Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-998/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı 16.05.1993-cü ildən ƏƏSMN-nin Xaçmaz rayon şöbəsində mühasib vəzifəsinə təyin edilmiş və 27 iyul 2020-ci ill tarixinədək həmin vəzifədə işləmişdir. Cavabdeh ƏƏSMN-nin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifəsindən azad olunmuş və bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əslində Əmək müqaviləsinə xitam verilməsi aşağıdakı əsaslarla həyata keçirilmişdir. 13 iyun 2020-ci il tarixli nazirlikdə struktur dəyişikliyi ilə əlaqədar Nazirliyin tabeçiliyində olmaqla "Dövlət Sosial Müdafiə Fondu" Publik hüquqi şəxsin yaradılması səbəbindən bütün işçilərdən (əməkdaşlardan), o cümlədən ondan da struktur dəyişikliyi əsasında öz arzusu ilə işdən çıxma və yeni yaradılan "Dövlət Sosial Müdafiə Fondu" Publik hüquqi şəxsin Xaçmaz rayon Şöbəsində müvafiq işlə təmin olunacağı haqqında ərizələr alınmışdır. Həmin ərizələrdən işdən öz arzusu ilə çıxmağı barədə ərizəsi təmin edilmiş, sonradan o işlə ştatdan kənar müvvəqəti olaraq təmin olunmuş və müqavilənin vaxtı bitdikdən sonra onunla əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və Məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 03 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixindən öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı hallarda xitam verilə bilər: dövlət qulluqçusunun öz arzusu ilə; dövlət orqanı ləğv edildikdə; dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda yazılanlardan göründüyü kimi iddiaçı 03 iyul 2020-ci il tarixdə öz ərizəsi ilə işəgötürənə müraciət edərək onu 27 iyul 2020-ci il tarixdə 1 ay xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad etməyi xahiş etmişdir. Bu halda işəgötürən “Dövləq qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsində qeyd edilən hüququndan istifadə etməmiş və ərizədə qeyd edilən gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməyi Məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndələri eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmuş, nazirlikdə yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizə təqdim edərək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini və yeni yaranmış “Dövlət Sosial Müdafi Fondunda” müvafiq işlə təmin olunmağı tələb edir, lakin cavabdeh inzibati orqan iddiaçının tələblərinin təmin olunmasından imtina edir. İddia tələbindən bəlli olur ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrinin ləğv edilməsini 2) Həmin vəzifəyə bərpa olunması. Məhkəmə iddiaçının tələblərini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, iddiaçının tələbinin birinci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı 03 iyul 2020-ci il tarixində nazirliyə müraciət edərək öz xahişi ilə işdən azad olunmağını istəmişdir. İddiaçının xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrilə onun dövlət qulluğuna xitam verilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. İddiaçının öz xoşu ilə tutuduğu vəzifədən azad olunması barədə iradəsinə uyğun olmayan ərizəsi mübahisələndirilmədiyi tədqirdə, həmin ərizənin əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Çünki mübahisə predmeti olan 27 iyul 2020-ci il tarixli əmr İddiaçı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 03.07.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsinin təmin edilə bilməz. İddia tələbinin ikinci hissəsinə gəlincə isə məhkəmə qeyd edir ki, ikinci tələb birinci tələbdən asılı olduğuna və birinci tələbin təmin edilməsi mümkün olmadığına görə iddia tələbinin ikinci hissəsinində təmin edilməsi mümkün deyil. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmağı barədə əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-998/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-998/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver