Məhkəmə qərarları › İş №2-1(118)-999/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-999/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-999/2021 15.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Bahadur qızının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Bahadur qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı Bahadur qızının mülkiyyətində olan 2715Z saylı sahəsi 7581 kv.metrdən, 2715D saylı sahəsi 2078 kv.metrdən, 2715A saylı sahəsi 2527 kv.metrdən, 2715B saylı sahəsi 7581 kv.metrdən, 2715O saylı sahəsi 2801 kv.metrdən, 2715P saylı sahəsi 2800.97 kv.metrdən, 2715J saylı sahəsi 15163 kv.metrdən, 2715R saylı sahəsi 2527 kv.metrdən, 2715E saylı sahəsi 10108 kv.metrdən, 2715 saylı sahəsi 2527 kv.metrdən, 2715V saylı sahəsi 7581.03 kv.metrdən, 2715K saylı sahəsi 5054 kv.metrdən, 2715C saylı sahəsi 4641.69 kv.metrdən, 2715T saylı sahəsi 7581 kv.metrdən, 2715L saylı sahəsi 2891.34 kv.metrdən, 2715U saylı sahəsi 9217.95 kv.metrdən, 2715S saylı sahəsi 5594.87 kv.metrdən, 2715H saylı sahəsi 12628.78 kv.metrdən, 2715G saylı sahəsi 44809.85 kv.metrdən, 2715W saylı sahəsi 5000.83 kv.metrdən, 2715Y saylı sahəsi 20431.28 kv.metrdən, 2715M saylı sahəsi 7580.57 kv.metrdən ibarət torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi, JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı Bahadur qızının mülkiyyətində olan 2717İ saylı sahəsi 8403 kv.metrdən, 2717J saylı sahəsi 14006 kv.metrdən, 2717K saylı sahəsi 2801 kv.metrdən, 2717F saylı sahəsi 5054 kv.metrdən, 2717G saylı sahəsi 5602 kv.metrdən, 2717H saylı sahəsi 5602 kv.metrdən, 2717C saylı sahəsi 8718 kv.metrdən, 2717E saylı sahəsi 10108 kv.metrdən, 2717L saylı sahəsi 6458.23 kv.metrdən, 2717D saylı sahəsi 7574.05 kv.metrdən, 2717 saylı sahəsi 5085.37 kv.metrdən, 2717A saylı sahəsi 7584.20 kv.metrdən, 2717M saylı sahəsi 7004.91 kv.metrdən, 2717N saylı sahəsi 20340.97 kv.metrdən, 2717O saylı sahəsi 5064.77 kv.metrdən, 2717P saylı sahəsi 15173.81 kv.metrdən, 2717Q saylı sahəsi 7372.07 kv.metrdən, 2717B saylı sahəsi 5853.13 kv.metrdən, 2717R saylı sahəsi 38702.35 kv.metrdən, 2717S saylı sahəsi 6922.32 kv.metrdən, 2717U saylı sahəsi 5046.47 kv.metrdən, 2717V saylı sahəsi 2533.74 kv.metrdən, 2717X saylı sahəsi 7573.34 kv.metrdən, 2717Y saylı sahəsi 7573.56 kv.metrdən, 2717Z saylı sahəsi 15430.92 kv.metrdən ibarət torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin 22 iyun 2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqı-satqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktlarını almışdır. Bundan sonra 2008 və 2011-ci illərdə qeyd edilən torpaq aktlarının bir neçəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışlar. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. 05 mart 2021-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək, tələbdə qeyd olunan mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. Lakin həmin idarə 10 mart 2021-ci il tarixli, **********43 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X5 Torpaq xə Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə çıxarışların verilməsindən imtina etmişdir. İddiaçı həmin torpaq sahələrin yarısına artıq çıxarış almışdır. Bundan başqa sputnik xəritəsindən də ərazinin görünüşündən orada eyni vaxtda, yəni eyni boyda, ağacların əkilməsini görmək olar. Onun mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına allanaraq çıxarışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Belə ki, torpaq sahələrinin mülkiyyət hüququna dair dövlət aktları vardır. Qanunvericliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı Bahadur qızının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı JN-2715, JN- 2717 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları əsasında” torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 05.03.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 10.03.2021-ci il tarixli **********43 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə edilmiş JN-2715 və JN-2717 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əösasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bununla bağlı ona 15.10.2020-ci il tarixli **********82 nömrəli məktubla münasibət bildirilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəyə dair texniki hissə ilə bağlı münasibət bildirilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndələri gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Torpağa mülkiyyət hüququna dair JN-2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli Dövlət aktından görünür ki, Quba rayon DNK-nın 10 iyul 2003-cü il tarixli 4-ə-443---- -460, 462 və 4-ə-463-----472 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu İİ Nügədi kəndində 18,87 ha torpaq sahəsi İddiaçı adına dövlət aktı qeydiyyatı kitabında 1681 nömrə ilə qeydiyyata alınmışdır. -Torpağa mülkiyyət hüququna dair JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli Dövlət aktından görünür ki, Quba rayon DNK-nın 06 oktyabr 2004-cü il tarixli 4-ə- 311--336 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu İİ Nügədi kəndində 23,16 ha torpaq sahəsi İddiaçı adına dövlət aktı qeydiyyatı kitabında 951 nömrə ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçı X1 ünvanladığı 10.03.2021-ci il tarixli məktubu ilə iddiaçıya JN-2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli və JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli dövlət aktları ilə iddiaçının adına qeydiyyata alınmış torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair JN- 2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli dövlət aktı ilə 18,87 ha və Torpağa mülkiyyət hüququna dair JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli Dövlət aktı ilə 23,16 ha torpaq sahəsi iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın əsası kimi sözügedən dövlət aktlarının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair dövlət aktları 12 və 18 may 2006cı il tarixlərdə onun adına qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, sözügedən dövlət aktları ilə iddiaçıya məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən 18,87 ha və 23,16 ha torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun dövlət tərəfindən tanınmış bir hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını qəbul etmişdir. JN-2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli və JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli dövlət aktları isə heç kim tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatına alınmasını tələb etmək iddiaçının konstitusion hüququdur. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər dövlət qeydiyyatının təkrar aparılmasından imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmi ş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparıılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 18.87 ha) əsasən 2715 Z saylı sahəsi 7581 kv.metrdən, 2715D saylı sahəsi 2078 kv.metrdən, 2715A saylı sahəsi 2527 kv.metrdən, 2715B saylı sahəsi 7581 kv.metrdən, 2715O saylı sahəsi 2801 kv.metrdən, 2715P saylı sahəsi 2800.97 kv.metrdən, 2715J saylı sahəsi 15163 kv.metrdən, 2715R saylı sahəsi 2527 kv.metrdən, 2715E saylı sahəsi 10108 kv.metrdən, 2715 saylı sahəsi 2527 kv.metrdən, 2715V saylı sahəsi 7581.03 kv.metrdən, 2715K saylı sahəsi 5054 kv.metrdən, 2715C saylı sahəsi 4641.69 kv.metrdən, 2715T saylı sahəsi 7581 kv.metrdən, 2715L saylı sahəsi 2891.34 kv.metrdən, 2715U saylı sahəsi 9217.95 kv.metrdən, 2715S saylı sahəsi 5594.87 kv.metrdən, 2715H saylı sahəsi 12628.78 kv.metrdən, 2715G saylı sahəsi 44809.85 kv.metrdən, 2715W saylı sahəsi 5000.83 kv.metrdən, 2715Y saylı sahəsi 20431.28 kv.metrdən, 2715M saylı sahəsi 7580.57 kv.metrdən ibarət torpaq sahələrinin və JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 23.16 ha) əsasən 2717 İ saylı sahəsi 8403 kv.metrdən, 2717 J saylı sahəsi 14006 kv.metrdən, 2717 К saylı sahəsi 2801 kv.metrdən, 2717 F saylı sahəsi 5054 kv.metrdən, 2717 G saylı sahəsi 5602 kv.metrdən, 2717 H saylı sahəsi 5602 kv.metrdən, 2717 C saylı sahəsi 8718 kv.metrdən, 2717 E saylı sahəsi 10108 kv.metrdən, 2717 L saylı sahəsi 6458.25 kv.metrdən, 2717 D saylı sahəsi 7574.05 kv.metrdən, 2717 saylı sahəsi 5085.37 kv.metrdən, 2717 A saylı sahəsi 7584.20 kv.metrdən, 2717 M saylı sahəsi 7004.91 kv.metrdən, 2717 N saylı sahəsi 20340.97 kv.metrdən, 27170 saylı sahəsi 5064.77 kv.metrdən, 2717 P saylı sahəsi 15173.81 kv.metrdən, 2717 Q saylı sahəsi 7372.07 kv.metrdən, 2717 В saylı sahəsi 5853.13 kv.metrdən, 2717 R saylı sahəsi 38702.35 kv.metrdən, 2717 S saylı sahəsi 6922.32 kv.metrdən, 2717 U saylı sahəsi 5046.47 kv.metrdən, 2717 V saylı sahəsi 2533.74 kv.metrdən, 2717 X saylı sahəsi 7573.34 kv.metrdən, 2717 Y saylı sahəsi 7573.56 kv.metrdən, 2717 Z saylı sahəsi 15430.92 kv.metrdən ibarət torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar