Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-995/2020 08.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yaşayan) Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Sarayevo küçəsi, 32/34-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı DSMFnin Şamaxı rayon şöbəsinin 12.01.2020-ci il tarixli **********0 saylı imtinasının əsassız hesab olunması və onun 09.09.1991-cı il tarixdən 11.05.1992-ci il tarixə kimi Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işlədiyi müddətin sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin Şamaxı rayon şöbəsinin 12.01.2020-ci il tarixli **********0 saylı imtinasının əsassız hesab olunması və onun 09.09.1991-ci il tarixdən 11.05.1992-ci il tarixə kimi Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialı cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsi ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Belə ki, iddiaçının 09.09.1991-cı il tarixdən 11.05.1992-ci il tarixə kimi Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işlədiyi müddəti onun sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, onun Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işləyib və əmək haqqı alması barədə sənədlər aşkar olunmamışdır. Bu isə iddiaçının təqsiri üzündən baş verməmişdir. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsində seçmə üsulla aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, 09 sentyabr 1991 -ci ildən 11 may 1992-ci ilədək Şamaxı rayon Kooperativ cəmiyyətinin Tikinti sahəsində iddiaçının işlədiyi dövrlər təkrar qarşılıqlı yoxlanmış və iddiaçının Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işləyib qazandığı əmək haqqı aşkar edilməmişdir. olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir.Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir.Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Nəticədə, İddiaçının 25 il sığorta stajı yaranmadığı üçün yaşa görə əmək pensiyasının verilməsi Şamaxı rayon şöbəsi tərəfindən dayandırılmışdır. İş materiallarında olan : -İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - Şamaxı rayon Kooperativ Cəmiyyətinin Tikinti sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həmin müəssisədə 09.09.1991-cı il tarixdən 11.05.1992-ci il tarixə kimi suvaqçı-rəngsaz işləmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 16.03.2020-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayon kooperativ cəmiyyətinin 1991- 1992-ci illərinin əmək haqqı və şəxsi hesab kitabları Dövlət arxivinin Şamaxı filialına təhvil verilməmişdir. - İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, 06.07.1972-ci ildən 07.08.2000-ci ilədək müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən 09.09.1991-cı il tarixdən 11.05.1992-ci il tarixə kimi Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işləmişdir. Məhkəmənin sorğusuna əsasən AR Azərittifaq Şamaxı rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş 10.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 09 sentyabr 1991-ci ildən (əmr № 79),11 may 1992-ci ilədək (əmr № 231) Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində suvaqçı rəngsaz vəzifəsində işləmişdir. Lakin əmək haqqlarının ödəniş cədvəlləri və əmrlər Şamaxı rayon RKC-nə təhvil verilmədiyi üçün həmin sənədləri təqdim etmək mümkün deyil. İddiaçı həmin təşkilatda işləməsi barədə verilmiş arayış onun əmək kitabçasında aparılmış qeydlər əsasında verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əmək kitabçasında onun 09.09.1991-ciil tarixdən 11.05.1992-ci il tarixədək Şamaxı rayon Kooperativ Cəmiyyətinin tikinti sahəsində işləməsi barədə qeyd aparılsa da, bu halı təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri arxivdə və ya cəmiyyətin özündə aşkar edilməmişdir. Belə olan halda məhkəmə həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəuyğun hesab etmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr daxil edilmədən iddiaçının sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Bu səbəbdən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-995/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-995/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver