 3 ünvanında Azərbaycan Respublikası "Azmənzilsənayetikintitəmir" Birliyinin Cəbrayıl Təmir Tikinti İdarəsi (VÖEN **********) aşkar edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən verilmiş 12.02.2021-ci il tarixli **********0 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından məktubda qeyd edilən məsələlərə münasibət bildirilməsi mümkün deyildir. - Məhkəmə sorğusuna əsasən DSMF-nin 2 saylı Regional Ərazi filial tərəfindən verilmiş 09.02.2021-ci il tarixli **********3 saylı cavab məktubundan görünür ki, - Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filial tərəfindən verilmiş 48 saylı 17.06.2020-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı 2-1(118)-680/2020 saylı “02”06.2020-cı il tarixli sorğunuza cavab olaraq bildirir ki, sorğu edilən “Azərmənzilsənayetikintitəmir” Birliyinin nəzdındə Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güşəztli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göstərilən normaya 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kimi12.03.1985-ci il tarixdən 31.10.2006-cı il tarixədək “Azmənzilsənayetikintitəmir” Birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsində işləməsinə əsaslanır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təmir Tikinti Təchizat İdarəsi tərəfindən verilmiş arayışda nömrə və tarix qeyd edilməmişdir. həmin idarə tərəfindən verilmiş digər arayışda İddiaçı işlədiyi peşə göstərilməmişdir. Əmək kitabçasında aparılan qeydə görə İddiaçı 12.03.1985-ci il tarixdən 31.10.2006-cı il tarixədək eyni idarədə , yəni “Azmənzilsənayetikintitəmir” Birliyinin nəzdində Təmir Tikinti Təchizat İdarəsində işləmişdir. belə olan halda həmin müəssisə tərəfindən verilən arayışda nə səbəbdən onun yalnız 02.09.1985-ci ildən 30.12.1998-ci il tarixədək işlədiyi dövrün güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının göstərilməsi anlaşılan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq ediləm Siyahının 8-ci bölməsi üzrə müvafiq peşə və vəzifə kimi fəhlə, rəhbər və mütəxəssislər nəzərdə tutulmuşdur. İddiaçının əmək kiabçasında isə onun çilingər işləməsi qeyd olunmuşdur. Bu da o deməkdir ki, iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Beləliklə müəyyən olunur ki, iddiaçının 20 ildən yuxarı ümumi iş stajı olsa da, 1 saylı siyahı üzrə xüsusi iş stajı 10 il təşkil etmir ki, bu da 52 yaşdan 1 saylı Siyahı üzrə pensiya hüququnun yaranmasına (10 il xüsusi iş stajı olmadığından) əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilən Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bununla bağlı iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar