Məhkəmə qərarları › İş №2-1(118)-992/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-992/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-992/2022 06.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini-X5 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ Müdafiə nazirinin müavini-X5 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edərkən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Yoxlama zamanı hərbi hissənin bölmələrində mənəvipsixoloji təminat üzrə nöqsanlar və çatışmazlıqlar aşkar olunmamış, fərdi qaydada iştirak etdiyi bütün məqbullardan müsbət qiymətlər aldığına baxmayaraq yoxlamanın nəticələrinə görə tərtib olunmuş əmrdə ona “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan olunmuş və 2000 manat məbləğində maddi məsuliyyətə cəlb olunmuş və ondan 2000 manat pul tutulmuşdur. Həmçinin onun 2-ci məharət dərəcəsi ləğv edilmişdir. Onun barəsində verilmiş intizam cəzasının və 2000 manat tutqunun ləğv olunması xahişi ilə xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə və N N-li hərbi hissənin (X3) “İdeoloji iş və X4 şöbəsinin rəisi”nə raportla müraciət etmiş, lakin həmin raportun N nömrəli hərbi hissədə qeydiyyata alınmasından imtina edilmişdir.Lakin raportları cavablandırılmamış və nəticəsiz qalmışdır.Raportlarının cavablandırılmadığını görərək iddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə və xx.xx.2021-ci il tarixdə isə N N-İİ hərbi hissənin “İdeoloji iş və X4 şöbəsinin rəisi”nə və yenidən raportla müraciət etmiş, lakin bu müraciətləri də indiyədək cavabsız və nəticəsiz qalmışdır. Bundan sonra o bu raportunun cavablandırılmadığını görərək xx.xx.2021-ci il tarixdə yuxarı instansiyaya- Müdafiə Nazirinə və N nömrəli hərbi hissə komandirinə şikayət ərizəsi ilə müraciət edərək N nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ona aid hissəsində ləğv olunmasını xahiş etmiş, lakin bu müraciətləri də indiyədək cavablandırılmamışdır. Hesab edir ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli müvafiq əmri Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 947 saylı Qanunu İlə təsdiqlənmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin və Müdafiə Nazirinin 96 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinin tələbləri ilə ziddiyyət təşkil edir və onun tərəfindən dövlətə heç bir formada ziyan vurulmamışdır. Həmçinin o əsassız olaraq 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı səbəblərə görə ehtiyatda olan polkovnik-leytenant İddiaçı iddia ərizəsində göstərilənləri əsassız hesab edirlər. Belə ki, e.o polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin ideoloji iş və X4 üzrə müavini vəzifəsində xidmət edərkən 13 aprel - 04 may 2021-ci il tarixlərdə X1 Hərbi İnspeksiyası tərəfindən həmin hərbi hissə və onun tabeliyində olan 299, 399, N və N nömrəli hərbi hissələrdə İnspeksiya yoxlaması aparılmış, ümumilikdə döyüş hazırlığının vəziyyəti “qeyri-kafi” qiymətləndirildiyinə görə, ümumi bal hesablanmamış və hərbi hissə “kateqoriyadan xaric" qiymətləndirilmişdir. Azərbaycan respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsində hərbi qulluqçuların komandir və rəis heyətinin vəzifələri qeyd olunmuşdur. Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavininin (hazırki hərbi hissə komandirinin ideoloji iş və X4 üzrə müavini) vəzifələri qeyd olunan nizamanamənin 68 və 69-cu maddələrində göstərilmişdir. İnspeksiya yoxlaması zamanı müəyyən olunmuşdur ki, e.o. polkovnik-leytenant İddiaçı tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə yetirilməsinə, alayda (briqadada) döyüşə daimi hazırlığın saxlanmasına, döyüş tapşırıqlarının yerinə yetirilməsinə, şəxsi heyətin hərbi intizamının və mənəvi-psixoloji vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etməmiş, nəticədə hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı aşağı səviyyədə olmuşdur. Həmçinin, Azərbaycan Ordusunda ideoloji otaqların təbliğat və təşviqat işinin mərkəzi hesab olunduğu, tərbiyəvi işin təşkilində istifadə etmək üçün yaradıldığı halda, N nömrəli hərbi hissədə ideoloji otaqda çayxana təşkil edilmiş, anti-sanitariya vəziyyətində saxlanılmış, istifadə olunmuş konfetlərin kağızları yığışdırılmamışdır. Həmin otaq hərbi hissə növbətçisinin xidmət apardığı yerə yaxın olmasına baxmayaraq nəzarət olunmamışdır. Bölmələrdə döyüş hazırlığının, qoşun xidmətinin və hərbi intizamın təhlilinə dair yekunların protokolları Müdafiə nazirinin 28 avqust 2018-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Azərbaycan Ordusunda əməliyyat və döyüş hazırlığının, qoşun xidmətinin və hərbi intizamın təhlilinə dair yekunların keçirilməsi haqqında Təlimafın tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Qeyd olunanlardan da görünür ki, e.o. polkovnik-leytenant İddiaçı nizamnamə ilə üzərinə qoyulan vəzifələri tam həcmdə yerinə yetirməmiş, buna görə də inspeksiya yoxlaması zamanı onun xidmətinə aid nöqsanlar aşkar edilmiş, Mənəvi-Psixoloji təminat “qeyri-kafi” qiymətləndirilmişdir. Buna görə də Müdafiə nazirinin müavini-X5 Komandanının 15 may 2021 -ci il tarixli, N nömrəli əmri ilə ona və digər bir neçə rəhbər vəzifəli şəxslərə “Hərbi hissədə döyüşə hazırolma və döyüş hazırlığının təşkilinə laqeyd münasibət göstərdiklərinə, gündəlik fəaliyyəti və zəruri təminatı rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq təşkil edə bilmədiklərinə, döyüşə və səfərbərliyə hazırlığın artırılması, intizam və mənəvi-psixoloji vəziyyətin möhkəmləndirilməsi üçün lazımi tədbirlər görmədiklərinə və bununla da inspeksiya yoxlaması zamanı hərbi hissə ümumilikdə “qeyrikafi” qiymətləndirildiyinə görə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndində Müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verildikdə onun malik olduğu məharət dərəcəsinin 2 pillə aşağı endirilməsi göstərilmişdir. E.o. polkovnik-leytenant İddiaçı da verilmiş bu növ cəza Müdafiə nazirinin müavini- X5 Komandanı tərəfindən verildiyinə görə onun məharət dərəcəsi 2 pillə aşağı endirilmiş, yəni malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilmişdir. Buradan da görünür ki, onun xx.xx.2021 -ci il tarixli, 076 nömrəli əmrlə malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilməsi tam qanuni və əsaslıdır. Bundan başqa, e.o. polkovnik-leytenant İddiaçı onun qanunsuz olaraq maddi məsuliyyətə cəlb olunduğunu bildirmişdir. N nömrəli hərbi hissənin İnspeksiya yoxlaması zamanı yoxlamaya cəlb olunan şəxsi heyət və texnika döyüşə hazır olmamış, yoxlama atış çalışması zamanı şəxsi heyət təyin olunmuş hədəfləri vura bilməmişdir. Nəticədə, 396 ədəd 484.11 manat dəyərində 7.62 mm patron, 168 ədəd 1958.46 manat dəyərində 12.7 mm patron və 12 ədəd 39372 manat dəyərində 125 mm tank mərmisi israf olunmuşdur. Şəxsi heyətin hədəfləri vura bilməməsi inspeksiya tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, atəş hazırlığı üzrə məqbulların qəbulu zamanı tanklar döyüş tətbiqinə hazır olmamış, vəzifəli şəxslər tərəfindən tankların silahları normal döyüş vəziyyətinə gətirilməmiş (sıfırlama aparılmamış) və buna nəzarət olunmamışdır. Hərbi hissənin vəzifəli şəxsləri hərbi hissənin döyüş hazırlığı səviyyəsini yüksəltmək üçün hər hansı bir iş görməmiş, bunun üçün nizamnamə ilə onların üzərinə qoyulan vəzifələri layiqincə icra etməmişlər. “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin 6cı maddəsində göstərilmişdir ki, “Hərbi qulluqçular və toplanışa çağırılmış vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, ... maddi məsuliyyət daşıyırlar” .Həmin Əsasnamənin 3-cü bəndində isə qeyd olunub ki, “Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb olunub-olunmamasından asılı olmayaraq ödənilir”. Həmçinin, Əsasnamənin 14-cü maddəsində göstərilmişdir ki, “Zərər aşkar edildikdə hərbi hissə, müəssisə, hərbi məktəb, idarə və təşkilatların komandirləri (rəisləri) zərərin başvermə səbəblərinin, onun miqdarının və təqsirli şəxslərin müəyyən edilməsi üçün dərhal inzibati təhqiqat təyin edirlər.Təhqiqat bir ay müddətində başa çatmalıdır. Lazımi hallarda yuxarı komandir (rəis) bu müddəti bir aydan artıq olmayaraq uzada bilər.Zərərin başvermə səbəbləri, miqdarı və təqsirli şəxslər təftiş, yoxlama, təhqiqat, istintaq və ya məhkəmə tərəfindən müəyyən edildikdə inzibati təhqiqat aparılmaya bilər”.İnspeksiya yoxlaması zamanı təqsirkar şəxslər müəyyən edildiyindən həmin fakt üzrə araşdırma aparılmamış, İnspeksiya rəisinin Müdafiə nazirinin müavini-X6 Komandanına təqdim etdiyi Arayış-Məruzədə N nömrəli hərbi hissədə döyüş sursatlarının israfçılıqla istifadə olunmasına görə dövlətə dəymiş maddi ziyanın yoxlama zamanı müəyyən edilmiş təqsirkar şəxslər arasında bölüşdürülməsi təklif olunmuşdur. Bölmələrin döyüşə və döyüş hazırlığının, şəxsi heyətin intizamı və mənəvipsixoloji vəziyyətinin aşağı səviyyədə olması, silah və texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılmaması, silahların normal döyüş vəziyyətinə gətirilməməsi nəticəsində döyüş sursatlarının israf edilməsinə səbəb olduqlarına və hərbi hissə inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə bunda məsuliyyət daşıyan vəzifəli şəxslər müəyyənləşdirilmiş və onların maddi məsuliyyətə cəlb olunmaıs xahiş edilmişdir. E.o. polkovnik-leytenant İddiaçı da həmin şəxslərin siyahısında olduğundan maddi- məsuliyyətə cəlb olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi e.o. p/l-nt İddiaçı xidməti vəzifələrini layiqincə, yerinə yetirmədiyinə görə Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin intizam Nizamnaməsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb olunmuş, həmin intizam məsuliyyətinə cəlb olunduğu üçün “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq malik olduğu məharət dərəcəsindən məhrum edilmiş və “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq da nizamnamə ilə üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməməsi nəticəsində yol verilmiş israfçılığa görə də maddi məsuliyyətə cəlb olunmuşdur. 2020-ci ilin sentyabr ayından başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etməsi uğrunda aparılan döyüş əməliyyatlarından İnspeksiya yoxlamasınadək 7 ay keçməsinə baxmyaraq N nömrəli hərbi hissənin vəzifəli şəxsləri hərbi hissənin balansında olan ən müasir tankaların və silahların döyüşə hazır olmasına nəzarət etməmiş, qəfil yarana biləcək hər hansı bir döyüş əməliyyatına hazır olmamışlar.Həmin zabitlər nizamnamələrlə üzərlərinə qoyulmuş xidməti vəzifələrini icra etməyərək hərbi hissənin döyüşə hazır olması üçün səy göstərməmiş, həmçinin tabeliklərində olanların da döyüş hazırlığına nəzarət etməmişlər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmrlər qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan müdafiə nazirinin müavini-X5 Komandanının xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərindən özünə aid olan hissədə narazı qalan iddiaçı yuxarı instansiya qaydasında oktyabr 2021-ci ildə Müdafiə nazirinə şikayət etmiş, lakin yuxarı instansiya orqanı iddiaçının müraciətinə cavab verməmişdir. İddiaçının yuxarı instansiya orqanına şikayət etməsi onun müvafiq əmrləri məhkəmədə mübahisələndirməsinə maneə törətmir. Mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı 31 may 2021-ci ildə tanış olmuş, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci ildə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Müdafiə nazirinin müavini-X5 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin özünə aid hissəsində ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini-X5 Komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli, N nömrəli və 076 nömrəli əmrlərinin iddiaçıya aid olan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar