Məhkəmə qərarları › İş №2-1(118)-990/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-990/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-990/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İcraatımda İddiaçı Abşeron rayonu Mehdiabad bələdiyyəsinə qarşı “Abşeron rayon Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08 saylı iclas protokolunun qərarına əsasən ona verilən 0,06 ha torpaq sahəsi barədə torpaq sahəsinin verilməsi barədə Abşeron rayon Mehdiabad bələdiyyəsinin qərarının, torpaq sahəsinin verilməsi Abşeron rayon İcra Hakimiyyətinin Torpaq şöbəsinin razılığının, torpaq sahəsinin verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin razılığı, torpağın verilməsi barədə təhkim aktının, alqı-satqı aktının, torpaq sahəsinin cizgi planının tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayon Mehdiabad bələdiyyəsinə qarşı iddia qaldıraraq qarşı “Abşeron rayon Mehdiabad bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08 saylı iclas protokolunun qərarına əsasən ona verilən 0,06 ha torpaq sahəsi barədə torpaq sahəsinin verilməsi barədə Abşeron rayon Mehdiabad bələdiyyəsinin qərarının, torpaq sahəsinin verilməsi Abşeron rayon İcra Hakimiyyətinin Torpaq şöbəsinin razılığının, torpaq sahəsinin verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin razılığı, torpağın verilməsi barədə təhkim aktının, alqı-satqı aktının, torpaq sahəsinin cizgi planının tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar