Məhkəmə qərarları › İş №2-1(118)-993/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-993/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-993/2022 08.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, XN oğlunun katibliyi ilə, İddiaçı. Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin, iddiaçının xx.xx.NN-ci il və xx.xx.NN-ci il tarixli müraciətlərinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, AR Müdafiə Nazirliyinin müavini-X3 Komandanının (N №-li hərbi hissə) xx.xx.NN-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması və AR Müdafiə Nazirliyindən hüquqi yardıma görə ödədiyi N00 manat pulun tutularaq ona ödənilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin, iddiaçının xx.xx.NN-ci il və xx.xx.NN-ci il tarixli müraciətlərinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, AR Müdafiə Nazirliyinin müavini-X3 Komandanının (N №-li hərbi hissə) xx.xx.NN-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması və AR Müdafiə Nazirliyindən hüquqi yardıma görə ödədiyi N00 manat pulun tutularaq ona ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N №-li hərbi hissədə “hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi” vəzifəsində xidmət edərkən hərbi hissədə xx.xx.NN -ci il tarixdən xx.xx.NN-ci il tarixədək N №-li hərbi hissənin inspeksiyası tərəfindən yoxlama keçirilmişdir. Keçirilmiş yoxlamanın nəticələrinə görə N №-li hərbi hissə komandirinin N №- li, xx.xx.NN-ci il tarixli müvafiq əmri ilə guya dövlətə vurduğu maddi ziyana görə ondan 2500 manat pul tutulmuşdur. Lakin onun vurduğu ziyanın nədə ifadə olunması ona aydın deyildir. İddiaçı əmrlə razı olmadığına görə xx.xx.NN-ci il tarixdə komanda üzrə raportla N №-li hərbi hissə komandirinə müraciət edərək ondan 2500 manat pul vəsaitinin tutulması haqqında N №- li hərbi hissə komandirinin N №-li, xx.xx.NN-ci il tarixli əmrinin ona aid hissəsində ləğv olunmasını xahiş etmişdir. Lakin raportu bu günədək cavablandırılmamış və şikayət etdiyi əmr ona aid hissədə ləğv olunmamışdır. Baxmayaraq ki, poçt xəbərnaməsinə əsasən xx.xx.NN-ci il tarixli raportu xx.xx.NN -ci il tarixdə ünvanına çatdırılmışdır. Bundan sonra o, bu raportunun cavablandırılmadığını görərək xx.xx.NN-ci il tarixdə yuxarı instansiyaya-AR Müdafiə Nazirinə və N №-li hərbi hissə komandirinə şikayət ərizəsi ilə müraciət edərək N №-li, xx.xx.NN-ci il tarixli əmrin ona aid hissəsində ləğv olunmasım xahiş etmişdir. Lakin bu müraciəti də indiyədək cavablandırılmamışdır. İddiaçı hesab edir ki, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.NN-ci il tarixli müvafiq əmri Azərbaycan Respublikasının xx.xx.N995-ci il tarixli 947 saylı Qanunu ilə təsdiqlənmiş "‘Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin və AR Müdafiə Nazirinin 96 №-li, xx.xx.2000-ci il tarixli əmrinin tələbləri ilə ziddiyyət təşkil edir və onun tərəfindən dövlətə heç bir formada ziyan vurulmamışdır. Bu Əsasnamə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətin əsaslarını, vurulan ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydalarını tənzimləyir. N. Azərbaycan Respublikasının N0 yanvar N995-ci il tarixli 947 saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnaməyə müvafiq olaraq hərbi hissənin, müəssisənin, hərbi tədris müəssisəsinin, Müdafiə Nazirliyinin müəssisə və təşkilatının komandiri (rəisi) inzibati təhqiqatın nəticələrinə əsasən dövlətə vurulmuş ziyanın ödənilməsi üçün təqsirkar hərbi qulluqçudan, hərbi inşaatçıdan, yaxud toplanışa çağırılmış hərbi vəzifəlidən müvafiq məbləğin tutulması haqqında əmr verir.

7. Maddi və pul vəsaitlərinin çatışmaması, məhv edilməsi, zədələnməsi, korlanması, israfçılığı, oğurlanması, qanunsuz istifadə edilməsi və hesabdan silinməsi faktlan aşkar edildikdə, vurulmuş zərərin, səbəbini, onun həcmini və təqsirkar şəxsləri müəyyən etmək üçün inzibati təhqiqat aparılır. İnzibati təhqiqatın nəticələri yazılı şəkildə sənədləşdirilir. Əgər zərərin səbəbləri və həcmi, eləcə də təqsirkar şəxslər müfəttiş yoxlaması, dindirmə, istintaq, yaxud məhkəmə yolu ilə müəyyən edilmişdirsə, təhqiqat aparılmaya bilər, inzibati təhqiqat nəticəsində bu məlumatlar müəyyən edilməlidir: maddi ziyan nədən ibarətdir və onun pul şəklində ifadəsi nə qədərdir; ziyan konkret olaraq hansı qeyridüzgün əməllər nəticəsində vurulmuşdur; bu zaman hansı qanunlar, hərbi nizamnamələr, əmrlər,, təlimatlar və müəyyən edilmiş başqa qaydalar pozulmuşdur, ziyan qəsdən vurulmuşdur, yoxsa ehtiyatsızlıq üzündən; ziyanın vurulmasına səbəb hərbi quluqçunun, hərbi inşaatçının, hərbi toplantıya çağnlmış hərbi vəzifəli şəxsin hərəkətləri (hərəkətsizliyi) olmuşdurmu; ziyan bir neçə şəxs tərəfindən vurulmuş olduqda onlardan hər birinin təqsirinin dərəcəsi; həmin vaxt təqsirkar şəxs öz xidməti vəzifəsində olmuşdurmu hansı şərait zərərin vurulmasına gətirib çıxarmışdır. Bütün hallarda təqsirkarın yazılı izahatı inzibati təhqiqat materialanna əlavə edilir. Lakin iddiaçı barəsində heç bir inzibati araşdırma aparılmamış və ondan izahat alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, izah edilmişdir ki, iddiaçı onun barəsində qəbul edilmiş əmri mübahisələndirilir. İddia mübahisələndirmə haqqında iddiadır və həmin iddialara iddia müddəti şamil olunur. əgər üzülü səbəbdən müddətin ötürülməsi halında iddia müddətinin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ vardır. İddiaçı bildirmişdir ki, maddi ziyanın məbləği üzrə bölgü düzgün müəyyən olunmamışdır. O, 2500 manatın ona aid hissəsindən narazıdır. Qərar qəbul edilən zaman onunla tanış olmuşdur. Daxili Xidmət Nizamnaməsinə uyğun olaraq komandirə raport yazmışdır. Baxılmamışdır. N il onu gecikdirmişdirlər. Tərxis oluna bilməmişdir. Döyüş əməliyyatları getdiyi üçün raport yaza bilməmişdir. Onun tərxis olunmasından sonra 2500 manat məbləğ birdəfəlik işdən çıxarılma müavinətindən tutulmuşdur. Heçbir qanunda işdənçıxarma müavinətindən birdəfəlik tutulma nəzərdə tutulmamışdır. Həmin məbləğ birdəfəlik tutulmasa idi məhkəməyə müraciət etməzdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N5 avqust N998-ci il tarixdən hərbi xidmətə başlamış və N0 avqust NN-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “j" bəndinə əsasən ehtiyata buraxılmışdır. Qeyd etmək istəyir ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiasını əsassız hesab edir: Belə ki, X3 komandanının (N00 nömrəli hərbi hissənin komandiri) N5 may NN-ci il tarixli əmrində göstərilmişdir: Hərbi İnspeksiya tərəfindən N3 aprel - 04 may NN-ci il tarixlərdə N99, 299, 399, N və N nömrəli hərbi hissələrdə döyüşə hazırolma, qərargahın fəaliyyəti, döyüş hazırlığının, maddi-texniki təminatın vəziyyəti, qoşun xidmətinin təşkili və aparılması, intizam və mənəvi-psixoloji vəziyyət, əvvəl keçirilmiş yoxlamalarda aşkar olunmuş nöqsanların aradan qaldırılması • yoxlanılmış və yoxlamanın nəticələrinə görə hərbi hissə ümumilikdə (qeyri-kafi) qiymətləndirilmişdir. Yoxlama zamanı komandir hazırlığı üzrə məşğələlərin keyfiyyətsiz keçirildiyi və nəticə əldə olunmadığı aşkar olunmuş, zabit, gizir və çavuşların peşə hazırlığı aşağı olmuş, bütün təbəqəli komandir-rəis heyətinin müasir döyüşün real şəraitində bölmələrlə və silahlarla idarəetmə üzrə vərdişlərinin təkmilləşdirilməsi zəif təşkil edilmiş, məqbullara cəlb olunmuş bölmələrdən komandir hazırlığı üzrə, ümumqoşun hazırlığı üzrə, taktiki (taktiki-xüsusi) hazırlıq üzrə atəş hazırlığı üzrə, maşınsürmə üzrə, sıra hazırlığı üzrə fiziki hazırlıq üzrə “qeyri-məqbul" qiymətləndirilmişdir. 299-cu əlahiddə tank taborunun (İddiaçı idarə etdiyi) silahlanmasında ən müasir silahların olmasına baxmayaraq şəxsi heyətin döyüş hazırlığının qeyriqənaətbəxş olduğuna və silahlar döyüş tətbiqinə daima hazır olmadığına görə döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olmadığı müəyyən olunmuşdur. Bölmə komandirləri tabelikdə olan texnika və silahları dərindən öyrənməmiş, cari təmir tələb edən nasazlıqların qısa müddətdə aradan qaldırılması üzrə praktiki bacarıqları, atış kursunun tələblərinə uyğun metodiki hazırlığı, məşğələnin təşkili və keçirilmə vərdişləri, komandaların düzgün verilməsi qənaətbəxş olmamış, silahların hissə və mexanizmlərinin işinin və atış qaydalarının öyrədilməsi aşağı səviyyədə təşkil olunmuş, tankların silahlarının normal döyüş vəziyyətinə gətirilməsini, atış qaydalarını, mərmilərin düzgün yüklənilməsini, mərmilərin Yüklənilməsi zamanı aşkar olunan ləngimələrin qısa müddətdə aradan qaldırılmasını və silahların hədəfə tuşlanmasını zəif yerinə yetirmiş, nişangahlara və silahlara düzəlişlərin verilməşi üzrə praktiki vərdişləri gənaətbəxş olmamışdır (299 nömrəli hərbi hissədə). Tank komandirləri və tuşlayıcı- operatorları texnikanın silahlarını, nişangahlarını, müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, təyinatını, onun ayrıayrı hissə və mexanizmlərinin iş prinsipini, silahların normal döyüş vəziyyyətinə gətirilməsi qaydalarını zəif bilmiş, hava hədəflərinə atəş açma bacarıqları zəif olmuşdur (299 hərbi hissədə). Atəş hazırlığı üzrə məqbulların qəbulu zamanı tanklar döyüş tətbiqinə hazır olmamış, vəzifəli şəxslər tərəfindən tankların silahları normal döyüş vəziyyətinə gətirilməmiş, atışın rəhbəri və tank heyətləri rabitə intizamına, radiorabitə vasitələrində danışığ qaydalarını bilmədiklərinə və ardıcıllığa riayət etmədiklərinə görə atışın rəhbəri heyətləri idarə edə bilməmiş, heyətlərin praktiki vərdişləri zəif olduğuna və təhlükəsizlik qaydaları kobud şəkildə pozularaq mərmilər hədəf sahəsinin hüdudlarından kənara çıxdığına görə atəş hazırlığı “qeyri-kafi” qiymətləndirilmiş, mərmilərin israfçılıqla istifadə olunmuş və nəticədə dövlətə cəmi 4N,8N4 (qırx bir min səkkiz yüz on dörd) manat 57 qəpik məbləğində maddi zərər vurulmuşdur (299 və N nömrəli hərbi hissələrdə). Göstərilən nöqsanlar döyüşə hazırolma və döyüş hazırlığının təşkilinə hərbi hissə komandanlığı tərəfindən laqeyd münasibətin nəticəsində yaranmış, gündəlik fəaliyyət və zəruri təminat rəhbəredici sənədlərin tələblərinə uyğun olarag təşkil edilməmiş, döyüşə və səfərbərliyə hazırlığının artırılması, intizam və mənəvi-psixoloji vəziyyətin möhkəmləndirilməsi üçün lazımi tədbirlər görülməmişdir. İddiaçı 2500 manat məbləğində maddi məsuliyyətə cəlb olunması tabeliyində olan taborun döyüşə və döyüş hazırlığının, şəxsi heyətin intizamı və mənəvi- psixoloji vəziyyətinin aşağı səviyyədə olması, silah və texnikanın daima döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılmaması, silahların normal döyüş vəziyyətinə gətirilməməsi nəticəsində döyüş sursatlarının israf edilməsinə səbəb olduqlarına görə olmuşdur. Dövlətə vurulmuş maddi ziyan “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq hesablanmış və vəzifəli şəxslər tətəfindən qanuni əsaslarla ödənilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin NN7ci maddəsi: Tabor qərargahının rəisi: Tabor qərargahının rəisi sülh və müharibə dövründə tabor bölmələrinin idarə olunmasının təşkilinə və saxlanmasına, taborun döyüşə hazırlığına, döyüş və ictimai-siyasi hazırlığın planlaşdınlmasına və uçotuna, bilavasitə tabeliyində olan şəxsi heyətin hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə, taborun şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyətinə cavabdehdir. O, tabor komandirinə tabedir, onun müavinidir və taborun bütün şəxsi heyətinin birbaşa rəisidir. NN8-ci maddəsi: Tabor qərargahının rəisinin vəzifəsidir: alay (briqada) planı və tabor komandirinin göstərişləri əsasında taborun döyüş və ictimai-siyasi hazırlıq planını işləyib hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək; tabor bölmələrinin döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq; taborun şəxsi heyəti ilə məşğələlər aparmaq, bilavasitə tabeliyində olan bölmələrin hazırlığına rəhbərlik etmək, həmçinin taborda rabitə vasitələrinin vəziyyətini və döyüşə hazırlığım yoxlamaq; tabor qərargahının, həmçinin bilavasitə tabeliyində olan bölmələrin zabitlərinin, gizirlərinin və çavuşlarının işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək; tabor bölmələrinin həqiqi vəziyyətini, mövqeyini və onların qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinin gedişini daim bilmək; tabor komandiri və böyük rəislər tərəfindən verilən bütün əmr və sərəncamların vaxtında və düzgün çatdırılmasını təmin etmək və onların yerinə yetirilməsini yoxlamaq; taborda rabitəni vaxtında təşkil və təmin etmək, həmçinin taborun şəxsi heyəti tərəfindən gizli idarəetmə tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; taborda daxili xidmətin aparılmasını təşkil etmək, sutkalıq naryada təyin olunanların hazırlığını və onlann xidməti yerinə yetirmələrini yoxlamaq; tabor bölmələrində olan adamların sayını bilmək; iki ayda bir dəfədən az olmayaraq, bölmələrdəki silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, ləvazimatın, həmçinin nizamnamələrin, təlimatların, tədris vasitələrinin və digər əmlakın vəziyyətini və uçotunu yoxlamaq; lazım olan məlumatları vaxtında hazırlayıb alayın (briqadanın) qərargahına göndərmək. Bundan başqa “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin N4-cü maddəsində göstərilmişdir: Zərərin baş vermə səbəbləri, miqdarı və təqsirli şəxslər təftiş, yoxlama, təhqiqat, istintaq və ya məhkəmə tərəfindən müəyyən edilmiş olduqda inzibati təhqiqat aparılmaya bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izah edilmişdir ki, mübahisələndirilən inzibati aktın qanuni olub-olmamasının yoxlanılmasından əvvəl iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Mübahisələndirilən inzibati akta iddia müddəti şamil olunduğundan ikin olaraq bu mümkünlük şərti yoxlanılmalıdır. Cavabdehin nümayəndəsi X4 məxfi sayılan sənədləri məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının müraciəti N iyun NN-ci il tarixdə N saylı hərbi hissənin komandirinə olmuşdur. Daxili Xidmət Nizamnaməsində müraciətin qaydaları mövcuddur. Hərbi Qulluqçu ilkin olaraq öz hərbi rəisinə müraciət edə bilər. Bu xidməti müraciətlərə aid edilir. İddiaçı hesab edirsə ki, onun hərhansı konstitusion hüququ pozulmuşdur, bu komandirin səlahiyyətində olmayan bir məsələdir. O həmin vaxtı məhkəməyə müraciət edə bilər. İddiaçının müraciətinin hərbi hissəyə daxil olması ilə bağlı hərhansı qeydiyyat mövcud deyildir. İddiaçı Əmrlə N6 may tarixində tanış olmuş, N iyun tarixində hərbi hissə komandirinə müraciət etmişdir. Lakin bundan sonra hərhansı hərəkət olmamışdır. Nəticədə tərxis olunmuşdur. 2N dekabr NN-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət ünvanlamışdır. 6 aydan artıq müddətdə boşluq mövcuddur. Raport yazıla bilər, lakin onun cavablandırılması yazılı qaydada olmur. Raportun kənarında dərkənar qoyulur. İddiaçının qeyd etdiyi raport böyük ehtimalla şifahi qaydada cavablandırılmışdır. İddiaçı barəsində olan Əmr məxfi sənəd olduğu üçün rəsmi qaydada təqdim edilmir. Maraqlı şəxs əmrlə tanış edilir, oxuyur, imza edir. İddiaçının məxfi sənədlərlə tanış olmaq hüququ olmuş və o həmin sənədlə tanış olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görədə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin, iddiaçının xx.xx.NN-ci il və xx.xx.NN-ci il tarixli müraciətlərinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, AR Müdafiə Nazirliyinin müavini-X3 Komandanının (N №-li hərbi hissə) xx.xx.NN-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması və AR Müdafiə Nazirliyindən hüquqi yardıma görə ödədiyi N00 manat pulun tutularaq ona ödənilməsi”ni məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının əldə etmək istədiyi hüquqi nəticə AR Müdafiə Nazirliyinin müavini-X3 Komandanının (N №-li hərbi hissə) xx.xx.NN-ci il tarixli, N №-li əmrinin ona aid hissəsində ləğv edilməsinə yönəlmişdir. İddiaçı inzibati aktın ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etsədə xx.xx.NN-ci il tarixli qərar mübahisələndirildiyi üçün məhkəmə hesab edir ki, iddia mübahisələndirmə haqqında iddia kimi qəbul edilməlidir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.N–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericilyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Lakin iddiaçı qeyd edilən 6 aylıq müddəti də üzürlü səbəb olmadan buraxaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarın məxfi qərar olması (AR Müdafiə Nazirliyinin müavini-X3 Komandanının (N №-li hərbi hissə) xx.xx.NN-ci il tarixli, N №-li əmri), iddiaçının həmin qərarla tanış olduğu halda qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək məhkəmədə iddia qldırdığı (xx.xx.N2-ci tarixdə) müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N6.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra N0 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar